Pərvanəoğulları bəyliyi — Sinopda Qaradəniz sahillərində 1261-ci ildə qurulmuş Anadolu türk bəyliyi. Bəyliyin qurucusu Pərvanə Muinəddinin oğlu Muinəddin Məmməd Bəydir.
Muinəddin Məmməd Bəydən sonra taxta Muinəddin Məsud Bəy çıxmışdır. Genuyalılarla ticarət əlaqələrində yaranan problemdən sonra Məsud Bəy əsir alınmış, bir müddət sonra azad edilmişdir. Məsud Bəyin oğlu Qazi Çələbi hakimiyyətdə olarkən Pərvanəoğulları bəyliyi Trapezund İmperiyası və Genuya Respublikası ilə vuruşmuşdur. Bəyliyin hakimiyyətinə 1322-ci ildə Candaroğulları bəyliyi tərəfindən son qoyulmuşdur.
Bəyləri Bəyi Hakimiyyət dövrü Hadisə Muinəddin Məmməd Bəy 1277–1297 Bəylik quruldu Muinəddin Məsud Bəy 1297–1300 Qazi Çələbi 1300–1322
İstinadlar
Xarici keçidlər Pərvanəoğulları bəyliyi
Kateqoriya:1261-ci ildə yarananlar Kateqoriya:Müsəlman sülalələr