Avia-Aqreqat Zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.

Tarixi Avia-Aqreqat Zavodu 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayıma zavodunun kondisionerlər sexinin bazasında Bakı Klimatik Qurğuları Təcrübə Zavodu adı altında yaradılmışdır.

1961-ci ildə adı dəyişdirilərək Bakı Kondisionerlər Zavodu olmuş və 1965-ci ildən SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.

1970-ci ilin aprel ayında zavod Buzovna qəsəbəsinin Albalılıq dayanacağında yaradılan yeni istehsalat sahəsinə köçürülmüş və Bakı Maşınqayırma Zavodu adlandırılmışdır.

1978-ci ildə SSRİ aviasiya sənayesi nazirinin əmri ilə Sovet Azərbaycanının 50 illiyi adına Bakı Maşınqayırma Zavodunun adı dəyişdirilərək "İqlim" BAİB-in bazasında Bakı Aqreqat Zavodu yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 1993-cü il tarixli 16 nömrəli Qərarı ilə zavodun adı dəyişdirilərək Avia-Aqreqat Zavodu adlandırılmışdır.

1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır.

1997-ci ildə zavodun adı yenidən dəyişdirilərək Bakı Avia-Aqreqat İB adlandırılmışdır.

2006-cı ilin sentyabrından Avia-Aqreqat Zavodu adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

2006-ci ildə İSO 9001-2001 sertifikatını almışdır.

Avia-Aqreqat Zavodu MDB ölkələrinin bir çox təyyarəqayırma müəssisələri ilə əməkdaşlıq edirMüəssisə haqqında.

Həmçinin bax Azərbaycan iqtisadiyyatı

İstinadlar

Kateqoriya:Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Kateqoriya:Azərbaycan zavodları Kateqoriya:1961-ci ildə Azərbaycanda yarananlar