Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.

Tarixi 1970-ci ildə SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin "Ümumittifaq Elektro-Maşınqayırma Elmi-Tədqiqat Texnoloji İnstitutunun Bakı şöbəsi" yaradılmışdır. 1988-ci ildə onun bazasında "Stator" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1989-cu ildə "Stator" EİB Elektrotexnika və Cihazqayırma Sənayesi Nazirliyinin tabeliyinə keçirilmişdir. 1993-cü ildə "Stator" EİB Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilmişdir. 2006-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Stator" EİB Avtomatik Xətlər və Qeyri Standart Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsi adlandırılmış və Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. Müəssisənin müasir texnologiya və istehsal avadanlığı ilə təchiz olunması:

"Fergüsson" tipli presizion mexanizmlər – materialın pres-avtomatlara və digər avtomatik qurğulara verilməsi dəqiqliyinin təmin olunması üçün (Avropa praktikasında ilkin olaraq) istehsalının; Polad rulonunun fiqurlu biçilməsinin səmərəliliyini artırmaq üçün avtomatik xətlər (materiala 15%-dək qənaət olunur) istehsalının; "İzot" və "Fenot" elektrotexniki poladların elektroizolyasiyası üçün antikorroziya örtükləri çəkilməsinin mənimsənilməsinə imkan yaratmışdır.

2008-ci ildən Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyətini davam etdirir.

Fəaliyyət sahələri

Texnoloji imkanları

Mənbə

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Kateqoriya:Müəssisələr