Gənclər — Azərbaycan Respublikasının Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsində qəsəbə. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.

Tarixi Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1965-ci ildə Samur–Dəvəçi kanalının 2-ci məntəqəsi yanında, orada çalışan fəhlə və qulluqçular üçün salınmışdır. Qəsəbə kanalın çəkilişində əmək fəallığı göstərmış Azərbaycan gənclərinin şərəfinə belə adlandırılmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

İstinadlar

Kateqoriya:Quba rayonunun qəsəbələri