Utiqurlar — hunların, bulqarların qolu.
Tarixi Eramızın IV-V əsrlərində Bizans müəllifləri Şimali Qafqaz çöllərində hunların bir tayfasının utiqur adlandığını göstərirlər. Utiqur etnoniminin "qur" komponenti bəzi türk tayfalarının (uyğur, sarıqur, kuturqur, oğuz tayfalarından yazqur, salqur və b.) adları üçün səciyyəvidir. V. V. Bartolda görə monqolca qur ―xalqı mənasındadır. Baskakov da bu fikri təsdiqləyir. Utiqurların türk tayfası olduğunu təsdiqləyən başqa faktlar da vardır: Rəşidəddin (XIII əsr) monqolların içərisində udiut (udi və türk-monqol dillərində cəm bildirən-ut şəkilçisindən) tayfasının adını çəkir.Рашид ад-Дин. Джами ат-Таварих, Баку, 1956. Altay dillərinə mənsub udmurtların adında da "udi" komponenti nəzərə çarpır.
Mənbə Златарски, Васил. История на Българската държава през Средните векове, т.1, ч.1. Второ фототипно издание. София, Академично издателство "Марин Дринов", 1994. (Болгарский язык).
İstinadlar
Həmçinin bax Hunlar Bulqarlar
Xarici keçidlər
Kateqoriya:Bulqarlar Kateqoriya:Bolqarıstan tarixi Kateqoriya:Türk xalqları Kateqoriya:Tarixi Avropa xalqları Kateqoriya:Rostov vilayətinin tarixi