Məzmun Kino əsərinin mövzusu insanın daxilən, mənən təmizlənməsi, onun özünə və cəmiyyətə qayıtması haqqındadır. Filmin qəhrəmanı buna bir neçə dəfə yolunu azandan sonra nail olur.
Süjetin mərkəzində qələm və kağızı tullayıb siyasətə qoşulan istedadlı yazıçı durur. Lakin bir gün o, başını qaldırıb başa düşür ki, artıq bir sətir belə yaza bilmir. Yalnız bir sıra mənəvi və əxlaqi təmizlik mərhələlərindən keçəndən və gözəl Zəhraya (Həmidə Ömərova) rast gələndən sonra Zaur (Füzuli Hüseynov) yenidən yaradıcılığa qayıtmağa, alicənab olmağa özündə qüvvə tapır...
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Hafiz Fətullayev Quruluşçu rejissor: Gülbəniz Əzimzadə, Hafiz Fətullayev Quruluşçu operator: Ələkbər Muradov Quruluşçu rəssam: Mayis Ağabəyov Bəstəkar: Eldar Mansurov Səs operatoru: Tatyana Kərimova Geyim rəssamı: Mehriban Əfəndiyeva Mahnı mətninin müəllifi: İsmayıl Dadaşov
Rollarda Hamlet Qurbanov — Sadıq dayı Həmidə Ömərova — Zəhra Füzuli Hüseynov — Zaur Yaşar Nuri — Oqtay Leyla Bədirbəyli — Zəhranın xalası Abbas Qəhrəmanov — Rasim Ayan Fətullayeva — Cəmilə Afaq Möhsünqızı — Odlar gəlini
Sponsor Perm Şəhər İcraiyyə Komitəsi Yanında "Olimp" Ticarət Kommersiya Mərkəzi
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1991-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Gülbəniz Əzimzadənin filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:1991-ci ilin filmləri