Nuh bəy Abbasqulu bəy oğlu Sofiyev (; 1884—1920-ci ildən sonra) — Rusiya İmperator Ordusunun, daha sonra Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti.

Həyatı

Nuh bəy Sofiyev 1884-cü ildə Tiflis quberniyasının Borçalı-Qarayazı bölgəsində anadan olub.

Birinci Dünya müharibəsində iştirak edib, Tatar süvari alayında vuruşub. (1915-ci ildə ştabs-kapitan rütbəsini daşıyırdı)

1918-ci ildə podpolkovnik Nuh bəy Qafqaz İslam Ordusunun Qarayazı süvari alayının komadiri olaraq, Bakı döyüşündə iştirak edib. Bolşevik-daşnak qüvvələrinə və ingilislərə qarşı döyüşlərdə iştirak edib. Döyüşlərdən sonra Osmanlı dövlətinin 5-ci qılınclı Məcidiyyə ordeni və Hərb medalına layiq görülüb.

Hərbi Nazirliyin zabit heyətinin 1918-ci ilin noyabr ayının əvvəllərində hərbi hissələr üzrə üzləşmə siyahılarında “podpolkovnik” hərbi rütbəsində Süvari diviziyasının 1-ci Tatar süvari alayında həqiqi hərbi xidmətdə olduğu qeyd edilib. 18 dekabr 1918-ci il tarixdə Hərbi nazirin 24 №-li əmri ilə Süvari diviziyasının 2-ci Qarabağ süvari alayı komandirinin müavini vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. Hərbi nazirin 19 fevral 1919-cu il tarixli 82 №-li əmri ilə 1-ci Tatar süvari alayının fəxri siyahılarında saxlanılmaqla 13 fevral 1919-cu il tarixdən 1-ci piyada diviziyasının 1-ci Cavanşir piyada alayının komandiri vəzifəsinə təsdiq olunub. Hərbi xidmətdə fərqləndiyinə görə Nazirlər Şurası Sədrinin 28 fevral 1919-cu il 4 №-li və Hərbi nazirin 06 mart 1919-cu il 108 №-li əmri ilə “polkovnik” hərbi rütbəsinə layiq görülüb. Tabeliyində olan hərbi hissədə yüksək nizam-intizama və döyüş hazırlığına görə Hərbi nazir tərəfindən 28 iyun 1919-cu il tarixdə 314 №-li əmrlə “Təşəkkür” elan edilib. 03 avqust 1919-cu il tarixdə isə Hərbi nazirin 347 №-li əmri ilə Süvari diviziyasının 1-ci Tatar süvari alayının komandiri vəzifəsinə keçirilib.Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики. II том. Баку: Маариф. 2018. səh. 142. ISBN 978-9952-445-20-13. 1920-ci ilin yanvar ayında qısa müddətdə Hərbi nazirin 21 №-li əmri ilə Qusar qarnizonunun rəisi vəzifəsi də ona həvalə edilib.

1919-cu ilin avqustunda Lənkəran və 1920-ci ilin mart-aprel aylarında Qarabağda erməni daşnaklarına qarşı hərbi əməliyyatlarda iştirak edib. Cümhuriyyətin süqutuna kimi “polkovnik” hərbi rütbəsində Süvari diviziyasının 1-ci Tatar süvari alayının komandiri kimi həqiqi hərbi xidmətdə olub.

Aprel işğalından sonra Qarabağ üsyanının təşkilatçılarından və iştirakçılarından biri idi.Mehman Süleymanov (2018). Azərbaycan Ordusunun tarixi. III cild. Bakı: Maarif. səh. 112. ISBN 978-9952-37-140-6. Üsyanın yatırılmasından sonra mühacirətə gedib.

Ailəsi Nuh bəy Sofiyev Borçalı-Qarayazı bölgəsində məşhur ağa nəsli olan Sofiyevlər (Sofular) ailəsində anadan olub. Atası Abbasqulu bəy Tersk kazak qoşunlarının Volqsk alayının starşınası olub, anası Mixaline Stepanovna Yakubovskaya, polşa tatarı olub.

Qardaşı Boris bəy Sofiyev Müqəddəs Georgi ordeni kavaleri, Rus-yapon və Birinci Dünya müharibələrinin, daha sonra isə Ağqvardiyaçı hərəkatının iştirakçısı olub.

Qohumu Pərixanım Sofiyeva Gürcüstan Demokratik Respublikası Parlamentində müstəqil, sonra GSDFP (gürcü menşevikləri) partiyasının təmsilçisi idi.

İstinadlar

Kateqoriya:Azərbaycan hərbçiləri