Kurt Hödel (; ) — Avstriya əsilli Amerikan məntiqçisi və riyaziyyatçısıdır. Çoxluqlar nəzəriyyəsi, riyazi məntiq və nisbilik nəzəriyyəsi üzrə əsərlərin müəllifidir"Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.607.

ABŞ Milli Elmlər Akademiyasının (1955) və London Kral Cəmiyyətinin (1968) üzvüdür. XX əsrin ən böyük mütəfəkkirlərindən sayılır.

Həyatı Kurt Hödel 28 aprel 1906-cı ildə Avstriya-Macarıstan (Moraviya)) imperiyasının Brün (indiki Brno) şəhərində, alman ailəsində anadan olmuşdur. Kurtun atası-Rudolf Hödel böyük tekstil fabrikinin ortaq sahibi idi. Onun, atasının şərəfinə adlandırılmış Rudolf adlı böyük qardaşı var idi.

1918-ci ildə Avstriya-Macarıstan imperiyasının süqutundan sonra Kurt Çexoslovakiya vətəndaşlığı almağına baxmayaraq, özünü hər zaman Avstriyalı hesab edirdi. 23 yaşında rəsmi olaraq Avstriya vətəndaşlığını qəbul edib.

Uşaq vaxtlarından xarici dilləri öyrənməkdə bacarığı özünü aşkar büruzə vermişdi. Belə ki, artıq gənc yaşlarında öz doğma ana dili olan Alman dilindən başqa, İngilis və Fransız dillərində sərbəst danışmağı bacarırdı. 1923-cü ildə məktəbi bitirən Kurt Vyana Universitetinə daxil olur. Universitetdə 2 il fizika öyrəndikdən sonra riyaziyyat öyrənməyə keçmişdir.

1938-ci ildə Amerikaya gəlmişdir. 1948-ci ildən Amerikan vətəndaşı olmuşdur. 1953-cü ildə Princeton Universitetində professor olmuşdur. "Principia Mathematica"nın "Bənzəri sistemlərin formal hökmə bağlana bilməyən mülahizələri barədə" məqalələr yazmışdır. Burada, o, iki teoremin müəllifidir. Bu mülahizələrə görə, arifmetika xətasız ola bilməz. Çünki, xətasızlıq bu sistemdə qərarsızlığa yol açan bir mülahizədir. Müasir məntiq nəzəriyyəsinin qurucusudur.

1978-ci ildə həyat yoldaşının xəstəxanaya aparılmasından sonra başqası tərəfindən hazırlanan yeməkləri yeməkdən imtina etmiş və aclıqdan ölmüşdür.

İstinadlar

Xarici keçidlər Kateqoriya:Avstriya riyaziyyatçıları Kateqoriya:Ontoloqlar Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:ABŞ protestantları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:ABŞ filosofları Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:XX əsr filosofları Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Analitik filosoflar Kateqoriya:Avstriyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ riyaziyyatçıları