right|333x333px|thumb|Türk dillərdə rəsmi statusu göy rəngli ölkələrdə və muxtarlıqlarda var313x313px|thumb|Türk dilləri danışanların saya görə Türk dilləri — Şərqi və Cənubi Avropadan Orta Asiyaya, Şərqi Asiyaya, Şimali Asiyaya (Sibir) və Qərbi Asiyaya qədər türk xalqlarının danışdığı 35-dən çox sənədləşdirilmiş dildən ibarət dil ailəsi.

Türk dilləri ailəsi 41 dil, ləhcə və ya şivədən ibarətdir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Başqırdıstan, Tatarıstan, Tıva, Çuvaşıstan, Yakutiya (Saxa), Dağlıq Altay və Xakasiya yerli əhalisinin, eləcə də İran, İraq, Əfqanıstan, Çin, Bolqarıstan, Rumıniya, keçmiş Yuqoslaviya və Albaniyanın bir sıra xalqlarının genoloji (mənşəcə) və tipolji cəhətdən qohum dilləri. Keçmiş SSRİ-də türk xalqları slavyan xalqlarından sonra II yeri tuturdu və SSRİ-də bu dil ailəsinə mənsub 23 dil olmuşdur. Türk dilləri qismən Dağıstanda (Qumuqlar, Noğaylar), Kabarda-Balkariya, Qaraçay-Çərkəz (Balkarlar, Qaraçaylılar, Noqaylar), Stavropolda (Noğaylar, Truxmenlər), Moldovada (Qaqauzlar), Litvada (Kəraimlər, Tatarlar), Ukraynada (Krım tatarları) və s. yerlərdə də yayılmışdır. Türk dillərinin hansı dillər ailəsinə daxil olması indiyədək müəyyənləşdirilməmişdir. Alimlərin bir qismi onları Ural-Altay, digər qismi isə Altay dillərinə daxil edirlər. Türk dilləri qrupunu müstəqil dil ailəsi hesab edənlər də var. Türkiyədə isə ümumən türk dilləri əvəzinə türk ləhcələri təbiri qəbul edilməkdədir və buna görə Türkiyə türkcəsi, Azərbaycan türkcəsi, özbək türkcəsi və s. hamısı türk dilinin ləhcələri hesab edilir. Türk dili deyəndə Türkiyə türkcəsi nəzərdə tutulmaz, ləhcələrin hamısını əhatə edən dil kimi başa düşülür. Türkiyədə universitetlərdə Çağdaş Türk Lehçeleri ve Edebiyatları adlanan kafedralarda türk dilləri və ədəbiyyatları barədə dərslər keçilir.

Hazırda bu dil ailəsi 180 milyon insanın doğma dilidir.

Türk dillərinin tarixi inkişafı aşağıdakı mərhələlərə bölünür: Altay və Hun dövrləri (eramızın V əsrinədək) Qədim Türk dövrü (V–X əsrin əvvəli) Orta Türk dövrü (X–XV əsrlər) Yeni və ən yeni türk dövrləri (XVI–XX əsrdə).

Türk dillərinin təsnifatı Qəbul olunmuş təsnifata görə türk dilləri Qərbi (Qərbi hun) və Şərq (Şərqi hun) qollarına ayrılır: Bolğar qolu Bulqar dili Xəzər dili Çuvaş dili Ortaq Türk qolu Oğuz Oğuzlar(X–XI əsrlər) Qərb qolu Qədim Anadolu Türkcəsi Azərbaycan türkcəsi Osmanlı türkcəsi Ahıska dili Türkiyə türkcəsi Qaqauz dili Xorasan türkcəsi Əfşar dili Qaşqayı dili Türkmən dili Salar dili (?) Qıpçaq Başqırd dili Qazax dili Qaraçay dili Balkar dili Qaraqalpaq dili Qumuq dili Karai dili Noqay dili Tatar dili Karluq Özbək dili Uyğur (yeni uyğur) dili Sibir Qədim Uyğur dili Altay dili Tuva dili Yakut dili Xakas dili Şor dilləri Sarı Yuqur dili Qədim Qırğız dili Qırğızqıpçaq Qırğız dili

Üstünlüyü Bir dilin nə qədər köklü və güclü olduğu, o dilin keçmişiylə ölçülür. Şübhəsiz türkcə, bilinən ilk yazılı qaynağı (Orxon Abidələri) ələ alındığında, min ildən çox keçmişiylə köklü və güclü bir dildir.

Söz və cümlə durumu hər dildə özünə aid bir qanuna bağlıdır. Bu qanunların toplumuna dil qrammatikası deyilir. Qanunlardan əlavə dillərin ayrıca özəl qanunları da var ki düzənli qaydalara bağlı deyillər. Məsələn: mukəssər cəmi ərəb dilində, artıq hərflər və qaydasız feillər ingilis dilində qaydasız qrammatikalardırlar. Belə qanunsuz qaydalara ərəb dilində səmai (eşitməli) deyirlər. Bu deyişin səbəbi də onların bəlli bir qanuna bağlı olmadığıdır, buna görə də onları gərək eşidib və yadda saxlayasan.

Səmainin tərsi qiyasi (müqayisə etməli) olur ki, qaydalı qanunlara bağlıdır və dilin əsas gücü bu qaydaya dayanır.

Səmai sözlər bir dildə az olduqca dilin qaydalı olmağı və gücü də artar.

Açıq və ümumi dil qaydaları az, bütöv və yayğın olsa dilin gücü və davamı da artar. Məsələn : Düzdür ki, ərəb dili (sərf və nəhv) baxımından çox güclüdür amma onun qayda və qanunları o qədər budaqlı və çoxdur ki, onu bütün bir səviyyədə öyrənmək çətindir.Kitab-Türk dili Hünərdir/yazar İsmail hadi-1996 Təbriz birinci çap s,09

Türk dilləri sərf və açl qayda baxımından zəngin və asan öyrənişlidirlər. Bu qayda və qanunlar diqqət, genişlik və asanlıq baxımından riyaziyyat qaydalarına bənzəyirlər. Türk dilinin sərf qaydaları neçə barmaq sayılı bütün qaydaya bölünür və bu mövzu türk dilinin asan öyrənişli və dil gücünün əlamətidir.

Dil ailəsinin xüsusiyyətləri Türk dillərinin hamısında ahəng qanunu, samitlərin assimilyasiyası, kök və şəkilçilərin xüsusi quruluşuna malik olması, demək olar ki, eynilik təşkil edir. Bu tipoloji uyğunluq morfologiyaya da aiddir. Türk dili iltisaqi dillərə daxildir. Onlarda qrammatik cins kateqoriyası yoxdur. Qoşmalar sözün sonuna əlavə olunur, sözdüzəldici və sözdəyişdirici şəkilçilərin sırası möhkəm qanunauyğunluğa tabedir. Hal və mənsubiyyət kateqoriyaları çoxlu ümumi cəhətlərə malikdir. Kök sözlərin heç bir şəkilçi qəbul etmədən işlənə bilməsi, vahid təsrif sistemi, əvəzliklərdəki ümumilik və s. də belə oxşarlıqlardandır. Bu dillərin sintaktik quruluşunda da tipoloji eynilik çoxdur; söz və söz birləşmələrinin cümlədəki sırası sabitdir: təyin təyin olunandan əvvəl gəlir və onunla uzlaşmır, tamamlıq tamamladığı sözlərdən əvvəl gəlir, tabeli mürəkkəb cümlələr az, tərkiblər isə çoxdur. Lüğət tərkibində ümumilik daha qabarıq şəkildə özünü göstərməlikdədir. Əski türkcə AzərbaycancaAhıska türkcəsi Türkiyə türkcəsi Türkməncə Tatarca Qazaxca Özbəkcə Uyğurca Yakutca Çuvaşca ataatababababa ata ota anaanaaba anne/ana ene ana ana ona ana an'n o'guloğuloğul oğul oğul uğlı ul o'gil oghul uol yvul er(kek)ər/erkəkər/erkəkerkekerkek ir yerkekerkak är yer ar kyzqızqız kız gyz qız qιz qiz qiz kis χe'r kišikişikişi kişi kişi keşe kisi kihi kelingəlingəlin gelin geli:n kilen kelin kelin kelin kilin kilen Əski türkcəAzərbaycancaAhıska türkcəsi Türkiyə türkcəsi Türkməncə Tatarca Qazaxca Özbəkcə Uyğurca Yakutca Çuvaşca jürekürəkyürək yürek ýürek yörək zhürekyurak yüräk su‘req qanqanqan kan ga:n qan qan qon qan qan jon bašbaşbaş baş baş baş bas baş bas puš qylqılqıl kıl qyl qıl kyl kyl kyl kil χe'le'r közgözgöz göz göz küz köz ko'z köz kos kör kirpikkirpikkirpikkirpikkirpikkerfekkirpikkirpikkirpikkirbiχurbuk qulqaqqulaqqulaqkulak gulak qolaq qulaq quloq qulaq gulkakχo'lga burunburunburun burun burun borın murιn burun burun murun qolqolqol kol gol qul qol qo'l qol χol el(ig)ələlel el ili: ala' barmakbarmaqparmaqparmakbarmakbarmaq barmoqbarmaq tyrnaqdırnaqtırnaqtırnakdyrnaqtırnaqtιrnaqtirnoqtirnaqtiniraq tizdizdiz diz dy:z tez tize tizza tiz tüsäχ baltyrbaldırbaldırbaldırbaldyrbaltırbaldyrboldyrbaldirballyr adaqayaqayaq ayak aýaq ayaq ayaq oyoq ataq qarynqarınqarın karın garyn qarın qarιn qorin qor(saq)qarynχyra'm Əski türkcəAzərbaycancaAhıska türkcəsi Türkiyə türkcəsi Türkməncə Tatarca Qazaxca Özbəkcə Uyğurca Yakutca Çuvaşca atatat at at at at ot at at ut siyirsığırsığır sığır sygyr síır (sıyır) siyιr sigir ytitit it it et iyt it it yt jyda balyqbalıqBaluq balık balyk balıq balιq baliq beliq balyk pola' bitbitbit bit bit bet biyt bit pit byt pyjda Əski türkcəAzərbaycancaAhıska türkcəsi Türkiyə türkcəsi Türkməncə Tatarca Qazaxca Özbəkcə Uyğurca Yakutca Çuvaşca evevəv ev öý öy üy uy öy av otagotaqotaq otağotaq otaq otoq otu: yolyolyol yol yo:l yul zhol yo'l yol suol sol köprüqkörpüköpriköprüköpri küpar köpir ko'prikkövrükkürpe oqoxox ok ok uk o'q oq oχ ugu otototot ot ut ot o't ot uot vot külkülkül kül kül köl kül kul kül kül kö'l suvsusu su suw syw suw suv su ui syv kemigəmigəmi gemi gämi kimä keme kema kim kölgölgöl göl köl kül köl ko'l köl küöl atovadaada ada ada atan aral orol aral ută künešgünəşgünəşgüneşgünqoyaşkün kün kün χĕvel bulutbuludbulut bulut bulut bolıt bult bulut bulut bylyt pĕlĕt yulduzulduzyıldızyıldızýyldyzyoldızzhuldιzyulduzyultuzsulusşăltăr topraqtorpaqtopraqtopraktopraktufraqtopιraqtuproqtupraqtoburaχtăpra töpütəpətəpə tepe depe tübä töbe tepa töbö tüpe yağacağacağac ağaç agaç ağaç ağaš jyvăş tenritanrıtanri tanrı taňry täñre tängritanaratură Əski türkcəAzərbaycancaAhıska türkcəsi Türkiyə türkcəsi Türkməncə Tatarca Qazaxca Özbəkcə Uyğurca Yakutca Çuvaşca uzunuzunuzun uzun uzyn ozın uzιn uzun uzun uhun vărăm yanyyeni yeni yany yaña zhangayangi yengi sana şĕnĕ semizsəmizsemiz semiz semiz simez semiz semiz semiz emis samăr toludolutoli dolu do:ly tulı tolι to'la toluq tolorutulli aqağağ ak ak aq aq oq aq qaraqaraqarakara gara qara qara qora qara χara χura qyzylqızılqızıl kızıl gyzyl qızıl qızıl qizil qizil kyhyl χĕrlĕ kökgöykök/gökgök gök kük kök ko'k kök küöq kăvakSaylar Əski türkcəAzərbaycancaAhıska türkcəsi Türkiyə türkcəsi Türkməncə Tatarca Qazaxca Özbəkcə Uyğurca Yakutca Çuvaşca1 birbirbir bir bir ber bir bir bir bi:r pĕrre2 ekiikiiki iki iki ike yeki ikki ikki ikki ikkĕ4 törtdörddört dört dö:rt dürt tört to'rt töt tüört tăvattă7 yetiyeddiyeddi yedi yedi cide zheti yetti yättä sette şiççĕ10 ononon on o:n un on o'n on uon vunnă100 yüzyüzyüz yüz yü:z yöz zhüz yuz yüz sü:s şĕr