Georq Vilhelm Fridrix Hegel (; ) — alman filosofu, obyektiv idealist, klassik alman fəlsəfəsinin nümayəndəsi. Gəncliyində radikal təfəkkür tərzi ilə fərqlənmişdir.

Klassik alman fəlsəfəsi Hegelin simasında öz zirvəsinə çatır. Hegel intellektual intuisiyanı fəlsəfi biliyin ən yüksək forması olduğu haqqında Şellinqin təlimini qəbul etməmişdir. O, əksinə sübut etməyə çalışmışdır ki, vahiddən çoxluğun yaranması rasional idrakın predmeti ola bilər. Bu idrakın instrumenti məntiqi təfəkkür, əsas forması isə anlayışdır. Lakin Hegel göstərirdi ki, bu xüsusi növ məntiqi idrakdır. Onun əsasında formal məntiq deyil, dialektik məntiq durur. Hərəkətverici qüvvəsini isə ziddiyyət təşkil edir. Hegel qeyri-ziddiyyətlik haqqında Aristotelin qanununu rədd etdi. O, anlayışların təbiətinə yenidən nəzər salmağı tələb edərək göstərirdi ki, indiyə qədər anlayışları subyektiv hesab edirdilər. Əslində isə gerçəklikdə mütləq anlayış subyekt və obyektin eyniyyətidirZeynəddin Hacıyev. Fəlsəfə. Bakı, "Turan evi", 2012. s.82–83

Hegel fəlsəfəsi Hegelin fəlsəfəsi burjua inqlabı ərəfəsində Almaniyanın inkişafının ziddiyətli xarakterini yansıtmış, bu fəlsəfədə Hegelin ideoloqu olduğu alman burjuaziyasının ikili təbiəti ilə özünə yer etmişdir. Buradan da Hegel fəlsəfəsinin, bir yandan Almaniyada burjua inqlabının ideya cəhətdən hazırlanmasının ifadəsi olmaq etibarilə mütərəqqi və hətta inqlabi meylləri, başqa yandan isə alman burjuaziyasının qeyri-ardıcıllığının və qorxağlığının, onun mürtəce yunkerlərlə kompromislərə meylinin nəticəsi olmaq etibarilə mühafizəkar və mürtəce ideyaları irəli gəlmişdir.

Bu ikililik Hegelin əsərlərinin hamısında, o cümlədən "Ruhun fenomenologiyası"(1807) əsərində də öz ifadəsini tapmışdır. Bu əsərdə özünün ilk rüşeyimlərindən başlayaraq şüurlu surətdə elmə və elmi metodologiyaya sahib olunana kimi insan şüurunun keçirmiş olduğu təkamül nəzərdən keçirilir.Fenomenologiya özünün tarixi inkişafında götürülmüş şüur hadisələri — fenomenlər haqqında təlimdir

Hegel subyekt, fəal, aktiv başlanğıc olmaq etibarilə substansiya haqqında tezisi əsaslandırmışdır. Hegel fəlsəfəsinin əsas müddəasını varlıq və təfəkkürün eyniyyəti, yəni real aləmin ideyanın, anlayışın, ruhun, təzahürü kimi başa düşülməsi təşkil edir. Bu eyniyyəti Hegel mütləq ideyanın öz-özünü dərk etməsinin tarixən inkişaf edən prosesi kimi nəzərdən keçirmişdir. İnkişaf etmiş formasında Hegelin mütləq (obyektiv) idealist sistemində"Fəlsəfə elmləri ensklopediyası"da qısa şərh edilmiş, 1817 məzmunu aşağıdakından ibarətdir: təbiət və cəmiyyətin bütün hadisələrinin əsasında absolyut, ruhi və şürlu başlanğıc — "mütləq ideya","dünya zəkası" və yaxud "dünya ruhu" durur. Bu başlanğıc aktiv və fəaldır, həm də onun fəaliyyəti təfəkkürdən, daha dürüst deyilsə, öz-özünü dərk etməkdən ibarətdir.

Mütləq ideya Mütləq ideya öz inkişafında üç mərhələdən keçir: ideyanın öz xüsusi aləmində,"xalis təfəkkür stixiyasında" inkişaf etməsi-Məntiq. Burada ideyanın məzmunu bir-bir ilə bağlı və bir-birinə keçən məntiq kateqoriyaları sistemində öz məzmununu aşkara çıxarır; ideyanın "özgə varlıq" formasında, yəni təbiət formasında inkişaf etməsi-Təbiət fəlsəfəsi;təbiət inkişaf etmir, o, təbiətin ruhi mahiyyətini təşkil edənməntiq kateqoriyalarının öz inkişafının yalnız xarici təzahürüdür; ideyanın təfəkkürdə və tarixdə (ruhda)inkişafı-Ruh fəlsəfəsi. Bu mərhələdə mütləq ideya yenidən öz-özünə qayıdır və insan şüurunun və fəaliyyətinin müxtəlif növlərində öz məzmununu dərk edir.

Lakin, təfəkkür və varlığın idealist eyniyyət prinsipi xarici aləmin və təfəkkürün qanunlarının vəhdətinin əsaslandırılması kimi çıxış edir. Bu prinsip Kant aqnostisizminə qarşı yönəlmişdir. Hegel fəlsəfəsinin ən qiymətli nailiyyəti "Məntiq elmi" (1812–1816) əsərində tam, dolğun şərh edilmiş dialektikadır . Bu əsərində Hegel dialektikanın mühüm qanunlarının və kateqoriyalarının təhlilini vermiş, dialektikanın, məntiqin və idrak nəzəriyyəsinin vəhdəti haqqında tezisi əsaslandırmış, fikir tarixində dialektik məntiqin ilk geniş sistemini yaratmışdır. Hegelin idrak nəzəriyyəsində rolu böyükdür, xüsusilə seyrçiliyin, Kantın "şey özündə" və hadisələr dualizminin tənqidi böyük əhəmiyyət kəsb edir.

Hegelin fundamental əsərləri Hegelin həmçinin "Hüquq fəlsəfəsi"(1821),"Fəlsəfə tarixinə dair mühazirələr"(1833–36),"Estetikya dair mühazirələr" (1835–38),"Tarix fəlsəfəsinə dair mühazirələr"(1837) əsrində də böyük maraq doğurur. Fəlsəfənin bütün sahələrində dialektikanın tətbiqi ilə, elmin aktual problemlərini dərindən təhlil etməklə böyük iz qoymuşdur. Hegelin fəlsəfəsinin idealizmi özünün dialektik ideyalarına zidd idi: aləmin və idrakın inkişafının başa çatmasınının etiraf edilməsi, dialektikanın mistikləşdirilməsi, inkişaf prinsipinin yalnız, ideal hadisələrə şamil edilməsi, bir sıra məntiqi kateqoriyaların inkişafında sxematik və sünilik, həmin kateqoriyaların sisteminin qapalılığı, dialektikadan ardıcıl sosial nəticələr çıxarmağı bacarmamaq və istəməmək, mövcud şəraitlə barışmaq və ona bəraət qazandırmaq, Prussiya monarxiyasının cəmiyyətin inkişafının zirvəsi hesab edilməsi, millətçi düşüncələri və s.

Mənbə Fəlsəfə Ensklopedik Lüğəti. Bakı, 1997, səh 470–71

İstinadlar

Kateqoriya:Almaniya filosofları Kateqoriya:XVIII əsr filosofları Kateqoriya:Berlində vəfat edənlər Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Ontoloqlar Kateqoriya:Hüquq filosofları Kateqoriya:İdealistlər Kateqoriya:Metafiziklər Kateqoriya:Rasionalistlər Kateqoriya:Epistemoloqlar Kateqoriya:Panteistlər Kateqoriya:Berlin Humboldt Universitetinin müəllimləri Kateqoriya:Heydelberq Universitetinin müəllimləri Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:XIX əsr filosofları Kateqoriya:Xristian filosoflar Kateqoriya:XIX əsr tarixçiləri Kateqoriya:Almaniya lüteranları Kateqoriya:Maarifçilər Kateqoriya:Georq Vilhelm Fridrix Hegel Kateqoriya:Hegelçilik Kateqoriya:Tarix nəzəriyyələri Kateqoriya:Etika tarixi