Kərim Ağa Fateh () — Kərim ağa Şəkixanov Hacı Çələbinin kötücəsi, qısa müddət Şəki xanı olmuş Fətəli xanın oğlu.

Həyatı

Ədəbi təxəllüsü "Fateh"dir. Kərim ağa Fateh "Şəki xanlarının müxtəsər tarixi" əsərini 1829-cu ildə azərbaycanca yazmışdır. Lakin 1858-ci ildə Peterburqda çap edilmiş "Əl-intixabatül-Bəhiyyə" adı topluda B.Dorn bu əsəri yanlış olaraq Hacı Əbdüllətif Əfəndinin adına çıxarmışdır. Bu yanlışlıq əsərin 1929-cu il çapında da getmişdir. Yalnız bu çapdan sonra Azərbaycan alimi Salman Mümtaz əsərin müəllifin Kərim Ağa Fateh olduğunu aydınlaşdıra bilmişdir. 1958-ci il çapında əsərin müəllifi düzgün olaraq artıq Kərim Ağa Fateh göstərilmişdir.

Əsərləri

Şəki xanlarının müxtəsər tarixi

Xaarici keçidlər

Mustafa ağa Şuxu. Kərim ağa Fatehin tərcümeyi-halı (Ədalət Tahirzadə. Şəkinin tarizi qaynaqlarda) səh. 108-114. Kərim Ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi. – "Şəki xanlığının tarixindən". Red., F.Babayev. B., 1958, s. 15-17. Kərim Ağa Fateh, Şəki xanlarının müxtəsər tarixi, 2-ci, təkrar nəşri. “Azərbaycan Ensiklopediyası” NPB. Bakı. 1993, səh. 3-5. ISBN 89600-007-4

Həmçinin bax

Kateqoriya:Şəkixanovlar Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər