Səfikürdskilər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Soyun yaranması Səfikürdskilər Goranboy Rayonun Səfikürd kəndində (XVI əsrdən) yaşamışlar. Səfikürdskilərin babası Bala bəydir. Bala bəyin babaları Xırdapara-Dizaq mahalının Pirəhmədli kəndindən gəliblər. Bala bəyin törəmələri Səfikürdski soyadını daşıyırdılar.
Bala bəyin Aslan bəy, Məmmədhəsən bəy adlı oğulları vardı.
Soyun məşhur nümayəndələri Ağalar bəy Səfikürdski — həkim. Aslan bəy Səfikürdski — Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabinetinin (26 dekabr 1918 – 14 mart 1919) poçt-teleqraf və əmək naziri, dördüncü hökumət kabinetinin ədliyyə və əmək naziri (14 aprel 1919 – 22 dekabr 1919). Mahmud bəy Səfikürdski — siyasətçi.
Mənbə Ənvər Çingizoğlu, Səfikürdskilər, Bakı, "Elm", 2005, 152 səh.
Həmçinin bax Qarabağ Goranboy
Xarici keçidlər