Liviya vətəndaş müharibəsi — 1969-cu ildən hakimiyyətdə olan Müəmmər Qəddafi və Ərəb Liqası, Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatlar və dövlətlər tərfindən dəstəklənən Liviya Milli Keçid Şurası arasında baş vermiş hərbi münaqişə. Tarixi Münaqişə 2011-ci ilin fevral ayında вaş vermiş çıxışlar nəticəsində başladı. Bu çıxışlar Tunis və Misirdə yerli hakimiyyətlərin devrilməsilə nəticələnən tədbirlər səbəbilə başladı və qısa müddət ərzində vətəndaş müharibəsinə çevrildi. Qəddafinin əleyhdarları ölkənin şərqindəki bir sıra şəhərləri ələ keçirərək, Liviya qoşunları o cümlədədn də Afrikanın digər ölkələri, Çad, Qvineya, Nigeriya, Kot-d'İvuardan olan muzdlularla amansız çarpışmalara girişdilər.Гражданская война в Ливии. Сюжет //Lenta.ruАлексей Калабанов Наёмники Каддафи зачищают Ливию //газета «Утро», 25.02.2011 г. Martın 5-də üsyançılar Liviya Milli Keçid Şurasının yaradıldığını və onun ölkədə legitim olan yeganə hakimiyyət mənbəyi olduğunu elan etdilər.
Beynəlxalq ictimaiyyət bir neçə ölkəni çıxmaq şərti ilə Qəddafi və ona sadiq qoşunların hərəkətlərini tənqid etmişdi. Beynəlxalq Cinayət Məhkəməsinin rəyinə əsasən, Qəddafi bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilə bilərdi. 2011-ci ilin fevralın 26-da BMT Təhlükəsizlik Şurası Qəddafi və ona sadiq insanlara qarşı olan 1970 saylı qətnamə qəbul etdi. Daha sonra martın 18-də qəbul edilmiş 1973 saylı qətnamə ilə Liviya üzərində uçuşsuz bölgə yaradılır və silahsız xalqın müdafiəsi üçün "beynəlxalq işğal güclərinin hansısa formada istənilən Liviya ərazisində mövcudluğu" istisna olmaqla, istənilən addıma yol verdirdi. Bundan sonra, Qəddafi qüvvələrinin nəzarət etdiyi obyektlər bombalamalara məruz qalmışdı.
Beynəlxalq qüvvələrin işə qarışması müharibənin gedişini dəyişdirdi. Avqustun sonu üsyançılar paytaxt Tripolini, oktyabrın 23-ü isə hökumətin son istinadgahı olan Sirt şəhərini ələ keçirdi.
thumb|left|200px|Müəmmər Qəzzafi Qəddafiyə ünvanlanmış müraciəti 213 professor, vəkil, həkim, mühəndis, sabiq diplomat və hərbçi imzalayıb. Onlar prezidenti "hakimiyyətdən imtinaya və hakimiyyətin dinc yolla keçidini təmin etməyə" çağırıb. Qeyd edək ki, Liviyada fevralın 17-nə kütləvi etiraz aksiyası təyin olunub. Qəddafiyə müraciət edən ziyalılar ondan bu aksiyaya maneə yaradılmamasını da istəyib: "Qəddafi və onun ailə üzvləri hakimiyyəti xalqın təmsilçilərinə güzəştə getməli, ölkədə liberalizmə, plüralizmə yönəlmiş hərəkata mane olmamalıdır. Tunis və Misirdə baş verənlərin təsirilə bu proses digər ölkələrdə də başlayıb".
Benqazi şəhərində küçələrə çıxan minlərlə insan Liviya Ərəb Cəmahiriyyəsinin lideri, polkovnik Müəmmər Qəzzafinin istefasını tələb edirlər. Bundan başqa, onlar həbsdə olan siyasi məhbusların azad edilməsini istəyirlər. Liviya dövlət televiziyası səhər saatlarından bəri Qəzzafinin dəstəkləyənlərin mitinq və yürüşlərindən görüntülər nümayiş etdirir.
Liviya lideri Müəmmər Əl-Qəzzafi Misir prezidenti Hüsni Mübarək devrilməzdən bir həftə əvvəl xalqa müraciət edərək bildirmişdi ki, "qanuni hakimiyyətə qarşı etiraz aksiyalarına dözmək niyyətində deyil".
"Əl Qəmaa əl Ərəbi" bildirir ki, Benqazi küçələrindəki minlərlə liviyalı dağılmaq fikrində deyillər. Hüquq müdafiəçisi Əbu Səlimin azad edilməsini tələb edən nümayişçilərlə polis arasında toqquşma olub. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edəndən sonra aksiya iştirakçıları onları daşa basıb.
Əl-Bayda şəhərində keçirilən nümayişdə yüzlərlə adam iştirak edib və bir neçə polis məntəqəsi yandırılıb. Əz-Zintan şəhərində də etiraz aksiyası keçirilib. Burada da bəzi polis məntəqələri yandırılıb. Liviya lideri Müəmmər Qəddafinin istefasını tələb edən nümayişçilər şəhərin mərkəzində çadırlar qurublar.
Benqazi və Əl-Bayda şəhərində polis kütləyə qarşı odlu silahdan istifadə edib. Benqazidə şiddətli qarşıdurmanın baş verdiyi bildirilir. Qəzəblənmiş kütlə şəhər administrasiyası və polis binalarını daşa tutub.
Hökumət əleyhinə aksiyalarla yanaşı, Tripoli, Benqazi və Liviya lideri Müəmmər Qəddafinin doğulduğu Sirt şəhərində hakimiyyətə dəstək xarakterli aksiyalar da keçirilib.
Müxalifətçilər Liviyanın şərqindəki Əl-Bayda şəhərini ələ keçiriblər. Şəhər polisi də onlara qoşulub. Bu barədə Liviyanın "Solideriti" hüquq-müdafiə qrupunun nümayəndəsi Cuma əl-Omami məlumat verib. Beləliklə, artıq Liviyanın 4 şəhərini etiraz dalğası bürüyüb. Bir neçə günlük etiraz aksiyaları zamanı həlak olanların sayı 24-ə çatıb.
Hökumət cavab tədbiri olaraq dövlət məmurlarının maaşlarını 2 dəfə artırıb və həbsdə olan 110 islamçını azad edib.
Liviyanın ikinci ən böyük şəhəri olan Benqazidə vəziyyət nəzarətdən çıxır. APA bu barədə "Əl-Cəzirə" telekanalına istinadən məlumat verir. Hazırda üsyan etmiş əhali polis məntəqələrini ələ keçirərək yandırır. Bəzi yerlərdə silahsız kütlə tankların yolunu kəsərək hərbçiləri öz tərəfinə keçməyə məcbur edib. Şəhərdə soyğun və talan başlayıb.
Birləşmiş Liviya Krallığın bayrağı 24 dekabr 1951 — 7 noyabr 1969|thumb|200px Bir qədər öncə ölkənin şərqindəki Əl-Bayda şəhəri nümayişçilərin əlinə keçib. Hazırda şəhər təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Nümayişçilər onlara hücum edən iki polis nəfərini tutaraq asıblar.
Liviya polis nümayişçiləri dağıtmaq üçün odlu silahdan istifadə edir. Nəticədə 41 nəfər həlak olub.
Səhər saatlarından etibarən Liviya ərazisində İnternet şəbəkəsinə çıxış bağlanıb. APA-nın məlumatına görə, bu barədə internet trafikini izləmə qurumu olan Arbor Networks açıqlama yayıb. Qurumu bildirib ki, səhər saatlarından etibarən Liviya ərazisində internetə daxil olma trafiki sürətlə azalmaqdadır. Hazırda Liviya hökumətinin rəsmi saytına giriş mümkün deyil. Xatırladaq ki, fevralından 17-dən başlayaraq Liviyada kütləvi aksiyalar keçirilir. Aksiya iştirakçıları 1969-cu ildən ölkəni idarə edən Müəmmər Qəddafinin istefasını tələb edirlər
Liviya silahlı qüvvələrinin elit briqadası ölkənin ikinci ən böyük şəhəri olan Benqaziya qumbaraatanlardan istifadə edərək daxıl olub. APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, şahidlərin sözlərinə görə, ordu şəhəri raket atəşinə tutub. Bildirilir ki, ordu ilə toqquşmalarda azı 40 nəfər həlak olub.
Qətərin "Al Jazeera" telekanalının birbaşa efirində Liviyanın Çindəki səfiri Hüseyn Sadiq əl-Müsrəti bildirib. Onun sözlərinə görə, Qəddafinin oğlanları arasında atışma olub. Səfir birbaşa efirdə istefa verdiyini də açıqlayıb.
Qeyd edək ki, Liviyada etiraz aksiyaları 1 həftədir davam edir. Aksiyaçılar 42 ildir, Liviyaya rəhbərlik edən Qəddafinin istefasını tələbə edilər. Hökumət qüvvələri ilə baş verən toqquşmalarda 233 nəfərin həlak olduğu bildirilir.
Liviya dövlət televiziyası ilə çıxış edən prezident Müəmməd Qəddafinin oğlu bəyan edib ki, dövlət başçısı ölkədədir və ordu onu tam müdafiə edir.
APA-nın məlumatına görə, Liviya liderinin oğlu bildirib ki, ordu Qəddafini müdafiə etmək üçün son gülləyədək döyüşəcək: "Mən vətəndaş müharibəsindən ehtiyatlanıram, bu müharibə neft səltənətini məhv edə bilər. Bəziləri Benqazidə hökumət yaratmaq, digərləri isə Əl-Baydada islam əmirliyi təsis etmək istəyir. Hər kəsin öz çevriliş planı var".
Ölkədə etiraz aksiyaları davam edir. Tripolinin mərkəzində yerləşən Yaşıl meydanda polislə nümayişçilər arasında toqquşmalar davam edir. Mənbələr şəhərdən aramsız atəş səsləri gəldiyini bildirir. Benqazidə təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarına atəş açması nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb.Liviya prezidentinin oğlu: "Müəmmər Qəddafi ölkədədir və ordu onu müdafiə edir"
Liviyanın Benqazi şəhərində kütləvi etiraz aksiyası keçirən vətəndaşlarla polisin toqquşması nəticəsində 200 nəfər həlak olub, 800 nəfər yaralanıb.
Şəhər xəstəxanasının həkimlərinin dediklərinə görə, binada yaralılar üçün yer qalmasa da, adamları gətirməyə davam edirlər. Onların tam əksəriyyətinin vəziyyəti çox ağırdır. Liviya lideri Müəmmər Əl-Qəzzafinin əmri ilə şəhərə yeridilmiş hərbçilər nümayişçiləri zirehli avtomobillərlə əzir, pulemyotlardan atəşə tutur, helikopterlərdən açılan atəşlərlə vururlar. Nümayişçilərə snayperlər də atəş açır.
Liviyanın JANA dövlət informasiya agentlyii ölkədəki "stabilliyi pozmaq üçün gəlmiş onlarla əcnəbi cəsuslardan ibarət şəbəkənin zərərsizləşdirildiyi" barədə məlumat yayıb. Ölkədə müxtəlif ərəb ölkələrindən olan onlarla şəxs tutulub.Tutulanlar arasında Türkiyə vətəndaşları da var.
Liviyanın uzun müddətdir hakimiyyətdə olan lideri Müəmmar Qəddafinin hökuməti vaxtilə onu devirmək cəhdində günahlandırılan qrupun 110-dək döyüşçüsünü həbsdən azad etməklə ölkədə baş qaldırmış narazılığı yatırmağa çalışıb. Vaxtilə "Əl-Qaidə" qruplaşması ilə əlaqələrdə şübhəli bilinən Liviya İslam Döyüşçü Qrupunun cəmi 30 nəfəri həbsdə qalıb. Liviya liderinin oğlu Seyf əl-İslam Qəddafinin irəli sürdüyü bu təşəbbüs sülh planının bir hissəsidir.
Hökumət, həmçinin dövlət sektorunda çalışan işçilərin əmək haqqlarının 100 faizədək artırılmasını təklif edib. Anti-hökumət fəalları isə "Facebook" və "Twitter" sosial şəbəkələri ilə xalqı bu gün Müəmmar Qəddafinin istefası, Konstitusiyanın yaradılması, əsaslı siyasi və iqtisadi islahatların keçirilməsi tələbləri ilə nümayişlərə çağırıb. Liviya paytaxtında minlərlə etirazçı ilə hökumət qüvvələri arasında toqquşmalar baş verir, şəhərdə ilk dəfə atəş səsləri eşidilib.
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, bu barədə "Əl Cəzirə" telekanalı xəbər verir.
Reuter agentliyi isə Tripoli mərkəzindəki, otel işçilərinin birinə istinadən yazır ki, paytaxtın Yaşıl Meydanına yaxın ərazidə polis toplaşan kütləni dağıtmağa çalışaraq, göz yaşardıcı qazdan istifadə edir. "Human Rights Watch" təşkilatı zorakılıq nəticəsində ölənlərin sayının 230-dan artıq olduğunu bildirib.
Bu məlumatları dövlət televizyası ilə çıxış edən Liviya liderinin oğlu Səif Qəzzafi təkzib edib. O xarici medianı şişirtmələrdə təqsirləndirib. Səif Qəzzafi nümayişçilərə qarşı buraxılan səhvlərlə yanaşı müxalifəti ölkəni parçalamaqda ittiham edib.
Avropa İttifaqı Liviyanı təxirə salmadan etirazçılara qarşı zorakılığa son qoymağa çağırıb.
İttifaqın Xarici siyasət üzrə baş rəsmisi deyib ki, iqtidarla nümayişçilər arasında geniş əsaslı dialoq yaradılmalıdır. "Avropa İttifaqı Liviyada baş verənlər və nümayişçilər arasında ölüm hallarının yüksək olduğu barədə xəbərlərdən olduqca narahatdır ", – deyib Catherine Ashton.
27 ölkə adından danışan xanım Ashton deyib ki, Liviya vətəndaşlarının məlumat almaq haqqına hörmətlə yanaşaraq, "internet və mobil telefon şəbəkələrinə tətbiq edilən məhdudiyyətləri" ləğv etməlidir.
Avropa İttifaqı Liviyada baş verən hadisələr və nümayişçilər arasında ölüm hallarının yüksək olduğu barədə xəbərlərdən olduqca narahatdır.
Tripolidə "Allahu Əkbər" qışqıran nümayişçilər Müəmmər Qəzzafinin posterlərini daşa basıblar. Paytaxt Tripoli yaxınlığındakı Əz Zaviya şəhərində etirazçılar Müəmmər Qəzzafi administrasiyasına məxsus qonaq evinə od vurublar.
Dövlət televiziyası ilə Əl-Bayda şəhərindəki, talançılıq səhnələri nümayiş etdirilirb. Tobruk şəhərində minlərlə adam küçələrə çıxaraq hökumət əleyhinə şüarlar qışqırıb. Bir müddət sükut saxlayan dövlət televiziyası olayların işqılandırılmasına başlayıb.
TV Kanalı əsasən çıxışlar nəticəsində vurulan ziyanının miqyasından bəhs edib: "Şəxsi evlərlə yanaşı bir çox xəstəxana, bank, məhkəmə, polis və digər idarələrin binalarına od vurulub", – deyilir xəbərdə.
Bununla bərabər Böyük Respublika TV Kanalında ötən Çərşənbə Axşamından bəri Liviya şəhərlərinin vandalizmə məruz qaldığı qeyd olunub. Hökumət baş verənləri təxribat kimi dəyərləndirirək, bildirir ki, qarışıqlıqda Liviyanın sabitliyini pozmaqda maraqlı olan xarici qüvvələrin əli var.