Türkəci (bəzən: Türkəçi) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Göyçayın sahilində, Şirvan düzündədir.Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisinin sayı 416 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimikası Tədqiqatçılara görə, oykonim Türk Hacı adının tələffüzdə təhrif olunmuş formasıdır. Əslində, keçən əsrin əvvəllərində Göyçay qəzasında Təklə Hacı və Türkəncə adlı ayrı–ayrılıqda iki kənd mövcud olmuşdur. Türkəçi oykonimi Türkəncə adının təhrif olunmuş formasıdır. 1933-cü ildə həmin kənd səhvən Türk Hacı kimi qeydə alınmışdır. 1917-ci ildə Türkəncə kəndi Yengikənd icmasının tərkibində olmuşdur. Oykonim “yeni türk kəndi” mənasındadır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.
Həmçinin bax
Ənvər Məmmədxanlı (Ucar) Yuxarı Çiyni
İstinadlar
Kateqoriya:Ucar rayonunun kəndləri