Hold It Against Me - amerikalı pop müğənnisi Britni Spirsin 7-ci studiya albomunun çıxış mahnısı.

Haqqında

iTunes siyahılarında 19 ölkədə 1 nömrəli sinqldır. Mahnı Femme Fatale albomunun çıxış musiqisidir. Billboard Hot 100 və Canadian Hot 100 siyahılarına mahnı ilk çıxdığı həftədən qatılmışdır. Mahnı Britninin Canada siyahısında olan "Gimme More", "Womanizer" və "3" sinqllarından sonra 4-cü #1 sinql olmuşdur.

Britni Spirs "Hold It Against Me" sinqlının uğurundan sonra yeni albomunun adını açıqladı. Albomun adı "Femme Fatale" olacaq. Britni Twitter vasitəsilə "Sexy and strong, dangerous yet mysterious, cool yet confident." sözləriylə heyranlarını marağa salıb. Bunlar mahnının sözləri ola bilərmi?

Britni deyir: Mən son 2 ildə ruhumu və ürəyimi bu alboma qoymuşam. Bunun içində hər şeydən bir az var. Bu albom məni sevənlər üçündür, hər addımında məni dəstəkləyənlər üçündür. Hamınızı sevirəm!

Xatırladaq ki, "Femme Fatale" adlanan albom Mart ayında iTunes-da satışa çıxarılıb.

Xarici keçidlər Britni Spirs yeni albomunun adını açıqladı Sinqlın yüksək keyfiyyətli promo şəkilləri

Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:Britni Spirs sinqlları Kateqoriya:2011-ci ilin sinqlları Kateqoriya:2011-ci ilin mahnıları Kateqoriya:2010-cu ilin mahnıları