Aydın Arif oğlu Əlizadə (1989-cu ilə qədər Əliyev; ) — multidissiplinar sahədə fəaliyyət göstərən Azərbaycan alimi, fəlsəfə elmləri doktoru, dosent.

Ailəsi İskəndər Əliyevin, Pəri Əliyeva və Abutalıb Abdullayevin nəvəsidir.

Həyatı 1963-cü ildə Bakı şəhərində anadan olmuşdu. 1980-ci ildə orta məktəbi bitirmiş, 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışdı. 1981−1983-cü illərdə SSRİ Hərbi dəniz güvvələrində qulluq etmişdi. 1978-2002 ilə qədər təsərrüfat sahəsində işləyib.

Elmi fəaliyyəti 1997−2000-ci illərdən başlamış, o zaman Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq (indiki Fəlsəfə və Sosiologiya) institutunun dissertantı olmuşdu. 2001-ci ildə namizədlik, 2009-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdi.

2003-cü ildən bu günə kimi AMEA Fəlsəfə və Sosiologiya institutunda elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Bir müddət həmin institutunun ictimai elmlər üzrə Dissertasiya şurasının üzvü olmuşdu. 2023-cü ildən başlayaraq Bakı İlahiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən AAK-ın 8 dekabr 2023 il tarixli 3-50/3-1-1-271/2023 nömrəli əmri ilə yaradılmış qeydiyyat nömrəsi BFD 4.03 Birdəfəlik dissertatiya şurasının üzvüdür.

Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş kitabların (monoqrafiyalarin, polemik və apologetik əsərlərin, ensiklopedik lüğətlərin, dərsliklərin, ədəbi əsərlərin) məqalələrin və tərcümələrin müəllifidir. Rusiya və Azərbaycan müəllifləri tərəfindən yazılmış bir sıra kitabların elmi redaktoru olmuşdurRedaktorluq // Aydın Əlizadənin səhifələri.

Bir çox beynalxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdi.

Elmi fəaliyyəti Elmi fəaliyyəti multidissiplinar xarakter daşıyır və müxtəlif elm sahələrinin qovşağında formalaşmışdır. Tədqiqatları humanitar, ictimai və texniki fənlərin inteqrasiyasını əhatə edir. Təsərrüfat sahəsinin sosiologiyası, dinşünaslıq, siyasi sosiologiya, hüquq tarixi, fəlsəfə və ədəbiyyatşünaslıq sahələrində apardığı araşdırmalar bu fənlərin qarşılıqlı əlaqəsini nümayiş etdirir. Yanaşmaları həm tarixi-sosioloji metodları, həm də normativ-hüquqi və texniki təhlilləri birləşdirərək elmi nəticələrin praktik tətbiqinə və dövlət siyasətinə töhfə vermişdir.

Təsərrüfat sahəsinin sosiologiyası Azərbaycanın iyirminci əsrin ortalarında qazlaşdırılmasınınAzərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı (1955−1970). Tarixi-sosioloji araşdırma. Bakı, 2020, − 224 səh. − ISBN 978-9952-475-41-8 və kommunal təsərrüfatının tarixi-sosioloji aspektlərini arxiv materialları əsasında araşdırmışdır. Rus dilinə tərcümə edilmiş monoqrafiyalar Rusiya Dövlət Kitabxanasında açıq yayımdadır. Bununla da təsərrüfat sahəsinin sosiologiyası elm sahəsini ilk dəfə ölkə elmində tətbiq etmişdir. Bu sahədə elmi fəaliyyət praktiki xarakter daşıyır, SOCAR Qaz İxrac İdarəsi, "Azəriqaz" İB və Bakı İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamenti tərəfindən rəsmi olaraq tanınmışdır. Monoqrafiyalara xarici rəylər Volqoqrad İdarəetmə institutu və Rusiya Ali İqtisad Məktəbi tərəfindən verilmişdir. Azərbaycan mətbuatında da bu elmi əsərlərin haqqında yazılar dərc edilmişdır.

Fəlsəfə tarixi Azərbaycan dilində antik fəlsəfə tarixi dərsliyiniAntik fəlsəfə tarixi — B.: №-li 3 mətbəə, 2016. — 398 s. — ISBN 5-89968-061-X. , eləcə də erkən Xristianlığın fəlsəfə tarixinəXristianlıq: tarix və fəlsəfə (ilk çağlar) . B.: Əbilov, Zeynalov və oğulları, 2007. — 172 с. — ISBN 5-87459-013-7. həsr edilmiş monoqrafiyanı dərc etmişdi. Bu əsərlər Azərbaycan dilində ali məktəblərdə istifadə olunan yeganə fundamental dərsliklərdir.

Hüquq tarixi və siyasi sosiologiya Gizli Müsavatın təşkilatının tarixiniDadaş Həsənovun Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəsi // Azərbaycan xalq cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransının materialları. Bakı, 21–23 may 2018, s. 554–560., sağ-trotskiçilərin repressiya işiniAzərbaycanda qırmızı terror:"sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı"nın işi (1938–1956) // Elmi əsərlər. Beynəlxalq elmi-nəzəri jurnal № 1 (30), Bakı, 2018, s. 142–153. və 1944-1964-cü illərdə Azərbaycanda erməni kilsəsinin fəaliyyətini arxiv materialları əsasında araşdırmışdır.

Dinşünaslıq Erkən müsəlman dövlətlərinin səlnamələrininХроника мусульманских государств I−VII веков хиджры . — Москва: Умма, 2004. — 445 с. — 3000 экз. — ISBN 5-94824-111-4., eləcə də Moskva, Bakı və Almatı şəhərlərində nəşr olunmuş, rus, azərbaycan (həmmüəllifliklə) və qazax dillərində (həmmüəllifliklə) hazırlanmış, MDB məkanında tanınan və istinad edilən “İslam. Ensiklopedik lüğət”in müəllifidir. Əsər Qazaxıstanda dövlət qrantı ilə nəşr edilmiş, Qazaxıstan Elm və Təhsil Nazirliyinin rəsmi tövsiyəsi ilə ölkənin təhsil sisteminə daxil edilmişdir. Azərbaycanda bu əsərin beynalxalq əhəmiyyətini Bakı İlahiyyat institutu və Milli Məclis deputatı öz rəylərində təsdiqləmişdir.

Dinin sosiologiyası “Dindarlıq, Tolerantlıq və İslahatlar: Azərbaycan Gəncləri Üzrə 2022-ci il Sosioloji Sorğusu” adlı sosioloji sorğu və təhlilin müəllifidir. Tədqiqat Bakı, Lənkəran, Gəncə və Zaqatala şəhərlərində gənclərin dindarlıq və dünyəvilik səviyyəsini öyrənmişdir. Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantı çərçivəsində icra olunmuş, dövlətin din siyasəti üçün praktik baza kimi təqdim edilmişdir.

Ədəbiyyatşünaslıq Y. A. Eyvazovun “M. T. Sidqi: poeziya, maarifçilik, publisistika” monoqrafiyasının (Bakı, 2026, 320 s.) elmi redaktorudur. Sovet dövrü alimin əlyazmalarından və yayımlanmamış tədqiqatlarından istifadə edilərək ilk dəfə elmi ictimaiyyətə təqdim olunmuşdur. Sovet ideoloji qəlibləri çıxarılaraq müasir elmi kateqoriyalara uyğunlaşdırılmışdır – postsovet məkanında nadir nümunədir.

Beynəlxalq nəşrlər, sitat və yükləmələr göstəricisi 2016-cı ildə İtaliyada Fabrizio Serra Editore nəşriyyatında dərc olunmuş və Web of Science bazasında indeksləşdirilmiş “La religione nell'Azerbajgian contemporaneo” adlı məqalənin (Radif Mustafayevlə həmmüəlliflikdə) müəllifidir. Məqalə Religioni e società jurnalının XXXI, № 84 sayında (səh. 41–46) çap olunmuşdur.

2025-ci ildə ingilis dilində nəşr olunmuş Communal Economy in Azerbaijan during the Khrushchev Reforms (1953–1963): A Historical-Sociological Study monoqrafiyası nüfuzlu Europe-Asia Studies jurnalının (2025, cild 77, buraxılış 8, Routledge/Taylor & Francis) "Books Received" bölməsində təqdim edilmişdir. Jurnal Scopus və Web of Science (SSCI) bazalarında indeksləşən Q1–Q2 səviyyəli nəşrdir.

Sitat göstəricisi Alimin əsərlərinə geniş istinadlar edilmişdir. Google Scholar məlumatına görə, onun işlərinə ümumilikdə 600-dən çox sitat gətirilmişdir, h-indeksi 5. Bu göstəricilər onun tədqiqatlarının həm yerli, həm də beynəlxalq elmi mühitdə dövriyyədə olduğunu sübut edir.

Yükləmələ göstəricisi

Zenodo platformasında yerləşdirilmiş əsərləri beynəlxalq səviyyədə maraq doğurmuşdur. Bəzi elmi işlərin yükləmə sayı (15.01.2026 tarixinə): +Əsərin adıƏsərin növüDillərYükləmə sayıAzərbaycanın qazlaşdırılması və qaz təsərrüfatın istismarı (1955-1970)Monoqrafiyaaz,ru229XX əsrin ortalarında Azərbaycanın kommunal təsərrüfatı (1953-1963)Monoqrafiyaen,ru323 Dindarlıq, Tolerantlıq və İslahatlar: Azərbaycan Gəncləri Üzrə 2022-ci il Sosioloji Sorğusu Sosioloji sorğuaz,en,ru151Azerbaycan’in Bağimsizliğina Kavuşmasi için Gizli Müsavat’in Erdiği Mücadele Üzerine Bir Araştirma (1920–1926) Məqalətr,en,ru71Azərbaycanda qirmizi terror: “Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyyətçi təşkilati”nin işi (1938-1956)Məqaləaz,en,ru56Sovet Azərbaycanında etno-siyasi proseslər kontekstində Erməni KilsəsiMəqaləen98

Redaksiya heyəti üzvlüyü İki elmi jurnalın redaksiya heyətinin üzvüdür:

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun “Elmi Əsərlər” jurnalı (ISSN 2219‑9810). Rusiya Federasiyası Prezidentinin yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının “Парадигмы управления, экономики и права” (İdarəetmənin, iqtisadiyyatın və hüququn paradiqmaları). Reg. № ЭЛ № ФС 77 — 78424, 15.06.2020; ISSN 2782‑5531.

Müəllimlik fəaliyyəti 2005–2015-cü illərdə Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Fərabi adına Qazaxıstan Milli Universitetində — fəlsəfə, dinşünaslıq, kulturologiya, din fəlsəfəsi, dinlərin tarixi, ekologiya, sosial antropologiya, əməyin sosiologiyası, insan alveri fənləri üzrə mühazirələr oxumuşdurMüəllimlik // Aydın Əlizadənin səhifələri. 2008-ci ildə dosent adını almışdır.

Xarici keçidlər:

Aydın Əlizadənin AMEA Fəlsəfə və Sosiologiya İnstitutundakı rəsmi səhifəsi Aydın Əlizadənin ORCID profili Aydın Əlizadənin Linkedin profili Aydın Əlizadənin Google Scholar profili Aydın Əlizadənin ResearchGate profili Aydın Əlizadənin Academia.edu profili Zenodo-da Aydın Əlizadənin əsərləri SSRN-də Aydın Əlizadənin əsərləri

İstinadlar

Kateqoriya:Azərbaycan kulturoloqları Kateqoriya:Dinşünaslar Kateqoriya:XX əsr Azərbaycan filosofları Kateqoriya:XXI əsr Azərbaycan filosofları Kateqoriya:Vikipediyanı redaktə edən ensiklopedik şəxslər