Devid Yum (; ) — məşhur şotland filosofu, empirizm və aqnostisizmin nümayəndəsi, ingilis maarifçiliyinin ən məşhur xadimlərindən biri.William Edward Morris, "David Hume" , The Stanford Encyclopedia of Philosophy (21 may 2014), Edward N. Zalta (ed.)
Həyatı Yum 1711-ci ildə Şotlandiyanın Edinburq şəhərində bir hüquqşünas ailəsində anadan olmuşdur. O, Edinburq Universitetində mükəmməl təhsil almış, İngiltərənin Avropadakı diplomatik missiyalarında işləmişdir. Fəlsəfi fəaliyyətə Yum "İnsan təbiəti haqqında traktat"-ın ilk iki hissəsini nəşr etməklə 1739-cu ildə başlamışdır. Bir ildən sonra traktatın ikinci hissəsi işıq üzü görmüşdür. Sonralar Yum bu ideyaların üzərində işləmiş və "İnsan idrakı haqqında" adı altında ayrıca bir kitab da nəşr etmişdir. Bir çox əsərin, o cümlədən, 8 cildlik "İngiltərə tarixi"nin müəllifidir. D. Yumun həyatında ən parlaq və məhsuldar dövr onun Şotlandiyanın Milli Kitabxanasında çalışdığı dövrdür. Belə ki, az maaş almasına baxmayaraq kitabların içərisində olmaq ona bir sıra gələcək əsərləri üçün material toplamaq imkanı vermişdi.
Fəlsəfəsi Devid Yum empirizmin nümayəndəsidir və skeptik mövqeyi ilə seçilir. Onun məşhur fikirlərindən biri budur ki, insan heç bir halda səbəblə nəticə arasında zəruri əlaqənin olduğunu sübut edə bilməz, bizdə hansısa səbəbin hansı nəticə doğuracağı və ya hansısa nəticənin səbəbinin nə olacağı barədə düşüncə vərdiş və assosiasiyanın nəticəsində yaranır.
"Yum aqnostisizmi" dedikdə, duyğuların əsasında nəyin dayanması məsələsinin atılması və ya idrak üçün əlçatmaz olması başa düşülür.
Azərbaycan fəlsəfi düşüncəsindəki yeri D. Yum Azərbaycan oxucusuna M. F. Axundovun təqdimatında səbəbiyyət təliminin və marksizm fəlsəfəsinin təqdimatında aqnostisizmin görkəmli nümayəndəsi kimi bəllidir.
İstinadlar
Xarici keçidlər Статья о Давиде Юме из Энциклопедии Кругосвет Давид Юм. Исследования, касающиеся человеческого познания — текст на русском и английском языках Дэвид Юм "Трактат о человеческой природе"
Kateqoriya:Britaniya filosofları Kateqoriya:XVIII əsr filosofları Kateqoriya:Edinburq Universitetinin məzunları Kateqoriya:Skeptisizm Kateqoriya:Empiristlər Kateqoriya:Epistemoloqlar Kateqoriya:Britaniya diplomatları Kateqoriya:Elm filosofları Kateqoriya:İqtisadi düşüncənin tarixi Kateqoriya:Din tənqidçiləri Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Şotlandiya filosofları Kateqoriya:Şotlandiya iqtisadçıları Kateqoriya:Ateistlər Kateqoriya:Sosial filosoflar Kateqoriya:Etika tarixi