Freddi Merkyuri (, əsl adı Fərrux Bulsara, ; ) — Böyük Britaniya müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. O, daha çox Queen qrupunun solisti kimi tanınır. Merkyuri parlaq səhnə personası və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşmışdır.. Merkyuri Queen qrupu üçün çoxsaylı hitlər yazmışdır ki, onların da arasında "Bohemian Rhapsody", "Killer Queen", "Somebody to Love", "Don't Stop Me Now", "Crazy Little Thing Called Love" və "We Are the Champions" mahnıları da vardır. O, Queen qrupunda iştirakı ilə yanaşı solo karyeraya da malik olmuş, həmçinin başqa musiqiçilərlə birlikdə çıxışlar və musiqi prodüserliyi də etmişdir.

Merkyuri Zənzibar adasında parsi ailəsində anadan olmuş, orada və Hindistanda böyümüş, yeniyetmə dövründə isə ailəsi ilə birlikdə İngiltərənin Midlseks qraflığına köçmüşdür. O, 1970-ci ildə gitaraçı Brayan Mey və zərb alətlərində ifadə edən Rocer Teylor ilə birlikdə Queen qrupunu yaratmışdır. Merkyuri 1991-ci ildə 45 yaşında ikən QİÇS-in səbəb olduğu ağciyər iltihabından vəfat etmiş, ölümündən bir gün əvvəl isə onun xəstəliyə tutulması təsdiqlənmişdir.

1992-ci ildə, ölümündən sonra Britaniya musiqisinə əlamətdar töhfələrinə görə "Brit" mükafatına layiq görülmüş və Londonun Uembli stadionunda ona həsr edilmiş konsert keçirilmişdir. Queen üzvü kimi 2001-ci ildən Rok-n-roll şöhrət zalı (), 2003-cü ildən Mahnı bəstəkarları şöhrət zalı (), 2004-cü ildən isə Birləşmiş Krallıq Musiqisi şöhrət zalında () təmsil olunur. BBC tərəfindən 2002-ci ildə keçirilmiş sorğuya əsasən 100 ən böyük britaniyalı siyahısında 58-ci yerdə qərarlaşmışdır. Müxtəlif sorğular nəticəsində dəfələrlə populyar musiqi tarixində ən böyük ifaçılardan biri olduğu göstərilmişdir.

Erkən həyatı 180px|thumb|left|Zənzibarda Freddi Merkyurinin doğulduğu ev. Merkyuri, Fərrux Bulsara adı ilə 5 sentyabr 1946-cı ildə o zaman Britaniya protektoratlığında olan Zənzibar adasının Stoun Toun şəhərində (hazırkı Tanzaniya ərazisi) doğulmuşdur.Birth certificate mr-mercury.co.uk Onun valideynləri olan Bomi (1908–2003) və Cer Bulsaralar (1922–2016) Britaniya Hindistanının Bombey prezidentliyinin Qucarat regionundan olan parsilər idilər. Əksər parsilər kimi Merkyuri və onun ailəsi zərdüştiliyə inanırdılar. Ailə başçısının Britaniya Koloniya İdarəsində kassir işini davam etdirə bilməsi üçün Bulsara ailəsi Hindistandan Zənzibara köçmüşdü. Fərruxun Kəşmirə adlı kiçik bacısı vardır. Merkyuri dördüncü dərəcəli poliodontiya ilə doğulmuşdu."Review: 'Bohemian Rhapsody' won't rock you, but Malek will" , Yahoo News. Retrieved 16 noyabr 2018

Merkyuri uşaqlığının böyük bir hissəsini Hindistanda keçirmiş və yeddi yaşından etibarən fortepiano dərsləri almağa başlamışdır.Queen Online – History: Freddie Mercury, Archived on 8 avqust 2010. 1954-cü ildə səkkiz yaşlı Merkyuri təhsil alması üçün Bombey (indiki Mumbay) yaxınlığındakı Pançqani ərazisində yerləşən Britaniya üsullu Müqəddəs Pyotr məktəbinə göndərilmişdir.. 12 yaşında ikən The Hectics adlı məktəb qrupu yaradan Fərrux Kliff Riçard və Litl Riçard kimi rok-n-roll müğənnilərinin mahnılarını ifa etməyə başlayır.. Merkyurinin keçmiş qrup yoldaşlarından biri deyir ki, "o, yalnız Qərb pop musiqisini dinləyir və ifa edirdi." O zaman dostluq etdiyi başqa biri isə deyir ki, Fərrux "radioda eşitdiyi musiqiləri pianinoda təkrarlamaq bacarığına malik idi.". Müqəddəs Pyotr məktəbində Fərrux özünü ilk dəfə Freddi adlandırmağa başlayır. Daha sonra o, təhsilini Mumbaydakı Müqəddəs Məryəm məktəbində davam etdirir. 1963-cü ildə Zənzibara köçən Freddi ailəsi ilə yaşamağa başlayır.Lesley-Ann Jones (2012). "Mercury: An Intimate Biography of Freddie Mercury". p. 327. Simon and Schuster, 180px|thumb|left|Bulsara aləsinin Londona köçdükdən sonra Feltem ərazisində yaşadığı bina üzərinə vurulmuş İngilis İrsi Mavi lövhəsi. Freddinin 17 yaşı olarkən 1964-cü il Zənzibar inqlabı zamanı ərəblər və hindistanlıların öldürülməsi şəraitində ailə, təhlükəsizliyini təmin etmək üçün Zənzibarı tərk etməli olur. Bulsara ailəsi İngiltərənin Midlseks qraflığının Feltem şəhərində Qledstoun prospekti 22 ünvanında yerləşən kiçik evdə məskunlaşır. Freddi Qərbi Londondakı Ayzeluort Politexnik (hazırda Qərbi Temza Kolleci) məktəbində qeydiyyatdan keçərək incəsənəti öyrənməyə başlayır. Daha sonra o, İlinq Sənət Kollecinin (hazırda Qərbi London Universitetinin İlinq korpusu) "Sənət və Qrafik dizayn" üzrə bakalavr diplomunu alır və sonradan təhsil zamanı qazandığı bacarıqları Queen qrupunun loqosunun dizayn edilməsində istifadə edir. Doğulandan Böyük Britaniya vətəndaşı olan Freddi, vəfatına kimi vətəndaşlığını dəyişmir.

Təhsilini tamamladıqdan sonra Freddi müxtəlif musiqi qrupları ilə birlikdə ifa etmiş və sevgilisi Meri Ostinlə birlikdə Kensinqton bazarında köhnə paltarlar satmışdır. Həmin dövrdə o, həm də Hitrou Hava Limanında yükdaşıyan kimi çalışmışdır. O vaxtlar onunla olmuş dostları, Freddini musiqiyə böyük marağı olan gənc və utancaq oğlan kimi xatırlayırlar. 1969-cu ildən o, Liverpuldan olan "Ibex" adlı qrupda oxumağa başlayır, daha sonra qrupun adı "Wreckage" olaraq dəyişdirilir. Həmin dövrdə Freddi Liverpuldakı "The Dovedale Towers" adlı pabın zirzəmisində yaşamışdır. Qrupun dağılmasından sonra Freddi, "Sour Milk Sea" adlı qrupa qoşulmuşdur. Lakin, 1970-ci ilin əvvəllərində həmin qrup da dağılmışdır..

1970-ci ilin aprelində Merkyuri yenicə dağılmış "Smile" qrupunun gitaristi Brayan Mey və zərb alətlərində ifa edən Rocer Teylorla tanış olur. 1971-ci ildə basist Con Dikon da onlara qoşulur. Qrupun digər üzvləri və Trident Studiosun digər təklifləri də olmasına baxmayaraq Merkyuri yeni yaratdıqları qrup üçün "Queen" adını seçir. Sonradan o, deyirdi ki, "Bu çox hökmdarsayağı və möhtəşəm səslənir. Bu çox güclü addır, çox universal və anlaşılandır. Mən əlbəttə ki, bu adın gey-konnotasiyası haqqında da xəbərdar idim, lakin , bu, məsələnin yalnız bir tərəfi idi.". Həmin vaxtda da Freddi soyadını "Bulsara"dan "Merkyuri"yə dəyişir. Qrupun ilk albomunun çıxarılmasından qısa müddət əvvəl, Merkyuri, onun rəsmi loqosunu çəkir və "Queen xaçı" adlandırır. Loqoda qrup üzvlərinin bürcləri göstərilmişdi: iki şir Şir bürcünü (Dikon və Teylor), yencək Xərçəng bürcünü (Mey) və iki pəri Qız bürcünü (Merkyuri) təmsil edir. Şirlər stilləşdirilmiş şəkildə qucaqlaşaraq Q hərfini əmələ gətirir. Q hərfinin içində tac, üstündə isə böyük Simurq quşu vardır. Ümumilikdə qrupun loqosu Birləşmiş Krallığın krallıq gerbi ilə oxşarlıqlara malikdir.

Yaradıcılığı

Vokalist

Merkyurinin danışıq səsində bariton hiss olunsa da, ifa səsində tenor diapazon üstünlük təşkil edirdi. Onun vokal diapazonu aşağı bassdan F (F2) yüksək sopranoya F (F6) kimi genişliyə malik idi. O, səsini maksimum 5 (F5) tenor yüksəkliyinə kimi qaldıra bilirdi. Bioqraf Devid Bret onun səsini "aşağı notlardan başlayaraq xırıltılı rok səsindən incə və parlaq tenora, ordan da mükəmməl koloratura ilə təmiz və kristalsayağı yuxarı notlara kimi qalxan" səs olaraq təsvir edir.. 150px|thumb|left|Freddi Merkyurinin vokal diapazonu Merkyuri ilə birlikdə albom yazdırmış İspaniya sopranosu Monserrat Kabalye onun haqqında fikrini bildirərkən deyir ki, "Freddi ilə başqa rok artistləri haqqında əsas fərq ondadır ki, o, səsini satır.". Daha sonra Kabalye əlavə edir ki, "Onun texnikası heyranedicidir. Templə heç bir problemi yox idi, o, sərt ritm hissi ilə oxuyur, vokal yerləşməsi çox yaxşıdır və o, asanlıqla bir registrdan başqasında keçə bilir. O, həm də, mükəmməl musiqiliyə malikdir. Onun nitqi incə və şirin və ya enerjisi və təmtəraqlı səslənir. O, hər bir söz üçün düzgün səs tonu və ya ifadə tərzi tapmağa qadirdir." "The Who" qrupunun solisti Rocer Doltri Merkyurini "bütün zamanların ən yaxşı virtuoz rok-n-roll ifaçısı" adlandıraraq deyir ki, "O, istənilən şeyi, istənilən stildə ifa edə bilir. O, hər səirdə öz stilini dəyişə bilir, ilahi, bu sənətdir. Və, o, bu sənətdə mükəmməl idi."O'Donnell, Jim (2013). Queen Magic: Freddie Mercury Tribute and Brian May Interview

2016-cı ildə Merkyurinin səsinin tədqiq edilməsi üçün xüsusi işçi qrupu yaradılmışdır. Rəhbər professor Kristian Herbst və onun rəhbərlik etdiyi işçi heyət, müğənninin məşhur sürətli vibratosunu, həmçinin Merkyurinin səsi üçün xarakterik olan unikal untertonları öyrənərək müğənninin səsini məşhur opera müğənnilərinin səsi ilə müqayisə etmiş və nəticəsə onun səs diapazonunun F#2 – G5 arasında (ümumilikdə 3 oktava) dəyişdiyini təsdiq etsələr də, 4 oktavalıq səs nəzəriyyəsini təsdiqləmək mümkün olmamışdır. Tədqiqat zamanı Queen qrupunun satışa çıxarılmış 23 mahnısının səsyazmaları, müğənninin solo işləri və müsahibələri istifadə edilmişdir.

Mahnı bəstəkarı Queen qrupunun "Greatest Hits" albomuna daxil olan 17 mahnıdan 10-nun müəllifi Merkyuridir: "Bohemian Rhapsody", "Seven Seas of Rhye", "Killer Queen", "Somebody to Love", "Good Old-Fashioned Lover Boy", "We Are the Champions", "Bicycle Race", "Don't Stop Me Now", "Crazy Little Thing Called Love" və "Play the Game". Ölümündən sonra, 2003-cü ildə Merkyurinin adı Mahnı bəstəkarları şərəf zalına əlavə edilmiş, 2005-ci ildə isə Britaniya Musiqi bəstəkarları, Bəstəkarlar və Müəlliflər Akademiyasının Əlamətdar Mahnı Kolleksiyasına görə "Ivor Novello" mükafatına layiq görülmüşdür."The 50th Ivor Novello Awards" . The Ivors. Retrieved 21 noyabr 2018

Merkyurinin bəstəkarlıq üslubunun ən əlamətdar xarakteri, onun rok, proqressiv rok, hevi metal, qospel və disko kimi müxtəlif janrlarda yazmasıdır. 1986-cı ildə verdiyi müsahibədə o deyir ki, "Mən eyni şeyi təkrar və təkrar və təkrarən etməyə nifrət edirəm. Mən indi musiqi, film və teatrda nə baş verdiyini, hər şeyin necə qarışdırıldığını bəyənirəm." Həmin dövrün digər mahnı bəstəkarları ilə müqayisədə Merkyuri həm də mürəkkəb musiqi materialı yazmağa meyli ilə seçilir. Məsələn, "Bohemian Rhapsody" mahnısı strukturu baxımından qeyri-tsiklikdir və çoxlu akkorda malikdir.. Qrupun "Queen II" adlı albomuna Merkyurinin yazdığı altı mahnı daxildir və onlar müxtəlif açar dəyişimləri və kompleks materialları ilə seçilirlər. Digər tərəfdən, "Crazy Little Thing Called Love" mahnısı sadə strukturu ilə seçilir. Merkyuri tez-tez mürəkkəb musiqi harmoniyaları yazmasına baxmayaraq, musiqini çətinliklə oxuduğunu bildirirdi.. O, mahnılarını fortepianoda yazır və klavişli alətlərin ən müxtəlif variasiyalarını istifadə edirdi..

Canlı ifaçı 200px|thumb|left|Merkyuri 1977-ci ildə Nyu-Heven şəhərində canlı çıxış edərkən. Merkyuri həm də canlı ifaları ilə məşhurlaşmışdı və onu dinləmək üçün dünyanın hər yerindən insanlar konsert təşkil edilən stadionlara toplanırdılar. O, yüksək teatral ifa stili nümayiş etdirir və əksər hallarda kütlə də onun şousuna qoşulurdu. "The Spectator" jurnalının yazarı onu "özünün müxtəlif ekstravanqard versiyaları ilə izləyiciləri qıcıqlandıran, şoka salan və sonda valeh edən" kimi təsvir edir.. Merkyuriyə həsr edilmiş "Freddie Mercury Tribute Concert"ində çıxış etmiş və Queen qrupu ilə birlikdə "Under Pressure" mahnısını yazdırmış Devid Boui, Merkyurinin ifa stilini qiymətləndirərək deyir ki, "Bütün teatral rok ifaçıları arasında Freddi sənəti daha uzağa aparmış…sərhəddə çatdırmışdır. Əlbəttə ki, mən həmişə lasin geyinən bu insana heyran idim. Mən onun canlı ifasını yalnız bir dəfə görmüşdüm, onun necə danışdığının şahidi olmuşdum və şübhəsiz ki, bu insan auditoryanı ovcunun içində saxlaya bilirdi." Queen gitaraçısı Brayan Mey Merkyuri haqqında yazır ki, "o, elə şərait yaradır ki, stadionun ən arxa küncündə dayanmış insan da özünü şou ilə əlaqəli, şouda iştirak edən hiss etsin." Merkyurinin səhnədə əsas şou elementlərindən biri mikrofon dəstəyinin sındırılması idi; erkən ifalarından biri zamanı təsadüfən mikrofon dəstəyini sındıran ifaçının bu hərəkətinin kütlə tərəfindən yaxşı qarşılanmasından sonra o, tez-tez həmin işi davam etdirməyə qərar verir.Lenig, Stuart (2010) The Twisted Tale of Glam Rock (p. 81) . Books.google.com. Retrieved 21 noyabr 2018