Aygün tammetrajlı bədii televiziya filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1960-cı ildə ekranlaşdırılmışdır.Azəri, L. İlk Azərbaycan bədii televiziya filmi “Aygün” – kino-poema: [Kamil Rüstəmbəyovun quruluş verdiyi eyniadlı film haqqında] //Mədəniyyət.- 2016.- 20 yanvar.- S.12. Film Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Filmdə də hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Filmdə əsas rolları Nəcibə Məlikova, Həsənağa Salayev və Rəna Topçubaşova ifa edirlər.

Məzmun Film-poemadır. Əsərdə olduğu kimi, filmdə də hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 47-48

Aygünlə Əmirxan xoşbəxt cütlük idilər. Əmirxanın içkiyə qurşanması onların ailəsini parçalayır. Aygün (Nəcibə Məlikova), Əmirxan (Həsənağa Salayev) və onların qızları Ülkər (Rəna Topçubaşova) əzab çəkirlər. Sonda Əmirxanın içkinin daşını atması və karyerasında nailiyyətləri onların yenidən birləşməsini təmin edir.

Film haqqında Film Səməd Vurğunun eyniadlı poeması əsasında ekranlaşdırılmışdır. Film ilk Azərbaycan televiziya bədii filmidir.

Filmin üzərində işləyənlər Əsərin müəllifi: Səməd Vurğun Ssenari müəllifi: Kamil Rüstəmbəyov Rejissor: Kamil Rüstəmbəyov Operator: Əlihüseyn Hüseynov Rəssam: Faiq Əhmədov Bəstəkar: Zakir Bağırov

Rollarda Nəcibə Məlikova — Aygün Həsənağa Salayev — Əmirxan Rəna Topçubaşova — Ülkər Sürəyya Qasımova — Şəfiqə Gündüz Abbasov — Elyar Fateh Fətullayev — sovxoz direktoru Rza Əfqanlı — müəllim Sofa Bəsirzadə — müəllimə Filmi səsləndirənlər: Əli Zeynalov — Kadrarxası mətn (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Bəhramoğlu, R; Əhmədov, T. ""Aygün" ekranda" [S. Vurğunun həmin adlı poemasının ekrana çəkilməsi haqqında] //Ədəbiyyat və incəsənət.- 1959.- 14 fevral. İsmayıl Şıxlı. ""Aygün" ekranda" //Ədəbiyyat və incəsənət.- 1961.- 7 yanvar. Babayev, N. "Tamaşaçı razı qalır" //Kommunist.- 1961.- 11 may. Süleymanova, Z. "Tamaşaçılar arasında" //Azərbaycan gəncləri.- 1961.- 12 may. Nizami, N. "Aygün" //Nuxa fəhləsi.- 1961.- 14 may.

Kateqoriya:1960-cı ilin Azərbaycan filmləri Kateqoriya:1960-cı ilin SSRİ filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər