"Nə gözəldir bu dünya..." — Eldar Quliyev və Natiq Rəsulzadənin ssenarisi əsasındaNatiq Rəsulzadə. Ev. Bakı: Çənlibel, 2012. rejissor Eldar Quliyevin filmi.
Məzmun Filmdə göstərilir ki, ölkə bazar iqtisadiyyatına keçəndən sonra ruhi xəstəliklər xəstəxanası vəsaitsiz qalır. Baş həkim (Yaşar Nuri) xəstələri evlərinə buraxır. Lakin ətraf bu xəstələrdən betər xəstədir. Xəstələr vəziyyəti belə görüb xəstəxanaya qayıtmağa məcbur olurlar.
Bugünkü həyatımızın problemlərindən bəhs edən bu film ruhi xəstələrin həyatından danışsa da, əslində burada cəmiyyətimizdə, elə ətrafımızda baş verən eybəcərliklər, çatışmazlıqlar acı gülüşlə tamaşaçılara çatdırılır.
Film haqqında Film aktyor Həsənağa Turabovun kinoda son işidir. Filmin ssenarisi rejissorun ideyası əsasında yaranıb.
Filmin heyəti
Film üzərində işləyənlər Quruluşçu rejissor: Eldar Quliyev Ssenari müəllifi: Eldar Quliyev, Natiq Rəsulzadə Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Mayis Ağabəyov, Rafiq Nəsirov Bəstəkar: Müslüm Maqomayev Səs operatoru: Teymur Abdullayev Rejissor: Akif Rüstəmov Montaj edən: Tamara Nərimanbəyova Məsləhətçi: Ağabəy Sultanov (tibb elmləri doktoru) İcraçı prodüser: Vladimir Dudniçenko Operator: Eldar Ağayev Geyim rəssamı: Şahin Həsənli Qrim rəssamı: Hikmət Qurbanov Rejissor assistenti: Çingiz Həsənov, Cəbrayıl Rzayev Montaj üzrə assistent: Lyudmila Lotina İnzibatçı: Əbdülnəsir Kutiyev, Ədalət Yunusov, Rüfət Əsədov(R. Əsədov kimi) İşıq ustası: Rüstəm Rüstəmov, Əliağa İbrahimov Səs texniki: O. Süleymanov Geyimçi: Elmira Balaməmmədova
Rollarda Yaşar Nuri-Asim Əliyeviç Həsənağa Turabov-Müstəntiq Rasim Balayev-Mirzəyev Ayan Mirqasımova-Səbinə Elşən Rüstəmov-Emin Muxtar Maniyev-Kazım Rafiq Əzimov-Arif Rafiq Əliyev (II)-Ramiz Nahidə Orucova-Asim Əliyeviçin arvadı İradə Ağasıbəyli-Kazımın qızı Məbud Məhərrəmov-Kazımın kürəkəni Cəmil Quliyev-Həkim Zərnigar Ağakişiyeva-Həkim Nadir Ağayev-Sürücü Nadir Əbdülrəhimbəyov-Xəstə Arif Kərimov-Sanitar Xalidə Şərifova-Həkim Sona Əliyeva-Katibə Səfa Mirzəhəsənov Ömür Nağıyev-Səbinənin qardaşı Maqsud Məmmədov Sidiqqə Heydərova Rafiq Qasımov Vahid Əliyev-Xəstə Salman Bayramov-Xəstə Emil Tahirov A. Əfqanlı A. Əliyev R. Əliyev A. Quliyev Rahib Əliyev E. İbrahimov A. Sadıqov A. Rəhimov Y. Həşimov Ağaxan Şərifov Mehman Cəfərov R. Əzimov A. Şirinov Rövşən Kərimduxt-Səbinənin qardaşı İsmayıl Zeynalov-Uşaq Elvin Abdullayev-Uşaq Rüstəm Bağırov-Uşaq Rəhimə Bağırova-Uşaq Elxan Quliyev-Məhəllə sakini Kübra Dadaşova-Məhəllə sakini
Filmi səsləndirən Eldəniz Rəsulov — sürücü (Nadir Ağayev)(titrlərdə yoxdur)
Sponsor "Azərkinovideo" İB
İstinadlar
Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362; 367. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1999-cu ilin filmləri Kateqoriya:Psixoloji dram filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Eldar Quliyevin filmləri Kateqoriya:Psixiatriya müalicəxanaları haqqında filmlər