Qarluq xaqanlığı () 756-940-cü illərdə iqtidarda olmuş türk xaqanlığı.

Tarixi Qarluqlar VIII əsrin ortalarına qədər Qərbi Altayda və İrtış çayı sahillərində yaşayırdılar. Onların dili qıpçaqlara yaxın idi. Qarluqlar ilk əvvəl II Şərqi Türk xaqanlığına tabe olsalar da, vaxtaşırı uyğurlarla ittifaqa qarşı çıxır, qonşu əraziləri qarət edirdilər.

734-cü ildə Bilgə xaqanın ölümündən sonra II Şərqi Türk xaqanlığı əvvəlki qüdrətini itirdi. Artıq VIII əsrin 40-cı illərində qarluqlar yabqu tərəfindən idarə olunurdular. 744-cü ildə qarluq, uyğur və basmil türk tayfaları birləşərək II Şərqi Türk xaqanlığına son qoydular.

VIII əsrin 50-ci illərində qarluq tayfa ittifaqı daha da güclənir. Qısa müddət ərzində onlar İli, Çu və Talas çayları vadisini ələ keçirərək, Talas və Suyab şəhərlərini zəbt edirlər. 766-cı ildə qarluqların yabqusu qərargahını Çu çayının kənarında yerləşən Suyab şəhərinə (Tokmak şəhəri) keçirdi.

766-940-cı illər arasında qarluqlar Yeddiçayarası ərazidə hakim qüvvə idilər. Lakin 940-cı ildə Şərqi Türküstanda yaşayan türkmənşəli yaqma tayfası bu əraziyə basqın etdi və dövlətin mərkəzi Balasaqun şəhərini tutaraq, Qarluq xaqanlığına son qoydular.

Adının mənşəyi Qarluqlar 766-1215-ci illər arasında Orta Asiyada varlığını davam etdirən Türk boylarıdır. “Qar” adı ərəb mənbələrində “Harluk”, farsca əsərlərdə ” Halluh”, çin mənbələrində isə “Geluolu” formalarında istifadə edilmişdir. Qədim Türk çağlarında Karluklara “Üç Oğuz”, yəni “Üçboy” da deyilmişdir.

"Divanü Lüğat-it-Türk"də bir parçada deyilir: "Qarluq" "Köçəri türklərdən bir dəstə adıdır. Oğuzlardan ayrıdırlar. Oğuzlar kimi türkməndirlər".

Hökmdarları 746 - Bilgə Yabqu Tun Apa Yigen Çor (毗伽葉護頓阿波移健啜)Chavannes, Edouard, Documents Sur Les Tou-Kiue (Turcs) Occidentaux, Librairie d’Amérique et d’Orient Adrien Maisonneuve, Paris, 1903, səh. 85-86 753 - Tun Bilgə Yabqu (頓毗伽葉護)

İstinadlar

Xarici keçidlər Форум История Казахстана

Həmçinin bax Qarluqlar

Kateqoriya:Tarixi türk dövlətləri Kateqoriya:Qazaxıstan tarixi Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:756-cı ildə yarananlar Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Xanlıqlar Kateqoriya:Atlı xalqlar