Səməd ağa Vəli ağa oğlu Nəsibbəyov və ya Səməd ağa Kəsəmənli () — Göyçənin varlı bəylərindən, xeyriyyəçi.

Həyatı Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1848-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadan təsərrüfat işlərini öyrənmiş böyük var-dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış ta Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında olmuşdur.

Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir.

O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə "Molla Nəsrəddin" jurnalının Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdurZiyəddin Məhərrəmov. İrəvanda məktəbdarlıq və maarifçilik. Bakı: Nurlan, 2010..

Ölümü Səməd ağa daşnak generalı Sulikovun öldürülməsi tədbirinin əsas təşkilatçısı olmuşdur. Elə bu səbəbdən də Zodlu Səməd ağa, Daşkəndli Aşıq Nəcəf və başqaları ermənilər tərəfindən aldadılaraq öldürülür.

1919-cu ildə erməni daşnakları Göyçə kəndlərini dağıdaraq əhalini öz yurdlarından didərgin salırlar. Camaat əsasən Kəlbəcər rayonunda məskunlaşırlar. Göyçənin tanınmış şəxslərini məhv etmək məqsədilə ermənilər barışıq adı altında 11 nəfəri (Zodlu Səməd ağa, Daşkəndli Aşıq Nəcəf, Şişqayalı Kor Tanrıverdi, onun oğlu Ələkbər, Şişqayalı Məşədi Allahverdi, onun oğlu Məhərrəm, Bala Məzrəli Salah və b.) Basarkeçərə dəvət edir və onların müxtəlif üsullarla öldürülməsinə nail olurlar.

Tədqiaqtçı Əlisahib Əroğul Səməd ağanın öldürülməsi ilə bağlı yazır: "2 may 1918-ci il: Daşnak generalı Silikyanın başçılıq etdiyi terror qrupu Zod kənd sakini, Göyçə mahalında ad-san sahibi Səməd ağanı qətlə yetirir.Əlisahib Əroğul. Erməni-daşnaq faşizmi və Azərbaycan (bədii publisistika). Bakı: Təhsil, 2007. Lakin bu tarix reallığı əks etdirmir.

Ailəsi Abbasqulu bəy Şadlinski Səməd ağanın bacısı oğludur.

İstinadlar

Ədəbiyyat Eldar İsmayıl. "Oğuz yurdun övladları". I kitab. Bakı, "Təbib", 1999. səh.48 Lətif Şüküroğlu. "Səməd ağa". "Vətən səsi" qəzeti, 4 yanvar, 1991. № 1 (37), səh.5

Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Göyçədə vəfat edənlər Kateqoriya:Xeyriyyəçilər