Məzmun Bu film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) arasında olan sədd daha da qalınlaşır. Gülnarın həyatında baş verən faciəli dəyişikliklər onun işdən getməsinə səbəb olur. Elçinin arvadı Sərvinaz (Tanilə Əhmərova) isə nəhayət başa düşür ki, Elçin hələ də Gülnarı sevir və bu səbəbdən Elçindən ayrılmaq qərarını alır. Artıq müstəqil olan Elçin isə dərhal şəhərdən getmək istəyən Gülnarın ardınca vağzala yollanır...
Film-tamaşa haqqında Film-tamaşa yazıçı Aslan Qəhrəmanovun romanı əsasında ekranlaşdırılmışdır. Bu film-tamaşanın əvvəli "Səni axtarıram" və "Bağışla" televiziya tamaşalarında yer almışdır.
Filmin heyəti
Film-tamaşa üzərində işləyənlər Ssenari müəllifi: Aslan Qəhrəmanov Quruluşçu rejissor: Tariyel Vəliyev Quruluşçu operator: Eldar Məmmədov Quruluşçu rəssam: Rəfael Əsədov Səs rejissoru: Fuad İbrahimov Operator: Seyidağa Mövsümov, Yusif Dadaşov, Əlövsət Aslanov Rejissor assistenti: Adil Bünyadov Rəssam: Azər Cəbrayılov Qrim rəssamı: Aslan Qafarov Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Videoyazı mühəndisi: Asim Babayev, Sergey Perevalov, Rauf Kələntərov, Tofiq İbrahimov, Zoya Teymurova, Vaqif Aslanov, Fikrət Quliyev, Vladislav Makarenko Dekorator: Əliağa Xəlilov, Namiq Cəmşidi Mahnı ifa edən : Flora Kərimova, Mirzə Babayev Musiqilərindən istifadə edilən bəstəkar: Emin Sabitoğlu, Oqtay Rəcəbov, Mobil Babayev
Rollarda Firəngiz Mütəllimova-Gülnar Yaşar Nuri-Elçin Rəfael Dadaşov-Vasif İlham Əsgərov-Fərrux Saleh Babayev-Şakir Tanilə Əhmərova-Sərvinaz Fazil Cəlilov-İlqar Nəzirə Salmanova-Toydakı qonaq Zülfiyyə Cəfərova (Z. Cəfərova kimi)-Toydakı qonaq Adil İsmayılov-Tamada
İstinadlar
Həmçinin bax Səni axtarıram (film, 1981) Bağışla (film, 1983)
Xarici keçidlər Filmi izlə Senden Xebersiz televiziya tamaşası (1985) "Bağlı qapı" (1981) və "Səndən xəbərsiz" (1985) filmlərindən musiqi | Bəstəkar Emin Sabitoğlu
Kateqoriya:1985-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Tariyel Vəliyevin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması