Ərgün Pənbə () — keçmiş türk futbolçu və futbol məşqçisi. O, Türkiyə 2-ci Liqasında mübarizə aparan "Yeni Mersin İdmanyurdu" klubunun baş məşqçisidir.
Klub karyerası Ərgün Pənbə ilk dəfə "Kilimlispor" komandasının heyətində forma geyinib. 1992–1994-cü illərdə "Gənclərbirliyi" komandasında çıxış edib. 1994-cü ildə "Qalatasaray"a transfer olunub.
"Gənclərbirliyi" komandasının heyətində 1 mart 1992 – 8 may 1994-cü illər arasında çıxış etdiyi 60 rəsmi oyunda 179 dəqiqə meydanda olub və 4 qol vurub. Bu komandada ilk rəsi oyununa Türkiyə futbol çempionatının 1991–1992-ci illər mövsümünündə oynanılan "Gənclərbirliyi"-"Altay" oyununda çıxıb.
2000-ci ildə UEFA kubokunun finalında "Arsenal"ın qapısına vurduğu penalti komandasının kuboku qazanmasında böyük rol oynayıb.
Bütün peşəkar futbolçu karyerası boyu cəmi 1 dəfə qırmızı vərəq alıb – 1996-cı ildə "Trabzonspor"la qarşılaşmada üst-üstə 2 sarı vərəq aldığına görə meydandan qovulub.
Qalatasarayla müqaviləsi bitdiyinə və yenilənmədiyinə görə bu komandanı tərk edərək "Qaziantepspor"da çıxış edib.
Milli komanda karyerası Milli komanda formasını ilk dəfə Türkiyə Milli Futbol Komandası ilə Rusiya millisinin qarşılaşdığı oyunda geyinib (may, 1994). 2000-ci ilə qədər 48 dəfə milli komanda heyətində meydana çıxıb. Dünya çempionatının bürünc medalını qazanan Türkiyə millisinin heyətində yer alı.
Milli komanda statistikası Nömrə. Tarix Milli Komanda Oyun sayı Qol sayı 1. 1992–1993 21 yaşlılardan ibarət Türkiyə Milli Futbol Komandası 10 2 1. 1994–2006 Türkiyə Milli Futbol Komandası 48 0 Cəmi 582
Baş məşqçi karyerası 2008–2009-cu illər mövsümündə Turkcell super liqasında "Hacettepe" komandasının baş məşqçisi olub. Baş məşqçi kimi hazərladığı komanda ilk oyununu "Beşiktaş" qarşı keçirmiş və 2–3 hesabıyla məğlub olmuşdur.
2009–2010-cu illər mövsümünün II yarısında Bank Asiya 1-ci liqasının komandalarından biri olan "Mərsin İdman Yurdu" komandasına baş məşqçilik edib.
Pənbə 1 oktyabr 2024-cü ildə 2-ci Liqada mübarizə aparan "Yeni Mersin İdmanyurdu" ilə 2024-25 mövsümünün sonuna qədər anlaşıb.
İstinadlar
Xarici keçidlər ergunpenbe.com – Ərgün Pənbənin internet saytı
Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Gənclərbirliyi İK futbolçuları Kateqoriya:Qaziantepspor FK futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:Türkiyə futbol məşqçiləri Kateqoriya:2003 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:Futbol üzrə Aralıq dənizi Oyunları medalçıları Kateqoriya:1993 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri