"Həyat üçün təhlükəlidir!" () — rejissor Leonid Qaydayın filmi.

Məzmun Spartak Molodsov heç nəyə biganə qala bilməyən insandır. Buna görə də onun başına həmişə qeyri-adi bir hadisə gəlir. Bir gün səhər o, yolda üstü açıq qalmış yüksək gərginlikli xəttə rast gəlir və insanları oradan uzaqlaşdırmağa çalışır. Elə bu da Molodsovun işə gecikməsinə səbəb olur. Onun işə vaxtında gəlməməsi hər şeyi alt-üst edir. Hətta onun yeni müdiri bürokrat Andrey Pavloviç Peredelkin Molodsovsuz qərar qəbul etməyə cürət etmir. Filmin rejissoru Leonid Qayday bu süjet xəttini bir qədər özünəməxsus şəkildə dinamikləşdirmiş və satiradan ibarət ekssentrik komediya yaratmışdır.

Film haqqında Filmin çəkilişləri Çernovsı və Kamenes-Podolski şəhərlərində aparılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifləri: Roman Furman, Oleq Kolesnikov, Leonid Qayday Quruluşçu rejissor: Leonid Qayday Operator: Vitali Abramov Rəssam: Feliks Yasyukeviç Bəstəkar: Maksim Dunayevski Dirijor: Konstantin Krimets Filmin direktoru: Eduard Volkov

Rollarda Leonid Kuravlyov – Spartak Molodsov Larisa Udoviçenko – Katerina İvanovna Tatyana Kravçenko – Tamara Georgi Vitsin – Aleksandr Petroviç Çokolov Tamaz Toloraya – Vano Kipiani Nina Qrebeşkova – Zinaida Petrovna Borislav Brondukov – Peredelkin Vladimir Nosik – Maksim Arkadiyeviç Dmitriyev Maksim Rayevski – Klimenti Mixail Kokşenov – leytenant Rokotov Lev Polyakov – polis rəisi Andrey Qusev – leytenant Anisimov Nina Maslova – itlə gəzən qadın Sergey Filippov Muza Krepkoqorskaya – şahmatçı

Kateqoriya:SSRİ filmləri Kateqoriya:Rusiya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Leonid Qaydayın filmləri Kateqoriya:1985-ci ilin filmləri Kateqoriya:Moskva haqqında filmlər Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:1985-ci il haqqında filmlər