Qasım bəy hamamı — İçərişəhərdə yerləşən və XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə aid olan tarix-memarlıq abidəsi. Qasımbəy hamamı yarımyeraltı tipli hamamlar qrupuna aiddir. Bakı qalasının Salyan qapısı yaxınlığında yerləşən Qasım bəy hamamı xalq arasında həm də "Şirin hamam" adıyla tanınmışdır.
Hamamın xarici görünüşü çox da hündür olmayan yerüstü tikili üzərində yerləşmiş günbəzlərdən ibarətdir. Tikilinin memarlıq həlli, hamamların inşasında istifadə edilən ümumi təşkilat prinsipindən irəli gəlir. Soyunma və sabunlanma otaqları bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilmişdir. Bununla yanaşı, dəhliz də hər iki künc hücrəsinin vahid məkanda birləşdirilməsi ilə yaradılmışdır.
Tarixi Hamam XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmişdir. Bakı qalasının Salyan qapısı yaxınlığında yerləşən Qasım bəy hamamı xalq arasında həm də "Şirin hamam" adıyla tanınmışdır. Bu ad onunla əlaqəlidir ki, hamama gələn qonaqlara çayla yanaşı müxtəlif şirniyyatlar da təklif edilirdi.
1970-ci ilin sonlarında hamamda bəpa işləri aparılmış və bundan sonra abidə "Yaşıl aptek" () kimi fəaliyyət göstərməyə başlamışdır.
Memarlıq xüsusiyyətləri 230px|thumb|left|Hamamın günbəzləri Hamamın xarici görünüşü çox da hündür olmayan yerüstü tikili üzərində yerləşmiş günbəzlərdən ibarətdir. Tikilinin memarlıq həlli, hamamların inşasında istifadə edilən ümumi təşkilat prinsipindən irəli gəlir. Soyunma və sabunlanma otaqları bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilmişdir. Bununla yanaşı, dəhliz də hər iki künc hücrəsinin vahid məkanda birləşdirilməsi ilə yaradılmışdır. thumb|Hamam 2019-cu ildə Hamamın hər iki hissəsində xaç planı ifadəli forma almışdır. Hər iki hissənin mərkəzi zalı küncləri kəsilmiş kvadrat formasına malikdir. Bu zallarda künc hücrələrinə aparan qapılar yerləşir. Hər iki hissədə mərkəzi zalın perimetri boyunca su kanalları inşa edilmişdir.
Hamama giriş geniş vestibül vasitəsilə həyata keçirilir. Küçə və hamam döşəməsi arasındakə əhəmiyyətli fərqə görə vestibüldə uzun pilləkən quraşdırılmış və onlar vestibülü bir növ pilləkən hücrəsinə çevirmişdir. Vestibüldən soyunma otağına keçid, küçə tərəfdə yerləşən künc hücrəsi vasitəsilə həyata keçirilir.
Sabunlanma hissəsi də soyunma hissəsi ilə oxşar plana malikdir. Sabunlanma otağındakı künc hücələrindən biri massaj, digəri isə fərdi yuyunma üçün nəzərdə tutulmuşdur.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:İçərişəhər Kateqoriya:Bakı hamamları Kateqoriya:Şirvan-Abşeron memarlıq məktəbi Kateqoriya:XVIII əsr memarlığı Kateqoriya:XIX əsr memarlığı Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:XIX əsrdə yarananlar Kateqoriya:XVII əsrdə Azərbaycan