ABŞ Vircin adaları () və ya rəsmi adı ilə ABŞ Virginiya adaları () — Karib dənizində yerləşən və ABŞ-na məxsus olan adalar qrupu. İnzibati cəhətdən ABŞ-ın qeyri-inkorporasiya olunmuş təşkilatlanmış ərazisi statusuna malikdir. Arxipelaqın tərkibinə Sent-Tomas, Sent-Con və Santa-Kruz əsas adaları, həmçinin ətrafdakı 50-dən çox kiçik ada və qayalıqlar daxildir.
Adalar 1917-ci ilə qədər Danimarkaya məxsus olmuş və Danimarka Qərbi Hindistanı () adlanmışdır. Həmin il Danimarka adaları 25 milyon dollara ABŞ-yə satmışdır . Paytaxtı Sent-Tomas adasında yerləşən Şarlotta-Amaliya şəhəridir
Coğrafiyası Arxipelaq Kiçik Antil adalarının Küləkarşı adalar () qrupunun tərkib hissəsidir . Ümumi sahəsi 346,36 km²-dir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 474 metr yüksəklikdədir.
Tarixi Adalar ilkin olaraq aravak və karib hindiləri tərəfindən məskunlaşdırılmışdır. 1493-cü ildə Xristofor Kolumb tərəfindən kəşf edildikdən sonra İspaniya öz ərazisi elan etsə də, sonrakı dövrlərdə müxtəlif Avropa dövlətləri arasında mübarizə obyektinə çevrilmişdir.
Danimarka dövrü Danimarka 1666-cı ildə Sent-Tomas adasını, daha sonra Sent-Con adasını ələ keçirmiş, 1733-cü ildə isə Fransadan Santa-Kruz adasını satın almışdır. Danimarka Qərbi Hindistanı adlanan bu ərazi 1754-cü ildən Danimarka-Norveç krallığının, 1814-cü ildən isə Danimarka krallığının müstəmləkəsi olmuşdur. Danimarka dövründə adalar şəkər qamışı plantasiyaları və qul ticarəti mərkəzinə çevrilmişdir. Quldarlıq 1848-ci ildə ləğv edilmişdir.
ABŞ-yə satışı XX əsrin əvvəllərində Danimarkanın adalara marağı azalmışdır. Birinci Dünya müharibəsi ərəfəsində ABŞ adaların strateji əhəmiyyətini dərk edərək, Almaniyanın onları sualtı qayıq bazası kimi ələ keçirməsindən narahat olmuşdur . Bu səbəbdən ABŞ Danimarkaya təzyiq göstərərək adaların satılmasını tələb etmişdir. 1916-cı ildə bağlanmış müqaviləyə əsasən, Danimarka Virginiya adaları 25 milyon dollar qarşılığında ABŞ-yə satılmışdır. Saziş 1917-ci ilin martın 31-də qüvvəyə girmişdir . ABŞ 1927-ci ildə ada sakinlərinə vətəndaşlıq hüququ vermişdir.
Müasir dövr ABŞ Virginiya adaları 1954-cü ildə qəbul olunmuş Təşkilati Əsas Qanuna () əsasən idarə olunur . Adalar ABŞ-ın qeyri-inkorporasiya olunmuş təşkilatlanmış ərazisi statusuna malikdir və Nümayəndələr Palatasına seçilən, lakin səsvermə hüququ olmayan bir nümayəndə göndərir.
Siyasi sistemi ABŞ Virginiya adalarının dövlət başçısı ABŞ Prezidentidir. Ərazinin icra hakimiyyətini 4 il müddətinə seçilən Qubernator həyata keçirir . Qanunverici orqanı 15 üzvdən ibarət birpalatalı Qanunverici Məclisdir (ing).
Əhalisi 2020-ci ilin siyahıyaalmasına əsasən əhalinin sayı 87.146 nəfər təşkil etmişdir.
Etnik tərkibi (2020) Qaradərili və ya qaradərili ilə qarışıq: 81,6% (qeyri-ispan mənşəli)
Ağdərili: 7,1%
Asiyalı: 0,8%
İspan mənşəli: 18,4%
Rəsmi dili ingilis dilidir. Əhalinin əhəmiyyətli bir hissəsi ispan dilində danışır.
İqtisadiyyatı
İqtisadiyyatın əsasını turizm təşkil edir . Bundan əlavə, Santa-Kruz adasında yerləşən neft emalı zavodu (ildə 23 milyon ton), saat yığımı, yun məmulatları, əczaçılıq məmulatları və rom istehsalı müəssisələri fəaliyyət göstərir. Xarici ticarətin 90%-i ABŞ və Puerto-Riko ilə aparılır.
Pul vahidi ABŞ dollarıdır . Maraqlıdır ki, adalarda avtomobillər yolun sol tərəfi ilə hərəkət edir
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ-nin ada əraziləri
Kateqoriya:İngilis dilində danışılan ölkə və bölgələr Kateqoriya:Bölünmüş regionlar Kateqoriya:Ada dövlətlər