Azərbaycan–ABŞ münasibətləri— Azərbaycan Respublikası və ABŞ arasında diplomatik əlaqələr 1992-ci ilin 28 fevral tarixində qurulmuşdur.

Tarixi Azərbaycanın ABŞ ilə münasibətlərinin tarixi XIX əsrin ikinci yarısına gedib çıxır. Belə ki, hələ XIX yüzilliyin 70-80-ci illərdə ölkəmizin neft sənayesi ABŞ-nin neft şirkətlərinin, xüsusilə görkəmli iş adamıCon Rokfellerin yenicə yaratdığı “Standart Oyl” neft korporasiyasının diqqətini özünə cəlb etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Krasnovodskaya küçəsi 8 ünvanında ABŞ-nin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə vitse-konsul Randolf rəhbərlik etmişdir.Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri . axc.preslib.az

Azərbaycan Respublikası 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr yaradılmışdır. Azərbaycanın ABŞ ilə diplomatik münasibətlərin qurulması 1992-ci ilin əvvəllərinə təsadüf edir. Həmin ilin fevralın 12-də ABŞ dövlət katibi Ceyms Beyker Bakıya işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyi 1992-ci ilin martında, ABŞ-nin Azərbaycandakı Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılmışdır.

ABŞ Konqresinin 1992-ci ilin oktyabrında qəbul etdiyi 907-ci düzəliş uzun müddət Azərbaycana birbaşa dövlət yardımının göstərilməsinə qadağa qoyaraq Azər­baycan-ABŞ münasibətlərinin inkişafına nərəçarpan təsir göstərmişdirBalamirzə Məmmədli. “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişin səbəblərinin tarixşünaslığı. // Tarix və onun problemləri, № 2, 2026, s.166-173..

1994-cü ildə Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişaf etməyə, hər iki tərəfin bir-biri ilə bağlı maraq və mövqelərinin müəyyənləşdirildi və qarşılıqlı siyasətin əsas konturları aydınlaşmağa başladı. Həmin ildə iki ölkə rəhbərlərinin keçirdikləri görüş və müzakirələr sırasında iyun ayının 10-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə işgüzar səfəri zamanı ABŞ-ın dövlət katibi U.Kristofer ilə görüşü xüsusi əhəmiyyət kəsb etmişdirƏli Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Dərslik. Bakı, “Azərbaycan” nəşriyyatı, 2005. 631 s. s.236..

2025-ci ilin avqustunda Prezident İlham Əliyevin Vaşinqtona səfəri və Ağ Evdə D.Tramp ilə görüşü ikitərəfli münasibətlərdə yeni səhifənin açılışı kimi qiymətləndirilir. Hər iki lider strateji dialoqu bərpa edərək bir sıra mühüm sənədlərə imza atdılar. Avqustun 8-də Ağ Evdə Azərbaycan və ABŞ hökumətləri arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi üzrə mühüm anlaşma sənədi imzalandı. Prezident Donald Tramp görüş zamanı “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması haqqında rəsmi sərəncam imzaladı.

10 fevral 2026-cı ildə ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri zamanı "Strateji Tərəfdaşlıq Xartiyası" imzalanmış, bununla da regional bağlantılar, iqtisadi investisiyalar (xüsusilə süni intellekt və rəqəmsal infrastruktur sahələrində), təhlükəsizlik istiqamətlərində yeni hədəflərin həyata keçirilməsi üçün hüquqi-siyasi baza formalaşdırılmışdır.

Hazırda, ABŞ-nin Azərbaycanda bir səfirliyi, Azərbaycanın isə ABŞ-də bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir.

Yüksək səviyyəli qarşılıqlı səfərlər

Dövlət başçıları 1997-ci il 29 iyul −1 avqust — Prezident H. Əliyevin rəsmi səfəri 2003-cü il 23–27 fevral — Prezident H. Əliyevin işgüzar səfəri 2006-cı il 25–28 aprel — Prezident İ. Əliyevin rəsmi səfəri

Hökumət başçıları 1997-ci il 19–23 may — Baş Nazir A. Rasi-zadənin rəsmi səfəri 2003-cü il 25 avqust — Baş Nazir İ. Əliyevin rəsmi səfəri 2008-ci il 3–4 sentyabr — Vitse-Prezident D. Çeyninin rəsmi səfəri

Nazirlər 1995-ci il aprel — Energetika Naziri H. R. O’Lirinin səfəri 1999-cu il 18 avqust — Energetika Naziri B. Riçardsonun səfəri 2001-ci il 15 dekabr — Müdafiə Naziri D. Ramsfeldin səfəri 2002-ci il 17 sentyabr — Energetika Naziri S. Abrahamın səfəri 2003-cü il 3 dekabr — Müdafiə Naziri D. Ramsfeldin səfəri 2004-cü il 20–26 mart — Müdafiə Naziri S. Əbiyevin səfəri 2004-cü il 19–24 iyul — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri 2004-cü il 12 avqust — Müdafiə Naziri D. Ramsfeldin səfəri 2004-cü il 1–6 dekabr — Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasovun səfəri 2004-cü il 5–9 dekabr — Milli Təhlükəsizlik naziri E. Mahmudovun işgüzar səfəri 2005-ci il 12 aprel — Müdafiə Naziri D. Ramsfeldin səfəri 2005-ci il 1–3 avqust — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri 2005-ci il 29 noyabr — Maliyyə Naziri Ə. Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri 2006-cı il 6–7 aprel — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri 2007-ci il 20–23 mart — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri 2007-ci il 25 fevral-4 mart — Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasovun səfəri 2008-ci il 11–14 noyabr — Energetika Naziri S. Bodmanın səfəri 2008-ci il 16–18 noyabr — Maliyyə Naziri S. Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri 2009-cu il 5 may — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2010-cu il 6 iyun — Müdafiə Naziri R. Qeytsın səfəri 2010-cu il 4 iyul — Dövlət Katibi H. Klintonun rəsmi səfəri 2011-ci il 18–27 may — Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasovun işgüzar səfəri 2011-ci il 31may-3 iyun — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 19–28 sentyabr — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 19–25 oktyabr — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 9–23 yanvar — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 2–5 may — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 2012-ci il 18–22 may — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri 6 iyun 2012 — H. Klintonun resmi səfəri 2012-ci il 18–22 sentyabr — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri İlham Əliyev olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Səməd Seyidov işçi qrupunun rəhbəridir. İşçi qrupa Milli Məclisin 10 üzvü daxildir.

ABŞ Konqresində isə "Azərbaycan üzrə İşçi Qrupu" (24 mart 2004-cü ildən) fəaliyyət göstərir.

Stiv Şabot (R-OH) və Stiv Koen (D-TN) Konqresdə Azərbaycan üzrə işçi qrupunun həmsədrləridir. İşçi qrupa Konqresin 49 üzvü daxildir.

Azərbaycanın Milli Məclisi və ABŞ Konqresi arasında qarşılıqlı səfərlər və görüşlər həyata keçirilir. Son dövrlərdə, xüsusilə də 2018 və 2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, millət vəkili Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadədən ibarət nümayəndə heyəti Vaşinqton şəhərində işgüzar səfərlərdə olmuşdur. Həmçinin 2018-ci ildə ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsinin sədri Konqres üzvü Robert Qudlatın rəhbərlik etdiyi nümayəndə heyəti regiona səfər çərçivəsində Azərbaycanda olmuşdur. Nümayəndə heyətinə, həmçinin Konqres üzvləri Mayk Bişop, Kenni Merçant, Con Körtis, Kris Stüart, Henri Kuellar daxil olmuşdur. Nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, xarici işlər və vergilər nazirləri ilə görüşləri keçirilmişdir. Bu səfərlə yanaşı, 2018-ci ildə Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Daimi Xüsusi Komitənin sədri Devin Nunes və Komitənin üzvü Erik Alan Krouford Azərbaycanda səfərdə olmuşdur.

Müqavilə-hüquq bazası Bu günə kimi, iki ölkə arasında 75 sənəd imzalanmış və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılmışdır.

İqtisadi əlaqələr

Enerji sahəsində əməkdaşlıq Azərbaycanla ABŞ arasında enerji sahəsində davam edən məhsuldar əməkdaşlıq uğurlu tarixçəyə malikdir. Belə ki, 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri-Çıraq-Çünəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə "Əsrin müqaviləsi"ndə ABŞ şirkətləri yer almış, habelə həmin zamandan bəri ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olmuşdur. 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində də ABŞ-nin Şevron və Ekson şirkətləri yer almışdır.

ABŞ, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini, xüsusilə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsini dəstəkləyir. Bu xüsusda ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə bildirmişdir ki, ABŞ Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiqdir və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəkləyir. "Mən Azərbaycanın Xəzər dənizindən enerji resurslarının inkişafı və ixracı da daxil olmaqla qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirirəm".

Əmtəə dövriyyəsi (min doll.) İlİxracİdxalÜmumi dövriyyəsi202024 935,81635 916,99660 852,8202175 147,26442 411,44517 558,7202290 337,86479 820,95570 158,81202316 011,41888 168,85904 180,262024135 030,861 617 924,911 752 955,77

Səfirliklər və konsulluqlar Azərbaycanın ABŞ-də: Vaşinqtonda Azərbaycan səfirliyi Los-Ancelesdə Konsulluq ABŞ-nin Azərbaycanda: Bakıda ABŞ səfirliyi

Diaspora

ABŞ azərbaycanlıları

İdman sahəsində əməkdaşlıq thumb|1994 FİFA Dünya Kubokuna həsr olunmuş Azərbaycan poçt markası (1994)

Futbol qarşılaşmaları

Həmçinin bax Azərbaycan-ABŞ iqtisadi əlaqələri Azərbaycan–NATO əlaqələri

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikasının ABŞ-nindakı Səfirliyi Rəsmi sayti ABŞ-nin Azərbaycan Respublikasınındakı Səfirliyi Rəsmi sayti İkitərəfli münasibətlər U. S. Relations With Azerbaijan Hikmət Hacıyev: "ABŞ və Fransa səfirləri dəfələrlə dəvətimizə baxmayaraq Şuşaya səfərdən imtina edirlər"

Kateqoriya:ABŞ tarixi