Əmbərçay — Azərbaycan Respublikasının Qax rayonunun Əmircan kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Oykonim hazırda Qanlı Qobu adlanan keçmiş Əmbərçayın adı ilə bağlıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Əmbərçay kəndində milli tərkibi ləzgilərdən və bəylərdən ibarət 50 ailə yaşayırdı.Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168 Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 123 təsərrüfatda hər iki cinsdən toplam 532 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat
Hazırda kiçik istisnalar nəzərə alınmazsa kənd əhalisi bütünlüklə etnik Azərbaycan Türkləri'ndən təşkil olunub.
Tanınmış şəxsləri İmam Mustafayev.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qax rayonunun kəndləri