Adıge Respublikası (, ) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır. İqtisadiyyatında neft və qaz üstünlük təşkil edir.

Dövlət quruluşu Dövlət hakimiyyəti orqanları sistemi Adıge Respublikasının Konstitusiyası (1995) ilə müəyyənləşir. Dövlət hakimiyyətini respublikanın prezidenti, respublikanın Dövlət şurası (Xase) – parlamenti, hökuməti (Nazirlər kabinəsi) və respublika Konstitusiyasına uyğun olaraq formalaşan digər dövlət hakimiyyət orqanları həyata keçirir. Dövlətin və icraedici hakimiyyətin başçısı – Adıgenin ali vəzifəli şəxsi olan prezidentdir; ona RF Prezidentinin təqdimatına əsasən Dövlət şurası səlahiyyət verir. Dövlət şurası – respublikanın ali qanunverici (təmsil edici) orqanıdır və əhali tərəfindən 5 il müddətinə seçilir. O, iki palatadan – nümayəndələr şurasından (respublikanın inzibati-ərazi vahidlərinin maraqlarını təmsil edən, üçmandatlı seçki dairələri üzrə, hər şəhər və rayondan 3 nümayəndə olmaqla 27 deputat) və Respublika Şurasından (birmandatlı seçki dairələrindən seçilən 27 deputat) ibarətdir. Nazirlər kabinəsi – kabinənin işinə rəhbərliyi həyata keçirən prezident tərəfindən formalaşdırılır. Prezident Baş naziri Dövlət şurasının razılığı ilə təyin edir.

Tarixi məlumat 250px|thumb|left Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə. 1-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca 4–9-cu əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. 6-cı əsrin sonlarından 630-cu ilədək Adıgeya Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıgeya Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. 13-cü əsrin 2-ci yarısından 15-ci əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgeyanın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur.

Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. 13-cü əsrdə Adıgeya Qızıl Ordaya tabe oldu. 16–18-ci əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıgeya ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı. 16-cı əsrdə Adıgeya Rusiyanın himayəsinə sığındı. 19-cu əsrin 60-cı illərində adıgelərin kütləvi surətdə Osmanlı imperiyasına köçürülməsi nəticəsində Adıgedə onların ancaq 5%-i qaldı. 1888-ci il martın 21-də III Aleksandr Kuban və Tersk vilayətləri və Çernomorsk quberniyasında idarəçiliyin təsisi haqqında yeni əsasnamə imzaladı. Əsasnaməyə görə, inzibati-ərazi vahidlərində mülki idarələr ləğv edilərək hərbi-kazak idarəçiliyi yaradıldı. 1918-ci ilin yanvarında Adıgedə Sovet hakimiyyəti quruldu. Həmin ilin mayında Kuban-Qara dəniz Sovet respublikasına daxil oldu.

1918-ci ilin payızında ağqvardiyaçılar Kuban və Adıgeni ələ keçirdilər. 1920-ci ilin martında Adıgedə Sovet hakimiyyəti bərpa olundu. 1922-ci il 27 iyulda Çərkəz (Adıge) MV yaradıldı. 1922-ci il avqustun 24-dən Adıge (Çərkəz) MV, 1928-ci il avqustun 13-dən isə Adıge MV adlandırıldı. 1923–24-cü illərdə Cənub-Şərq vilayəti, 1924–34-cü illərdə Şimali Qafqaz ölkəsi, 1934–37-ci illərdə Azov–Qara dəniz ölkəsi, 1937–91-ci illərdə isə RF-nin Krasnodar diyarına daxil idi. Vilayətin mərkəzi əvvəlcə Krasnodar, 1936-cı ildən isə Maykopdur. 1991-ci il iyunun 28-də Adıgenin dövlət müstəqilliyi haqda bəyanat qəbul edildi. RSFSR-in 1991-ci il 3 iyul qanununa əsasən RSFSR tərkibində Adıge SSR yaradıldı. 1992-ci il martın 24-də müasir adı qəbul edildi.

Coğrafiya

Təbii şərait əhalinin həyat fəaliyyəti, istirahəti, eləcə də kənd təsərrüfatının inkişafı baxımından olduqca əlverişlidir. Respublika ərazisində neft-qaz, tikinti materialları, mineral su mənbələri və s. ehtiyatlar mövcuddur. Respublikanın şimal hissəsi Kubansahili düzənlikdə, cənubu isə Böyük Qafqazın yamaclarında yerləşir. Ərazisi Kuban və onun qolu olan Laba çayları ilə şimaldan və şimal şərqdən əhatələnir. Iqlimi mülayim kontinentaldır. Respublikanın şimalı mülayim isti və rütübətlidir. Yanvarın orta temperaturu −2 °S, iyulun orta temperaturu isə 22 °S-dir. Ildə 700 mm yağıntı alır. Bütün çaylar Kuban hövzəsinə aiddir (Laba, Belaya, Çoxrak və s.). Bir neçə su anbarı yaradılıb. Ərazi enliyarpaqlı meşə zonasında yerləşir. Torpaqları əsasən qaradır, həmçinin şabalıdı və dağ-meşə torpaqları da yayılıb. Meşələr ərazinin 40%-ni əhatə edir və əsasən dağlıq hissədə yerləşir. Kuban vadisində kiçik palıd, söyüd və ağcaqayın meşələri yayılıb. Yüksəkliklərə getdikcə iynəyarpaqlı meşələrə də rast gəlinir.

İqtisadiyyatı

200px|thumb|right|Rusiya Bankının Xatirə sikkəsinin nominal dəyəri 10 rubldur (2009). Adıge RF-nin Şimali Qafqaz iqtisadi rayonu tərkibindədir. Sənaye məhsullarının həcmi dəyərinə görə kənd təsərrüfatı məhsullarının həcmini 1,2 dəfə üstələyir. Adıgey Respublikasının ərazisində bir çox faydalı qazıntı yataqları aşkar edilmişdir. Bütün sənayesi, demək olar ki, Maykopda cəmləşmişdir. Adıgenin enerji ehtiyatları tələbatının 50%-dən azını təmin edir. Maykop rayonunda neft, qaz yataqları, mineral bulaqlar yayılmışdır. Adıgey Respublikası aqrar-sənaye ölkəsidir. Burada müxtəlif dağ-mədən, meşə sənayesi, yeyinti və yüngül sənaye əsasən yerli faydalı qazıntılar, meşə materialları və kənd təsərrüfatı məhsulları əsasında yaradılmışdır.

Adıgey, Xoytunay, Xapsk və Maykop iri şəhərləridir. Meyvə-tərəvəz konserv zavodları və ət-süd kombinatları fəaliyyət göstərir. Adigey Respublikasının sənaye müəssisələrinin yarıya qədəri onun paytaxtı olan Maykop şəhərində cəmlənib. Maykop meşə sənaye kombinatı, mebel-kibrit, şərab üçün çəllək və digər məhsullar istehsal olunur. Bu şəhərdə ağac emal edən dəzgahlar, damkratlar və soba üçün prokatlar istehsal olunur. Şəhərdə 4 maşınqayırma zavodu, ət və süd kombinatı, konserv, şərab kombinatı və b. müəssisələr yerləşir.

Adıgey Respublikasının əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Əsasən düzənlik Kuban çayı boyunca və dağlıq hissədə yerləşir. 400 min ha, yəni bütün yararlı torpaqların yarısına qədərini əkin yerləri otlaqlar, örüşlər, üzümlüklər və bağlar tutur. Respublikada aşağıdakı kənd təsərrüfatı məhsulları istehsal olunur: taxıl, şəkər çuğunduru, günəbaxan, tərəvəz, meyvə, giləmeyvə. Respublikada 100 min baş iribuynuzlu mal-qara, 100 min baş qoyun, keçi, xeyli quş və donuz var. Çoxlu heyvandarlıq məhsulları istehsal olunur. Quşçuluq, donuzçuluq inkişaf etdirilib.

Adıge RF-nin subyektləri arasında üzüm şərabı (6-cı yer), emallıq ağac-oduncaq (7-ci yer), karton (9-cu yer), şəkər tozu (15-ci yer), tərəvəz şirələri və meyvə-tərəvəz konservi istehsalında seçilir. Respublikanın ümumi məhsulunda ticarət və kommersiya fəaliyyəti 14,5%, kənd təsərrüfatı 14,1%, sənaye 13,5%, tikinti 9,6%, nəqliyyat 2,7% paya malikdir (2002). İqtisadi cəhətdən fəal əhalinin (200 min nəfər) 16,9%-i sənaye sahələrində, 20,3%-i kənd təsərrüfatında çalışır. İşsizlik səviyyəsi 13,5% – RF üzrə orta səviyyədən 1,7 dəfə yüksək, ayda adambaşına düşən pul gəliri isə 45% azdır.

Yeyinti, taxta-şalban, ağac emalı və sellüloz-kağız, maşınqayırma və metal emalı, tikinti materialları sənayesi aparıcı sahələrdir. Respublikaya gətirilən məhsullar içərisində qənnadı istehsalı üçün xammal, makaron və tütün məmulatları, gübrə və zəhərli kimyəvi maddələr əsas yer tutur. Adıgenin kənd təsərrüfatında bitkiçilik məhsulları üstünlük təşkil edir. Kənd təsərrüfatı torpaqlarının 80%-i (3,3 min km2-dən çox) şumlanır (yarıdan çoxunda dənli bitkilər). Taxıl (332,7 min t), texniki (raps, günəbaxan, şəkər çuğunduru, tütün) və yemlik bitkilər yetişdirilir; üzümçülük, meyvəçilik inkişaf etmişdir. Otlaq heyvandarlığı (63,4 min baş iribuynuzlu qaramal) ət-süd yönümlüdür; donuz (36,2 min baş) qoyun və keçi (22,2 min baş), at, quş saxlanılır; həmçinin arıçılıq inkişaf etdirilir. Kənd təsərrüfatı məhsulları istehsalı: süd 102,4 min t, kəsilmiş mal-qara və quş əti 15,1 min t, yumurta 50,6 mln. ədəd (2002).

Bərkörtüklü avtomobil yollarının uzunluğu 1,5 min km, ərazisindəki dəmiryolunun uzunluğu 148 km-dir. Maykop dəmiryol magistralları qovşağıdır. Maykop–UstLabinsk, Maykop–Tuapse, Maykop–Armavir qaz kəmərləri; Maykopda aeroport fəaliyyət göstərir.

Əhali Respublika əhalisinin ümumi sayı 447, 0 mindir (2002). Ümumi əhalinin 53,7%-i şəhərlərdə yaşayır, sıxlıq isə hər km2-də 58,5 nəfərdir. Əsas şəhərləri Maykop (paytaxtı) və Adıgeyskdir. O cümlədən 5 şəhər tipli qəsəbə mövcuddur. Rəsmi dil rus və adıgeydir. Adıgedə 80-dən çox millət yaşayır. Respublikda adıgeylər 108,1 min (2002), ruslar (64,5%), ukraynalılar (2%), kürdlər (0,9%), tatarlar (0,6%) beloruslar, tatarlar və s. xalqlar yaşayırlar. Adıgeylər qeyd etdiyimiz kimi Qafqaz ailəsinin abxaz-adıgey dil qrupuna aid olan adıgey dilində danışırlar. Dindarları müsəlman və xristiandır.

Milli tərkib Siyahıya almanın ili 1979 2002 2010 Bütün əhali 404 390 447 109 439 996 Milliyyəti göstərmiş şəxslər 404 390 (100 %) 445 306 (100 %) 425 386 (100 %) Ruslar 285 626 (70,6 %) 288 280 (64,7 %) 270 714 (63,6 %) Adıgeylər 86 561 (21,4 %) 108 757 (24,4 %) 109 699 (25,8 %) Ermənilər 6 359 (1,6 %) 15 268 (3,4 %) 15 561 (3,7 %) Ukraynalılar 12 078 (3,0 %) 9 091 (2,0 %) 5 856 (1,4 %) Kürdlər 2 (0,0 %) 3 631 (0,8 %) 4 528 (1,1 %) Tatarlar 2 415 (0,6 %) 2 904 (0,7 %) 2 571 (0,6 %) Qaraçılar 1 109 (0,3 %) 1 844 (0,4 %) 2 364 (0,6 %) Azərbaycanlılar 274 (0,1 %) 1 399 (0,3 %) 1 758 (0,4 %) Yunanlar 1 021 (0,3 %) 1 726 (0,4 %) 1 385 (0,3 %) Beloruslar 2 244 (0,6 %) 1 934 (0,4 %) 1 253 (0,3 %) Başqa milliyyətlər 6 701 (1,7 %) 10 472 (2,4 %) 9 697 (2,3 %) Milliyyəti göstərməmişlər 0 1 803 14 610

Səhiyyə Adıgedə 250-yə qədər tibb müəssisəsi (o cümlədən 4663 çarpayısı olan 21 xəstəxana), 1600-dən artıq həkim, 4600-ə yaxın orta tibb işçisi olmuşdur (2002). 2001-ci ildə ümumi xəstələnmə göstəricisi əhalinin hər 1000 nəfərinə görə 962,1 olmuşdur (tənəffüs orqanları xəstəlikləri 15,7%, qan dövranı xəstəlikləri 13,5%, göz xəstəlikləri 8,6%). Ölümün əsas səbəbləri – qan dövranı sistemi xəstəlikləri (62,3%), travmalar, bədbəxt hadisələr və zəhərlənmələr (11,7%), şişlərdir (11,5%) (2002). 2001-ci ildə səhiyyəyə qoyulan xərc 128 mln. 700 min rubl təşkil etmişdir.

Təbiəti 250px|thumb|right|Respublikanın cənub-qərbində Lago-Naki yaylası Respublikanın şimal hissəsi zəif dalğavarı Kubanboyu maili düzənliyindən, cənub hissəsi Böyük Qafqazın dağətəyi (hünd. 300 m-ə qədər) və yamac (ən hünd. nöqtəsi 3238 m, Çuquş d.) hissələrindən ibarətdir. Neft, qaz, müxtəlif tikinti materialları və fosforit yataqları, həmçinin Masesta tipli müalicəvi mineral su bulaqları var. İqlimi mülayim kontinental, isti və rütubətlidir. Orta temperatur yanvarda –2,4˚C, iyulda 22,2˚C-dir. İllik yağıntı təqribən 700 mm. İlin 180 günü şaxtasız olur.

Çayları (Laba, Belaya, Çoxrak, Pşiş, Psekups və s.) Kuban çayı hövzəsinə aiddir. Kuban çayında axını nizamlamaq məqsədilə Krasnodar, Tşik, Şapsuq və Oktyabr su anbarları yaradılmışdır. Bəzi çayların aşağı axınları ciyilliklərdir. Respublikanın ərazisinin xeyli hissəsini qaratorpaqlar təşkil edir; şabalıdı və dağ-meşə torpaqları da var. Dağətəyi sahələr sənaye əhəmiyyətli enliyarpaqlı meşəliklərdir (ərazinin təqribən 40%-i); palıd, fıstıq, vələs, ağcaqayın, göyrüş, şam, yabanı meyvə ağacları və s. bitir. Yuxarı qalxdıqca bunlar ağ şam, şam və küknar ağaclarından ibarət iynəyarpaqlı meşələrlə əvəz olunur. Yüksək dağlıqda subalp çəmənləridir. Heyvanları: qonur ayı, vaşaq, qaban, cüyür, tülkü, safsar, dovşan, gəmiricilər və s. Ümumdünya irsi siyahısına daxil edilmiş Qafqaz qoruğunun dağlıq hissəsi Adıge Respublikası ərazisindədir.

Turizm və rekreasiya 250px|thumb|right|Maykopda məscid