Qapıçay — Azərbaycan Respublikasının Qax rayonunun Güllük kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə kərpic zavodunun fəhlələri üçün salınmışdır. Qəsəbə Qapıçayın mənbəyində yerləşdiyinə görə həmin çayın adı ilə adlanmışdır.
Coğrafiyası və iqlimi Kənd Qapıçayın mənbə hissəsində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
Əhalisi 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə hər iki cinsdən toplam 340 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr (Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat)
Kənddə (1 ailə istisna olmaqla) özünü pars adlandıran qaraçılar yaşayır.
İqtisadiyyatı Kənddə 74 təsərrüfat mövcuddur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qax rayonunun kəndləri