İngiloy Kötüklü — Azərbaycan Respublikasının Qax rayonunun Əlibəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi İngiloy Kötüklü kəndi 1999-cu ildə yaradılmışdır.
Toponimikası İngiloy Kötüklü oyk., mür. Alazan–Əyriçay çökəkliyindədir. Keçmişdə r-nun ərazisində Kötüklü adlı üç kənd olmuşdur: İngiloy Kötüklü, Ləkit Kötüklü və Əli Sultan Kötüklüsü. Kötüklü komponenti Azərbaycanın şm. bölgəsində və Qarabağda yayılmış qədim türk mənşəli kötük/kötək/kətük tayfa adı ilə bağlıdır. İngiloy isə Azərbaycanın şm.-q. zonasında yaşayan və gürcü dilində danışan etnik qrupun adıdır. Əsl adı yeni geloy olan bu etnik qrup keçmişdə xristian olmuş, XVIII əsrdə islam dinini qəbul etmişdir. Tədqiqatçılara görə, geloylar I əsrdən Albaniyada məlum olan gel tayfasının varisləri hesab olunurlar. Geloyların yaşadığı ərazi erkən orta əsr mənbələrində Gelavu kimi qeydə alınıb. Hazırda azərbaycanlılar ingiloyları qeloy, saxurlar gelavu, avarlar isə geloyu adlandırırlar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 230 təsərrüfatda hər iki cinsdən toplam 747 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat
Milli tərkibi Qeyri-rəsmi məlumatlara əsasən kənd əhalisi əsasən məsihi etiqadlı ingiloylardan ibarətdir.Центр Льва Гумилева - Современное евразийство: Территория Грузии искусственно увеличивалась за счет Азербайджана ---Ягуб Махмудов, Научное общество кавказоведов The project "Authentic Azerbaijan"—Discover Azerbaijan: Qax
Həmçinin bax Qax rayonu
Xarici keçidlər Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyətin
İstinadlar
Kateqoriya:Qax rayonunun kəndləri