thumb|Usta Bəndərin Hacıkənd qəsəbəsindəki "Sələflər-xələflər parkı"ndakı büstü|336x336px

Gəncə üsyanı və ya Usta Bəndər üsyanı — 1231-ci ildə Gəncədə Usta Bəndərin başçılığı ilə Xarəzmşahlara qarşı qalxmış üsyan.

Tarixi

Hadisələrin şahidi olan tarixçi Nəsəvi yazırdı ki, Cəlaləddinin iqamətgahı olan Gəncədə xarəzmlilərin hakimiyyətinə qarşı üsyan əhvali-ruhiyyəsi çoxdan mövcud idi. Bu hərəkatda şəhər əhalisinin bir qismi fəal iştirak edirdi.Azərbaycan tarixi . Yeddi cilddə. III cild" (Bakı, Elm, 1999) səh.16-17

Üsyana qalxmış əhali şəhər hakiminin sarayını dağıtdı, məmurlar və qulluqçular öldürüldü, şəhərdəki Xarəzm qornizonu məhv edildi. Cəlaləddinin üsyançılarla danışıqları bir nəticə vermədi, az sonra Cəlaləddin özü qoşun hissələri ilə Gəncə ətrafında məskən saldı və üsyançılara əminamanlıq vəd etdi. Lakin üsyançılar şəhərdən çıxaraq sultan ordusuna hücum etdilər. Amma Xarəzm ordusu üsyançıları geriyə çəkilməyə məcbur etdi. Cəlaləddin üsyanı yatırtdı, üsyan rəhbərlərindən 30 nəfəri edam etdirdi, Bəndər isə tikə-tikə doğrandı.Nuriyeva İradə Tofiq qızı. Azərbaycan dövlətləri intibah dövründə . Bakı, "Mütərcim", 2015. səh.84

Həmçinin bax Gəncə üsyanı (1920)

İstinadlar

Kateqoriya:1231-ci ildəki hadisələr Kateqoriya:Gəncədə üsyanlar