Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor.
Tarixi thumb|right|Bakı funikulyoru, 1964-cü il Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir.
Stansiyaları "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.)Bakı funikulyorunun rəngi dəyişdirilir. . 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Təmiri Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir.
1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilmişdirBakı Funikulyoru yenə də qəzalı vəziyyətdədir. . Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilmişdir. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdi. 2011-ci ilin aprelində isə yenidən təmirə dayandırılmışdırBakı funikulyoru yenidən qurulur. . 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlərİlham Əliyev Bakı Funikulyorunun, Dənizkənarı Milli Parkda abadlıq işlərinin gedişi, Dövlət Bayrağı Meydanının yaxınlığında yeni iaşə obyektləri ilə tanış olmuşdur. president.az . 2018-ci lin noyabr ayında bir müddət profilaktika işləri ilə əlaqədar fəaliyyətini dayandırıb. 2020-ci ilin mart ayında pandemiya ilə əlaqədar fəaliyyətini 21 ay müddətinə dayandırmışdır.
Qalereya
İstinadlar
Xarici keçidlər
Sökdülər, yenidən tikmək üçün — Fotosessiya. Бакинский фуникулер после ремонта — ФОТО.
Kateqoriya:5 mayda yarananlar Kateqoriya:1960-cı ildə Azərbaycanda yarananlar