Mirzə Cəfər xan Mirzə Tağı oğlu Müşirəddövlə (; ) — Qacarlar dövlətinin baş naziri.

Həyatı Mirzə Cəfər xan Təbriz şəhərində anadan olmuşdu. Abbas mirzə Qovanlı-Qacarın xaricə oxumağa göndərdiyi tələbələrdən idi.

Mirzə Cəfər xan 1818-ci ildə Londonda framason lojuna cəlb edilmiş İranlı tələbələrdən biri idi. О, sonralar İstanbulda, Londonda səfirlik etmiş, 1860-cı ildə Nasirəddin şah Qovanlı-Qacarın hakimiyyəti dövründə Muşirüddövlə ləqəbi ilə dövlət Şurasının sədri olmuşdur.

Mirzə Cəfər xan Müşirəddövlə 1862-ci ildə Tehran şəhərində vəfat edib.

Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.

İstinadlar

Həmçinin bax Qacarlar dövləti

Xarici keçidlər

Kateqoriya:İran baş nazirləri Kateqoriya:İran diplomatları Kateqoriya:İranın Türkiyədəki səfirləri Kateqoriya:İranın Birləşmiş Krallıqdakı səfirləri