"Laçın yurdu" — Ədəbi-bədii publisistik jurnal. Jurnal 2010-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2011-ci ildən nəşr edilib və rübdə bir dəfə işıq üzü görüb.

Məzmun Jurnalda laçınlı şəhidlər, ziyalılar, tarixi şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət adamları, veteranlar, idmançılar, Laçın rayonunun işğal altında olan kəndləri, tarixi abidələri, mədəniyyət nümunələri haqqında məlumatlar, publisistik məqalələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur.

"Laçın yurdu" jurnalı səhifələrində ciddi, araşdırma yazılarına xüsusi yer ayırır. Şou xəbərlərdən uzaqdır. Ona görə də jurnala maraq ilbəil artmaqdadır.

Jurnalın əsas rubrikaları "Laçın toponimləri", "O kənd bizim kəndimizdi", "Nəsr", "Publisistika", "Poeziya", "Kitab rəfi", "Araşdırma", "Ovqat", "Münasibət", "Axtar babaları", "Şəhidlərimiz", "Qazilərimiz", "Sənətçilərimiz", "Ziyalılarımız", "Kimlər keçdi bu dünyadan", "Dünya ədəbiyyatı" və s.

Jurnalın dizaynı Jurnal ilk sayından başlayaraq hər nömrəsinin cildində rayondakı tarixi abidələrin fotosunu çap edir

Jurnalın heyəti Təsisçi və baş redaktor: Arif Məmmədli Baş redaktorun müavini: Araz Yaquboğlu (01.01.2012–indi). Redaktor: Siyavuş Əmirli (2011–31.12.2012). Məsul katib: Elnur İrəvanlı

Redaksiya heyəti Knyaz Məmmədov, İlham Qəhrəman, Ələmdar Şahverdiyev, Tamxil Ziyəddinoğlu, Mütəllim Həsənov, Fəxri Uğurlu, Taleh Şirinov, Yusif Mirzə, Fəxrəddin Şahsuvarov və Orxan Cəbrayılov.

Jurnalın seriyaları Adı Nömrəsi Nəşr yeri Mətbəə Nəşr ili Səhifə Tirajı Elektron Qeydlər Laçın yurdu 1 (1) Bakı "Elm və təhsil" 2011 136 500 1 ilk sayı Laçın yurdu 2 (2) Bakı "Nurlar" 2011 96 500 2 Laçın yurdu 3 (3) Bakı "Elm və təhsil" 2011 64 500 3 Laçın yurdu 1 (4) Bakı "Bəxtiyar-4" 2012 80 500 4 Laçın yurdu 2 (5) Bakı "Bəxtiyar-4" 2012 80 500 5 Laçın yurdu 3 (6) Bakı "Bəxtiyar-4" 2012 80 500 6 Laçın yurdu 4 (7) Bakı "Bəxtiyar-4" 2012 80 500 7 Laçın yurdu 1 (8) Bakı "Bəxtiyar-4" 2013 96 500 8 Laçın yurdu 2 (9) Bakı "Bəxtiyar-4" 2013 168 500 Şəhidlərimiz, and yerimiz(xüsusi buraxılış) Laçın yurdu 3 (10) Bakı "Bəxtiyar-4" 2013 96 500 10 Laçın yurdu 4 (11) Bakı "Bəxtiyar-4" 2013 96 500 11 Bax — Laçın yurdu 1 (12) Bakı "Bəxtiyar-4" 2014 96 500 12 Bax — Laçın yurdu 2 (13) Bakı "Bəxtiyar-4" 2014 96 500 13 təkrar çap Laçın yurdu 3 (14) Bakı "Bəxtiyar-4" 2014 96 500 14 Bax — Laçın yurdu 4 (15) Bakı "Bəxtiyar-4" 2014 96 500 15 Bax — Laçın yurdu 1 (16) Bakı "Bəxtiyar-4" 2015 96 500 Bax — Laçın yurdu 2 (17) Bakı "Bəxtiyar-4" 2015 96 500 17 Bax — Laçın yurdu 3 (18) Bakı "Bəxtiyar-4" 2015 96 500 18 Bax — Laçın yurdu 1 (19) Bakı "Elm və təhsil" 2016 96 500 19 Bax — Laçın yurdu 2 (20) Bakı "Elm və təhsil" 2016 96 500 20 Bax — Laçın yurdu 1 (21) Bakı "Elm və təhsil" 2017 96 350 21 Laçın yurdu 1 (22) Bakı "Elm və təhsil" 2018 96 300 22 Laçın yurdu 1 (23) Bakı "Elm və təhsil" 2019 96 300 Laçın yurdu 1 (24) Bakı "Elm və təhsil" 2020 96 1000 24

İstinadlar

Xarici keçidlər

karabakhmedia.az-da jurnalın bölümü

Kateqoriya:Bakı jurnalları Kateqoriya:Azərbaycan ədəbi jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:16 martda yarananlar Kateqoriya:2011-ci ildə yaradılmış jurnallar