Vaqif Vəli oğlu Qocayev () — Qax Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992).
Həyatı Qocayev Vaqif Vəli oğlu 20 iyun 1941-ci ildə Qax rayonu İlisu kəndində anadan olmuşdur.1959-cu ildə İlisu kənd orta məktəini bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur.1966-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirmişdir.1968-ci ildə Moskva Yeyinti-Sənayesi institutuna daxil olmuş və 1977-ci ildə həmin institutun konserv texnologiyası fakültəsini bitirmişdir.
1966–67-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasında kiçik elmi işçi, 1967–70-ci illərdə Azərbaycan Yeyinti Sənayesi Nazirliyində şöbə müdiri, 1970–72-illərdə Yeyinti Sənayesi Nazirliyinin Balakən Efir yağları və nanə-cövhəri zavodunun istehsalat müdiri, 1972–73-cü illərdə həmin zavodun direktoru, 1973–75-ci illərdə Qax konserv zavodunun direktoru, 1975–78-ci illərdə Qax Aqrar-sənaye birliyinin baş direktoru, 1978–81-ci ci illərdə Qax Yerli-Sənaye kombinatının direktoru, 1981–82-ci illərdə Qax Taxıl məhsulları kombinatının direktoru, 1982–83-cü illərdə Qax İstehlak cəmiyyətində tikinti üzrə sədr müavini, 1983–85-ci illərdə Qax Üzümçülük və şərabçılıq sovxozunun direktoru, 1985–86-cı illərdə Şəki İpək birliyi Qax filialının direktoru, 1986–89-cu illərdə İliç (İndiki Naxçıvan MR-nin Şərur rayonu) rayonu Konserv zavodunun direktoru, 1989–90-cı illərdə Qax rayon Maddi-texniki təchizat və mexanikləşdirmə idarəsinin rəisi, 1990-cı illərdə Qax rayon XDS İcraiyyə komitəsinin sədri vəzifələrində işləmışdir. 1991-ci il 28-noyabrıdan 1992-ci ilin 20 mayına qədər olan müddətdə Qax rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. 1992–1995-ci illərdə Maddi-texniki təchizat və mexanikləşdirmə idarəsinin rəisi işləmişdir.
13 noyabr 2000-ci ildə vəfat etmişdir. Üç övladı vardır.
Həmçinin bax K. C. Muxtarlının Qax rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və V. V. Qocayevin həmin vəzifədən azad edilməsi haqqında
Həmçinin bax
Kateqoriya:Qax Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Qocayevlər Kateqoriya:Qax Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları