Şıxlar — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur.

Toponim türk tayfasından olan şeyxlər (şıxlar) etnonimindənШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.535 əmələ gəlmişdir. Etnotoponimdir. Qurulşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıl Şəfəq qoyulmuşdur.

Tarixi Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Şeyxler,İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.150 Qafqazın 5 verstlik xəritəsində Şıxlar formasındaД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.296 qeyd edilmişdir.

1918-ci ildə kənd əhalisi ermənilər tərəfindən vandalizmə, habelə etnik təmizləməyə məruz qalmışdır.. Mədəniyyəti

Coğrafiyası və iqlimi

İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 36 km şimal-qərbdə yerləşir.

Əhalisi

Kənddə 1831-ci ildə 44 nəfər, 1873 – cü ildə 312 nəfər, 1886-cı ildə 306 nəfər, 1897-ci ildə 544 nəfər, 1908-ci ildə 590 nəfər, 1914 – cü ildə 585 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.76-77, 146-147. 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 326 nəfər, 1926-cı ildə 391 nəfər, 1931-ci ildə 411 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

1988-ci ildə kəndin əhalisi Ermənistan SSR tərəfindən deportasiya edilmişdir.

Tanınmış şəxsiyyətləri Bəhman Hacıyev — texnika elmləri doktoru, professor, Azərbaycanın Əməkdar mühəndisi. Fəzail Ağamalı — Azərbaycanın ictimai-siyasi xadimi, Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994), Azərbaycan Respublikasının Sosial Təminat nazirinin müavini (1992–1993), tаriх еlmləri dоktоru, prоfеssоr.

İstinadlar

Kateqoriya:Zəngəzur kəndləri