Əbülhəsən Bəhmənyar ibn Mərzban əl-Azərbaycani () — Şərq peripatetizminin nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisiKarlis Kraulins, Niami un vina laikabiedri, Riga, LVU, 1969, səh 38, İbn Sinanın şagirdi. Doğum yeri naməlum olan filosof mənbələrdə bir qayda olaraq "əl-Azərbaycani" kimi xatırlanır və Azərbaycandan olması vurğulanır.Зияддин Багатур оглы Геюшев – Етическая мысль в Азербайджане, Ганджлик, 1968, səh 364Ə. K. Zəkuyev. Bəhmənyarın fəlsəfi görüşləri. Bakı, 1958 Şagirdi Zəhirəddin əl-Beyhəqi filosofun Azərbaycandan olmasını xüsusilə qeyd edir.Zəhirəddin əl-Beyhəqi. Tətimmət "Sauan əl-hikmə". Lahur, 1967. səh. 91 Bəzi mənbələr onun əvvəllər zərdüşt olduğunu, daha sonra İslamı qəbul edib Müsəlman olduğunu qeyd edirlər.Encyclopedia Iranica, "Bahmanyar Kia", H. Daiber excerpt: "Originally a Zoroastrian converted to Islam,"Henry Corbin, "History of Islamic philosophy", Kegan Paul International, 1993. pg 174: " good Zoroastrian with a typically Iranian name, Bahmanyar ibn al-Marzuban, whose important work remains "Rahman, F. "Bahmanyar , Abu'l-Hasan Bahmanyar b. al-Marzuban." Encyclopaedia of Islam. Edited by:P. Bearman , Th. Bianquis , C. E. Bosworth , E. van Donzel and W. P. Heinrichs. Brill, 2007 Bəhmənyar Azərbaycani əksər şərq peripatetikləri kimi öz əsərlərini ərəb dilində yazmışdır. Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik olan filosof həm də yetişdirdiyi dəyərli alimlərlə öz məktəbini yaratmışdır.Zakir Məmmədov. Bəhmənyar məktəbi haqqında. Dirçəliş XXI əsr jurnalı, noyabr 2003-cü il
Həyatı Əbülhəsən Bəhmənyar Mərzban oğlu böyük Azərbaycan filosofu, Şərq peripatetizminin nümayəndələrindəndir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov araşdırmaları nəticəsində belə qənaətə gəlmişdir ki, Azərbaycanda Şərq peripatetizminin ilk böyük nümayəndəsi olan Bəhmənyar X əsrin sonlarında təvəllüd tapmışdır. Tədqiqatçı həmin tarixi 993-cü il kimi göstərmişdir. Orta əsr müəllifləri Bəhmənyarın "Azərbaycan ölkəsindən" ("min bilad Azərbaycan"), yaxud da "Azərbaycanlı" ("əl-Azərbaycani") olduğunu yazmışlar. İlk mənbələrdə o, atəşpərəst (məcusi, zərdüşti) sayılır. Bir sıra müəlliflər isə, onun islamı sonradan qəbul etdiyini söyləyirlər.
Professor Ə. K. Zəkuyev Bəhmənyarın "ibn əl-Mərzban" kimi tanındığını nəzərə alaraq, onu Cənubi Azərbaycan hakimləri olan mərzbanlar nəslindən hesab etmişdir. Mənbələrdə Bəhmənyar Mərzban oğlunun Kiya (hakim, bahadır) adlandırılması onun hakim olan mərzbanlar ailəsinə mənsubluğunu göstərir.
Əbülhəsən Bəhmənyar Şərqin ensiklopediyaçı alimi İbn Sinanın ən şagirdi və davamçısıdır. Onun öz müəllimi ilə ilk görüşü haqqında yazırlar:
Bəhmənyar parlaq istedadı və çalışqanlığı ilə İbn Sinanın dərin rəğbətini qazanmışdır. Müəllim sonralar öz şagirdi haqqında iftixarlar yazırdı: "O mənə oğuldan artıq istəklidir. Mən ona təlim–tərbiyə vermiş və bu səviyyəyə gətirib çıxarmışam."
1023-cü ildən qabaq Bəhmənyarın İbn Sina ilə qədim Azərbaycan şəhəri Həmədanda olması məlumdur. Sonralar İbn Sina bəzi yaxın adamları ilə birgə İsfahana gedərkən Əbülhəsən Bəhmənyarın onlarla birlikdə olması xəbər verilmir. Çox güman ki, İbn Sina Əlaüddövlənin sarayında yaşadığı dövrdə Azərbaycan filosofu ondan uzaqda olmuş, buna görə də onunla məktublaşmağa başlamışdır. Müəllimlə şagird arasında gedən mübahisələrə həsr edilmiş məktublardan bəzilərinin məzmunu onların təqribən XI əsrin 30 – cu illərində yazıldığını göstərir.
Əbülhəsən Bəhmənyarın ölüm tarixi ayrı–ayrı müəlliflər tərəfindən gah 1038-ci, gah 1065-ci, gah 1066-cı, gah da 1067-ci illər kimi göstərilir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov isə ilk mənbələr əsasında filosofun 1066-cı ilin ortalarında vəfat etdiyini müəyyənləşdirmişdir.Zakir Məmmədov. Bəhmənyarın ölüm tarixinin dürüstləşdirilməsi. Azərbaycan SSR EA Məruzələri. 1971. № 7. səh. 97–100
Yaradıcılığı Əbülhəsən Bəhmənyar İbn Sinadan sonra otuz ildən bir qədər az ömür sürmüşdür. Şərq peripatetizminin XI əsrin ortalarına aid mərhələsi birbaşa onun adı ilə bağlıdır. İbn Sina ənənələrini qoruyub saxlamaq filosofun üzərinə ciddi və məsul vəzifələr qoyurdu. O, var – qüvvəsini əsirgəmədən aristotelçi fəlsəfənin irəliyə doğru inkişafını təmin etməli idi. İbn Sina vaxtilə bəlkə də bu ümidlə sevimli şagirdi Bəhmənyar haqqında yazmışdı: "Onun axır gəlib mənim yerimdə olmasına bir şey qalmayıb."Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994
Bəhmənyar öz yaradıcılığında İbn Sinanın əsərlərindən iqtibaslara geniş yer vermiş, müəlliminin ideyalarının daha artıq dərəcədə təbliğinə çalışmışdır.
Mənbələrdə və məxəzlərdə Bəhmənyarın aşağıdakı əsərlərinin adı qeyd edilmişdir: Azərbaycan dilində adı Orijinal adıTəhsil"ət–Təhsil"Məntiqə dair Zinət"əz–Zinə fi–l–məntiq"Gözəllik"əl–Bəhcə"Səadət"əs–Səadə"Musiqi kitabı"Kitab fi–l–musiqa"Metafizikanın mövzusu"Maudu elm ma bəd ət–təbiə"Mövcudatın mərtəbələri"Məratib əl–maucudat"
"Təhsil" əsəri Bəhmənyarın yaradıcılığında xüsusi yer tutur. Filosof bu əsəri dayısı Əbu Mənsur Bəhram ibn Xürşid ibn İzədyara ithaf etmişdir. Onun ərəb dilində orijinalının müxtəlif illərdə köçürülmüş əlyazma nüsxələri Rampur, Tehran, İstanbul, Vatikan, Qahirə, London və Beyrut şəhərlərinin kitabxanalarının əlyazma fondlarında saxlanılmaqdadır. "Təhsil" ilk dəfə 1971-ci ildə Tehranda nəşr edilmişdir.Zakir Məmmədov. Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978
Bəhmənyar İbn Sina ilə apardığı mübahisələr nəticəsində yazdığı bu əsərin quruluşuna görə "Bilik kitabı", mənalarının əhatəsi sarıdan öz müəlliminin bütün əsərlərinə müvafiq gəldiyini müqəddimədə qeyd edir. Təhsil əsəri "Məntiq" ("əl–Məntiq"), "Metafikizika" ("Elm ma bəd ət – təbiə") və "Əyani mövcud şeylərin halları" ("Əhval əyan əl – maucudat") olmaqla üç kitabdan ibarətdir. Bunlar Şərq peripatetizminin əsasən nəzəri hissəsini fadə edir. Müəllif burda Aristoteldən başqa Empedoklun, Evklidin, Sokratın, Platonun və antik dövrün digər nəhəng alimlərnin adlarını çəkmiş, onlardan iqtibaslar gətirmişdir. O, mühüm fəlsəfi problemlərin qoyuluşunda və həllində İbn Sinanın əsərlərindən, ümumiyyətlə, fikirlərindən geniş bəhrələnərək müəlliminin yolunu ardıcıl davam etdirmişdir.
"Təhsil" orta əsrlərdə məntiq, metafizika və təbiyyatı öyrənmək üçün mühüm mənbələrdən biri olmuşdur. Görkəmli ərəb filosofu Əbdüllətif Bağdadi (1163–1231) peripatetizmə dair başqa əsərlərə yanaşı bu kitabdan təhsil aldığını xüsusi qeyd etmişdir.
Zakir Məmmədov tədqiqatlarına qədər Bəhmənyarın "Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" adlı kiçik həcmli iki traktatı məlum idi. Tədqiqatçı filosofun geniş həcmli "Təhsil" əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çox saylı müraciətləri hesabına həmin traktat Azərbaycana gətirilmişdir. Alim "Təhsil" əsərini ilk dəfə olaraq tam halda tədqiqata cəlb etmişdir.Vasim Məmmədəliyev. Zakir Cabbar bəy oğlu Məmmədov. Azərbaycanın elm və mədəniyyət xadimləri. Biblioqrafik göstərici. Bakı, 2010. səh. 67 "Təhsil" fəlsəfi biliklərin öyrənilməsində lazımlığına və məşhurluğuna görə hələ o dövrdə ərəb dilində olan orijinalından fars dilinə tərcümə edilmişdir. Bu sərbəst tərcümənin XVII əsrdə köçürüldüyü güman edilən bir əlyazması Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda saxlanılır. Əlyazmada əsərin ünvanı "Dünyanı göstərən cam" ("Came cahan – noma") kimi tanınmış, "Kəmaləddinə töfhə kitabı" yazılmışdır. Burada müəllifin adı çəkilmir, ancaq bir yerdə belə ifadə işlədilir: "Dünyanı göstərən cam kitabı nəinki "Təhsil" kitabı üslubundadır, hətta özü tərcümədir". Əsərin farsca başqa bir əlyazma nüsxəsi İranda Milli Şura Məclisi Kitabxanasında saxlanılır. "Təhsil" fars dilində Tehranda (1983), rus dilində Bakıda (1983, 1986) nəşr edilmişdir.Zakir Məmmədov. Bəhmənyarın "Təhsil" kitabı fars dilində. "Bakı" qəzeti, 11 iyul 1980-ci il
"Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" traktatlarının əlyazma nüsxələri Avropanın müxtəlif kitabxanalarında saxlanılır. S. Popper bu iki traktatı ərəb dilindən alman dilinə tərcümə etmiş, 1851-ci ildə hər iki dildə nəşr etdirmişdir. Həmin traktatlar 1911-ci ildə Qahirədə çap olunmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov "Metafizikann mövzusu" və "Mövcudatın mərtəbələri" traktatlarını Azərbaycan dilinə tərcümə etmiş, həmin tərcümə əsərləri "Şərq fəlsəfəsi (IX–XII əsrlər)" kitabında 1999-cu ildə çapdan çıxmışdır.
Bəhmənyarın yaradıcılığına İbn Sina ilə onun arasında baş verən elmi – fəlsəfi mübahisələr xüsusi təsir göstərmişdir. Əsas etibarilə "Mübahisələr" kitabında toplanmış həmin polemik əsərlərdə elmlərn təsnifatı, əql, nəfs, materiya, forma və digər mövzularda ciddi söhbətlər gedir. Ayrı-ayrı fraqmentlər halında bir sıra məntiq, metafizika və təbiətşünaslıq məsələlərinin şərh edildiyi "İzahat" ("Ət – Təliqat") deyilən bir kitabı bəzi müəlliflər İbn Sinaya mənsub bilməklə bərabər onu Bəhmənyarın söyləməsi adlandırmışlar. Onların fikrincə Bəhmənyar "İzahat" kitabını İbn Sinadan eşidib yazmışdır. Bu kitabla "Mübahisələr" kitabı arasında müəyyən uyğunluqlar vardır.
Əbülhəsən Bəhmənyarın yaradıcılığı, xüsusən onun "Təhsil" əsəri nəinki Azərbaycan fəlsəfəsinin, bütün Yaxın və Orta Şərq ölkələri xalqlarının fəlsəfi fikrinin mühüm nailiyyətlərindən sayılır.
Varlıq təlimi 200px|thumb|right|Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Bəhmənyar əl-Azərbaycani rəsmi
Vacib və mümkün varlıq Bəhmənyarın metafizikasında anlayışların üstünlük dərəcəsi həcm genişliyinə əsasən müəyyənləşdirilir. Bu baxımdan ən geniş həcmə və ən böyük ümumiliyə malik "varlıq" anlayışı daha üstün hesab edilir. "Təhsil" kitabında göstərilir ki, "varlığa məntiqi tərif vermək mümkün deyildir. Belə ki, o təsəvvürdə daha ilkindir, zira onun üçün nə cins, nə də fərqləndirici əlamət vardır. Bir sözlə, varlığı tanıdacaq daha mühüm bir şey yoxdur."Bəhmənyar. ət-Təhsil. Tehran, 1971
Müxtəlif baxımdan nəzərdən keçirilən varlıq vacib və mümkün, səbəb və nəticə, ilkin və meydana çıxmış və s. qismlərə bölünür. Zəruri və mümkün qismlərə bölünməsi baxımından varlığın təsnifatı bütün şərq peripatetiklərinin ontologiyasında mühüm yer tutur. Zəruri, yaxud vacib varlıq mövcudatın əsasını təşkil edir, ondan savayı mövcud olan hər şey mümkün varlıq sayılır.
Bəhmənyar varlığın qismlərini qarşılıqlı surətdə araşdıraraq yazır ki, "vacib varlıq qeyri–mövcudluğunun fərz edilməsi mümkün olmayan varlıqdır". Mümkün varlıq isə nə varlığı, nə də yoxluğu cəhətdən zəruridir. Filosof bununla belə bir fikri təsdiqləyir ki, "vacib varlıq öz – özlüyündə səbəbsiz varlıqdır, çünki öz varlığında onun bir səbəbi olsaydı, varlıq həmin səbəb ilə mövcud olardı. Onda o, öz – özlüyündə vacib varlıq olmazdı. Mümkün varlıq öz mahiyyətinə görə mümkün sayılan varlıqdır. Belə ki, onun varlığı və yoxluğu bir səbəblədir."Bəhmənyar. Metafizikanın mövzusu. Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999. səh. 124
Əbunəsr Farabi göstərirdi ki, mümkün varlıq öz–özlüyündə mümkün, vacib varlığın sayəsində isə zəruridir. Bu müddəa İbn Sina, Bəhmənyar və sonrakı peripatetiklər tərəfindən də qəbul edilmişdir. Bəhmənyar vacib varlıq haqqında "səbəbi olmayan varlıq", "ilk səbəb", "tək" ifadələrini işlətmişdir. Ərəbdilli peripatetiklər ilk səbəb və onun nəticəsi məsələsi ilə dərindən maraqlanmış, öz ontoloji təlimlərini bu təməl üzərində qurmuşlar. Bu baxımdan Yəqub Kindi ilk səbəbə dair elmi "ilk fəlsəfə" kimi dəyərləndirmişdir.Kindi. İlk fəlsəfə. Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999. səh. 31 Bütün mövcudatı səbəb və nəticə asılılığında təsəvvür edən Bəhmənyar isə yazırdı: "Qarşımıza çıxan iki şeydən biri səbəb, digəri isə nəticədir."