Qlazqo ( , , )— Şotlandiyanın ən böyük şəhəri və əhalisinin sayına görə Böyük Britaniyada (London, Birminhem və Lidsdən sonra) dördüncü ən böyük şəhər. Şəhər Qlazqo regionunun inzibati mərkəzidir. Qlazqo Böyük Britaniyanın şimal-qərb hissəsində yerləşir və Klayd çayının qərb sahilləri boyu uzanır.

VI əsrin ortalarında qurulan Qlazqo, orta əsrlərdə Şotlandiyanın ən əhəmiyyətli dini və təhsil mərkəzlərindən biri hesab edilirdi. XVIII əsrin sənaye inqilabı Qlazqonu Böyük Britaniyada ən böyük sənaye mərkəzlərindən (xüsusilə gəmiqayırma sahəsində) birinə çevirdi və növbəti əsrdə şəhərin çiçəklənən iqtisadiyyatı Qlazqonu İmperiyanın ikinci şəhərinə çevirmişdi.

Çoxlu sayda parkları, xiyabanları, saray və qədim kilsələri bu şəhərə xüsusi gözəllik verir. Qlazqo, tarixi abidələri və heyrətamiz memarlıq inciləri ilə Avropanın mədəniyyət paytaxtı titulunu daşıyır.

Tarix

Etimologiya thumbnail|Qlazqo Kafedralının interyeri Romalılar Britaniyanı fəth edən dövrdə, Qlazqo olan qəsəbə Kethyurs () adlanırdı. Qlazqonun müasir adı britt dilindən kökləri var və Kyumbrik dilində "yaşıl yarğan" (glas və cau sözlərinin birləşməsindən) mənasını daşıdığını güman edilir.

Şəhərin adının ilk variasiyası olduqca müxtəlifdir. Ən qədim mənbələr Glaschu sözünü qeyd edir, 1180-ci ilin möhürlərində şəhər Glesgu, sonra Glasgeu (1297-ci ilin sənədlərində) və Glaschow (1419-cu ilin nizamnaməsində) kimi qeyd olunmuşdur.

Gerb Qlazqonun gerbi 25 oktyabr 1866-cı ildə Lord-layon (Şotlandiya heraldika xidmətinin rəhbəri) tərəfindən şəhərə verilib. Gerbin üzərindəki təsvir rəmzləri əvvəllər Qlazqonun rəsmi möhürlərində istifadə edilmişdir və şəhərin patron mömini olan Sent Manqonun həyatı ilə birbaşa bağlıdır. Gerbdə ona aid dörd möcüzə təsvir olunur:

Here is the bird that never flew / Bu quş, hansı ki, heç vaxt uçmayıb Here is the tree that never grew / Bu ağac, hansı ki, heç vaxt bitməyib Here is the bell that never rang / Bu zəng, hansı ki, heç vaxt çalmayıb Here is the fish that never swam / Bu balıq, hansı ki, heç vaxt üzməyib

İlk möcüzə — qızılgərdanın dirilməsidir, hansı ki, Manqonun sinif yoldaşları onun mentoru Sent Sörfün ən sevdiyi quşu öldürüb və gələcək patronu quşun ölümü ilə ittiham etmişdilər. İkinci möcüzə, gerbdə palıdla təsvir olunmasına baxmayaraq, Kalross kilsəsi yaman zaman baş vermişdir, Sent Manqo möcüzəvi şəkildə fındıq çubuğunu yandırmışdır. Üçüncü möcüzə — Roma Papasının hədiyyəsi olan zəngdir. Və nəhayət, dördüncü möcüzə kraliça Langeoretanın hekayəsi ilə bağlıdır. Kraliçanın həyat yoldaşı, kral Ridderax, həyat yoldaşının vəfasızlığında şübhələnərək, kraliçanın sevimli cəngavərə verdiyi qızıl üzüyü oğurlayıb, Klayd çayının dalğalarına atmışdır. Sonra kral Langeoretadan həmin üzüyü gətirməsini tələb edib. Lakin, Sent Manqo, kraliçanın sevgilisinin itirafçısı, onun etiraf zamanı onların əlaqələri haqqında öyrənmiş və cəngavərə kralın əmrini necə icra etməsini öyrətmişdi. Sent Manqonun təhriki ilə, o, çayda Atlantik qızılbalığını tutmuşdur. Balığın ağzında üzük var idi və beləliklə, o, kraliçanın şərəfini xilas etmişdir.

Şəhərin devizi — Qoy Qlazqo Çiçəklənsin (), Sent Manqonun təbliğindən qısa ifadədir. İfadənin tam versiyası: Tanrı, qoy Qlazqo Tanrı və onun izzəti sözü naminə çiçəklənsin ().

Şəhərin təməli thumb|Kelvinqrov İncəsənət Qallereyası və Muzeyinin fasadında Sent Manqonun heykəli Arxeoloji tapıntılar göstərir ki, Qlazqoda ilk məskunlaşma neolit dövründə Klayd çayının vadisində yaranıb. Daha sonra müasir Qlazqonun ərazisində Kelt tayfaları yaşamışdır. 142–144-cü illərdə Britaniyanı fəth edən Romalılar, Şotlandiyanın bir sahilindən digər sahilinə müdafiə divarı ucaltmışdılar. Divarın qalıqları indiyə kimi Qlazqo ətrafında saxlanılır.

Şəhərin yaranması xristian missioner Sent Manqo ilə əlaqələndirilir. Əfsanəyə görə, o, 543-cü ildə Molendinar çayının sahilində bir monastır yaratmışdır, harda ki, indi Sent Manqo Kafedralı mövcuddur. Əfsanə 1185-ci ildə rahib-ariorqraf Fernesli Joslen tərəfindən yazılsa da, digər mənbələr tərəfindən təsdiq olunmayıb, lakin ənənəvi olaraq, Sent Manqo və anası Teneyu Qlazqonun patron möminləri hesab edilir.

Orta əsrlər XII əsrin sonunda Qlazqo regionun mühüm dini mərkəzi olmuşdu və əhalisinin sayı yarım min idi. 1136-cı ildə, kral I Devidin iştirakı ilə Sent Manqo Kafedralının yerində kafedral inşa olunmuşdu. Yanğın sonrası kafedral yenidən tikilmişdir və 1197-ci ildə təqdis edilmiş və növbəti iki əsrlərdə təmir olunmuşdu. 1175 və 1178-ci illər arasında, kral I Uilyam Şir Qlazqo yepiskoposluğuna şəhər statusu vermişdir. Ticarət hüququ şəhərin inkişafına güclü təkan vermişdi. Xüsusilə 1190-cı ildən hər il keçirilən yay yarmarkası Qlazqodan tacirləri və sənətkarları cəlb edirdi. İyulun sonunda yarmarka keçirilməsi ənənəsi bu gün də davam edir.

1451-ci ildə V Nikolayın sənədi bulası ilə yaranan Qlazqo Universiteti, şəhəri həm dini, həm də təhsil mərkəzinə çevirmişdir. 1492-ci ildə Qlazqo yepiskoposluğu başyepiskoposluğuna haqq qazandı. Buna baxmayaraq, orta əsrlərdə Qlazqonun iqtisadiyyatı Şotlandiyanın şərq sahili şəhərləri ilə müqayisədə çox zəif inkişaf etmişdir. Ticarət əsasən yaxın şəhərlər və adalar ilə olunurdu.

XVI–XVIII əsrlər 1560-cı ildə ölkə parlamentinin qərarı ilə ölkə katolisizmdən imtina edib, protestantlıq qəbul etmişdi. Ümumiyyətlə, reformizm Qlazqoya böyük təsir etmişdi, harada ki, güclü kilsə hakimiyyəti var idi və bu hakimiyyətin zəifləməsinə səbəb olmuşdu. 1611-ci ildə I Yakov Qlazqoya kral şəhər statusu vermişdir və bu birbaşa şəhərin tac altına keçməsi idi. noyabr 1638-ci ildə Milli Paktın qəbulundan sonra — Qlazqo Kafedralında Baş Assambleya toplantısı kral I Karlın presbiterian ibadət qaydalarını dəyişdirmə siyasətinə qarşı çıxmışdı. Nəticədə, Şotlandiyada silahlı münaqişələr oldu — əvvəlcə yepiskop müharibələri, 1644–1647-ci illərdə isə, royalistlər və koventerlər arasında vətəndaş müharibəsi baş vermişdir. Xoşbəxtlikdən, bu münaqişələr demək olar ki, kiçik siyasi status olduğundan şəhərə təsir etməmişdi. 1650-ci ildə, Danbar döyüşündən sonra Oliver Kromvel Qlazqoda bir müddət qalmışdır.

XVI əsrdə Qlazqo hələ də kiçik əyalət şəhəri idi. Şəhərdə çayın dayaz olmasından ticarət inkişaf etməmişdi. 1603-cü ildə I Yakovun hakimiyyəti altında iqtisadiyyatın artımı İngiltərə və Şotlandiya birliyi yaranması sonra olmuşdu. Sürətli inkişafa nə 1647-ci ildə vəba epidemiyası, nə də 1652-ci və 1677-ci illərdə olan yanğınlar (yanğın zamanı şəhərin təxminən 30%-i yanmışdı) mane ola bilməmişdi.

thumbnail|Qlazqonun 1776-cı il xəritəsi XVII əsrin ortalarında ölkədə ticarət həcminə görə Qlazqo əvvəlcə Perti, 1670-ci ildə isə Dandi və Aberdin şəhərlərini keçmişdi. İqtisadiyyətin artımına bir sıra amillər kömək edirdi. 1668-ci ildə Nyuark kəndində (indi Port Qlazqo), çayının ağızı daha geniş olduğundan, şəhər şurası tacirlərin ehtiyaclarına xidmət etmək üçün port inşa etmişdi. 1674-cü ildən, ilk tütün yükünün limanında gəlişi ilə transatlantik ticarət başladı. Eyni dövrdə sənaye inkişaf etməyə başladı:

1667-ci ildə— sabun fabrik və şəkər emalı zavodları açılmışdır. 1680–1730-də— kağız, şüşə və kərpic istehsalı yaradılmışdır. 1711-ci ildə— Qrinokda Qlazqoya və onun ətrafına xidmət edən ilk tərsanə fəaliyyətə başladı. 1736-cı ildə— preslənmiş tütün istehsalı, tekstil və metallurgiya zavodlarının istehsalı üçün zavodları açılmışdır. 1740-cı ildə— boyama sexləri fəaliyyətə başladı.

Şəhərin görünüşü dəyişdi. Dağıdıcı yanğınlar sonrası hakimiyyət tikinti üçün ağac istifadəsinə qadağan qoymuşdu və buna görə də, evlər daşdan və eyni modellərlə inşa edilmişdir. 1636-cı ildə şəhər zalı inşa edilmiş, 1649 və 1661-ci ildə müvafiq olaraq, Hatçeson xəstəxanası və Qlazqo Universitetinin kitabxanası açılmışdır. İlk şəhər qəzeti — Glasgow Courant — 1715-ci ildən çapa başlamışdır. 1723-cü ildə Qlazqoya səfər edən Daniel Defo "Bütün Böyük Britaniya adası ətrafında səyahət" kitabında şəhərin təsvirini qeyd etmişdi:A tour thro' the whole island of Great Britain by Daniel Defoe , letter XII

XVIII əsrin sonunda mettalurgiya, tütün və tekstil sənayesinin importu ən çiçəklənən sahələr idi. Yarım əsrdə, 1755-ci ildən 1801-ci ilə Qlazqonun əhalisi 77 min nəfərə çatmışdır və ya üç dəfə artmışdır. Qlazqo əyalət şəhərindən sənaye mərkəzinə çevirilmişdi və XIX əsrin əvvəllərində Böyük Britaniyada ən sürətlə inkişaf edən şəhər olmuşdur.

XIX əsr thumb|right|1881-ci ildə Qlazqo. XIX əsrin əvvəllərində, Qlazqonun əhalisi əsasən irland immiqrant və ölkənin şimalından gələn köçkünlər nəticəsində sürətlə artmaqda davam edirdi. Onların demək olar ki, üçdə biri Qlazqo yaxınlığında kəndlərdə məskunlaşmış və tekstil sektorunda çalışırdı. Digərləri, şəhər xarabalıqlarının fabrik və təsərrüfatlarında muzdlu işçi işləyirdi. Köçkünlərin axını nəticəsində yüksək əhali artımı başladı və yoxsul məhəllələrdə antisanitar şərait, tez-tez çiçək, tif və vəba epidemiyası olurdu.

Epidemiya ilə mübarizənin ilk cəhdləri 1840-cı illərdə edildi. Bələdiyyənin təşəbbüsü ilə küçələrdə kanalizasiya və digər infeksiya ocaqlarında təmizlənməyə başladı. Sonra 1859-cu ildə Lox Katrin gölündə yeni su təchizatı sistemi başladı; 1866-cı ildə səmərəsiz olsa da, Avropada ən pis şəraitli hesab edilən xarabalıqların təmizlənməsi layihəsi başladı.

thumb|Corc meydanı (1900) 1832-ci ildə parlament seçki sisteminin islahatı haqqında akt qəbul etdi və icma evində sənayeləşmə zamanı böyüyən şəhərlərə yer verdi. Belə ki, Qlazqodan ilk dəfə iki parlamenti üzvü seçildi. Lakin şəhərin müəssisələrində iş şəraiti, dəyişməz qalırdı və işçi hərəkatı özlərinə hələ elan etməmişdi. 1837-ci ildə, fabrik əmək haqqının kəsmək cəhdi pambıq hörənlərin etirazına, 1848-ci ildə işsiz olanların çartist şüarlar altında kütləvi nümayişlərə səbəb olmuşdu.

Bütün bu hadisələr şəhərin və iqtisadiyyatın davamlı artmasına gəlib çıxartdı — XIX əsrin ortalarında Qlazqo İmperiyanın ikinci şəhəri (Londondan sonra) adlandırılmışdır. Aparıcı mövqelər hələ ağır və tekstil sənayesi olsa da, gəmiqayırma (1864-cü ildə Klaydda 20-dən tərsanə fəaliyyət göstərirdi) sürətlə inkişaf etməyə başlamışdı. Dəmir yolu nəqliyattının inkişafı ilə, xüsusən də 1842-ci ildə Qlazqo və Edinburq arasında xəttinin açılmasının ardından, şəhər ölkədə lokomotiv tikintisinin əsas tədarükçüsü oldu. 1860-cı ildə ABŞ Vətəndaş müharibəsi nəticəsində pambıq yığma aşağı düşmüşdü və minlərlə işçi küçələrdə qalmışdı. Növbəti onillikdə iqtisadiyyəy bumu zirvəsinə çatdı (), lakin 1878-ci ildə Qlazqo Bankının dağılmasından ən çox təsirlənən gəmiqayırma sahəsi, kəskin qədər azalmışdı.

XX–XXI əsrlər XX əsrin əvvəllərində Qlazqo əhalisin artımı qonşu şəhərləri qoşulma səbəbiylə baş vermişdi. 1920-ci ildə bir milyon sakindən əhalisi olan Qlazqo, Birləşmiş Krallığın əhalinin sıxlığına görə ikinci şəhəri idi. 1914-cü ilin iyul ayında kral VI Georq Qovan gəmiqayırma səfər edib, drednout "Valiant"-ın tikintisinə nəzarət etmişdi. Bir ay sonra, Britaniya Birinci Dünya müharibəsinə girdi. Şəhərdə güclü anti-müharibə əhval-ruhiyyənin olmasına baxmayaraq (9 avqust 1914də Qlazqo Qrində beş minlik anti-müharibə nümayiş keçmişdi), Qlazqodan 200 mindən çox kişi cəbhəyə getmiş və şəhər Britaniya ordusunun ehtiyacları üçün döyüş sursatı və digər hərbi texnikanın əsas təchizatçılarından birinə çevirilmişdi.

left|thumb|1944-cü ildə Qlazqoda gəmiqayırma işçiləri

Müharibədən sonra, Qlazqoda "Qırmızı Klaydsayd" adlanan işçi hərəkatı güclənmişdi. 1919-cu il 31 avqustda 60 mindən çox işçi, əsasən gəmiqayırma ilə məşğul olan işçilər, işdən çıxıb, mitinqə gəlib əmək gününün azaldılmasını tələb etmişdilər. Polis nümayişçiləri dağıtmaq üçün çalışsa da, müqavimət görmüşdü. O gündə yaşananlar Corc meydanı döyüşü və ya Qanlı cümə kimi tanındı. İğtişaşlar yalnız 10 fevralda, etirazçılara iş gününün bir qədər azalmasına vəd zamanı başa çatdı. Sonra Qlazqoda ilk dəfə bunt aktı oxundu və buna əsasən polis mitinqləro yatırmaq üçün silah istifadə etməyə icazə verilmişdi.