Abbas və Gülgəz — sənədli-bədii serial. Rejissor Rövşən Almuradlı tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film "Abbas və Gülgəz" dastanı əsasında çəkilmişdir. Dastanı Aşıq Mahmud Qasımoğlu söyləyir.

Məzmun Babalarımız tariximizi öncə daşlara köçürüb. Sonra dastanlarda, nağıllarda, ulu törənlərdə, miflərdə, sirli deyimlərdə, xalçalarda, el sənəti nümunələrində qoruyub saxlayıb. Bunların sırasında dastanlar aparıcı yer tutur. Şamanlar, ozanlar, aşıqlar bu dastanları nəsildən nəslə əmanət ötürüb, zaman öz köynəyindən keçirib. Tanrının millətə göndərdiyi ulu kişilərin boyuna biçib, bir boy da ucalıb, gəlib bizim çağlara çatıb bu dastanlar. "Dədə Qorqud", "Koroğlu" sırasında dayanan dastanlarımızdan biri "Abbas və Gülgəz"dir. Soy tariximizə işıq salan, dövlətçilik taleyimizə güzgü tutan monumental bir dastandır "Abbas və Gülgəz". Dastandakı Gülgəz Pəri obrazı Səfəvilər dönəmində Azərbaycanın başkəndi Təbrizin dastan dilində mənəvi qoruyucusudur, hamisidir. Şah bababımızın övladları, nəvələri yaddilli mirzələrdən dərs aldı, yaddaşları kütləşdi. Elin, yurdun başkəndini İsfahana köçürdülər. El bu olayı dastan yaddaşında saxladı. Gülgəz Pərinin, yəni Azərbaycanın iki istəyəni çıxdı ortaya: biri elin təmsilçisi Tufarqanlı Abbas, o biri hökmü yeddi iqlimə işləyən şah oğlu Şah Abbas. Hər iki Abbas türksoyludur...

Film "Abbas və Gülgəz" dastanı əsasında çəkilmişdir. Dastanı Aşıq Mahmud Qasımoğlu söyləyir.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Aydın Qurbanoğlu Rejissor: Rövşən Almuradlı Operator: İzzət Əzizov Rəssam: Nabat Səmədova

İstinadlar

Həmçinin bax

İstinadlar

Kateqoriya:Aşıqlar haqqında filmlər Kateqoriya:2000-ci ilin Azərbaycan teleserialları