Fəxrəddin Əbu Abdullah Məhəmməd ibn Ömər ər-Razi (; ) — Əşari məktəbinin nümayəndəsi, altıncı mücəddid. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. Yarımçıq olan məşhur "Məfatih əl-Qeyb" təfsiri ona məxsusdur. Bu təfsiri o, mötəzili olan əz-Zəmaxşərinin təfsirinə cavab olaraq yazmışdır.
Həyatı Tam adı Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ət-Təbaristani Fəxrəddin ər-Razi olan filosof 1149-cu ildə Reydə anadan olmuşdur. Atası Rey şəhərinin hatibi olmuşdur. Buna görə də onu İbn əl-Xətib (Xətibin oğlu) deyə çağırmışlar. Şafi fiqhi, üsul əl-fiqh sahəsində ilk təhsilini atasından və əl-Kamal əs-Simnanidən almışdır. Fəlsəfəni isə Məcduddin əl-Cilidən öyrənmişdir.
Ər-Razi Orta Şərq şəhərlərini gəzib dolaşmışdır. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. O, Heratda mədrəsə qurmuş və həyatının son illərini elə bu mədrəsədə keçirmişdir.
Əsərləri Məfatih əl-Qeyb Əsas ət-təqdis Cəmi əl-ölüm Ər-Risalə əl-kəmaliyə fil-həqaiq əl-ilahiyə Cahardaq risalə Əl-Məbahis əş-şərqiyə Lübub əl-işarət Əl-Ərbəin fi üsul əd-din Etiqadat firəq əl-müslimin vəl-müşrikin Mühəssəl əfkar əl-mütəqəddimin dəl-Mütəahhirin
Tələbələri Yetişdirdiyi tələbələrdən bəziləri: Qütbəddin əl-Misri Zeynəddin əl-Keşşi Şərəfəddin əl-Hərəvi Əsirəddin əl-Əbhəri Tacəddin əl-Urməvi Siracəddin əl-Urməvi Şəmsəddin Xosrovşahi Əbu Əhməd əl-Beyləqani
İstinadlar
Ədəbiyyat Наймов Н. Фахриддин Рази. // Из философского наследия народов Ближнего и Среднего Востока.— Ташкент, 1972,— С. 199–233. Кулматов Я. Фахриддин Рази.— Душашбе, 1980.
Kateqoriya:İslam filosofları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:İran filosofları Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Sünni imamları Kateqoriya:Kosmologiya Kateqoriya:Şeyxülislamlar Kateqoriya:XII əsr filosofları