Məzmun Filmdə Bakının yaxınlığında, Lökbatanda iri neft yatağı aşkar edildiyi nümayiş olunur. Bununla əlaqədar buruq qazılır və neftçilərin səbirsizliklə gözlədikləri gün gəlib çatır, neft fontan vurur. Neftçilər sevinir, bir-birlərini təbrik edirlər.

Səsli filmdə neft mövzusu poetik aspektdə öz həllini tapmışdır. Musiqinin təntənəli sədaları altında neft fontan vurur, fəhlələr buruq qururlar, neft ram edilir. Sonrakı kadrlar neftçilərin istirahətinə, onların bayramına həsr olunmuşdur.

Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Boris Pumpyanski Operator: Boris Pumpyanski, Muxtar Dadaşov Bəstəkar: S.Paniyev Səs operatoru: M.Murov

Rollarda Əlisəttar Məlikov — neftçi

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 340. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 48; 54; 56.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1933-cü ilin Azərbaycan filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Azərbaycanfilm Kateqoriya:Qısametrajlı sənədli filmlər