Ağlar-güləyən qısametrajlı sənədli-bədii filmi rejissor Rauf Nağıyev tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir. Filmdə bədii səhnələrdə Məlik Dadaşov, Mikayıl Mirzə, Əbdül Mahmudov, Sirus Zindadel, Həsən Adıgözəlzadə və Alim Aslanov çəkilmişlər.
Məzmun Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.264
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Əziz Mirəhmədov, Rauf Nağıyev Rejissor: Rauf Nağıyev Operator: Rəşid Nağıyev
Rollarda Məlik Dadaşov Mikayıl Mirzə(Mikayıl Mirzəyev kimi) Əbdül Mahmudov Sirus Zindadel Həsən Adıgözəlzadə Alim Aslanov
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1988-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1988-ci ilin filmləri Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri