thumb|300px|Şuşa qəzası 1 yanvar 1903-cü illər xəritəsi. thumb|300px|Xocavənd 1823-cü il Qarabağ kameral dəftərlərində Xocavənd rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Mərkəzi Xocavənd şəhəridir.
Tarixi
Xocavənd adlı yaşayış məntəqəsinin adı 1823-cü il Qarabağ Vilayətinin vergi dəftərlərində keçir. Əhalisi köçəri Azərbaycanlılardan təşkil olunduğu açıq–aşkar yazılıb.Описание Карабагской провинции, составленное в 1823 году, Тифлис, 1866, p Xocavənd rayonunun 1923-cü ilədək adı Aşağı Qaranlıq olmuşdur. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır. Məntəqə adını ərazidəki Qaranlıq dağından almışdır. Ərazidə eyniadlı çay da vardır. Ermənistan ərazisindəki Martuni rayonunun adı da 1946-cı ilədək Aşağı Qaranlıq olmuşdur."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri–rayon mərkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.
1988-ci ilin fevralından başlayan Birinci Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
+Xocavənd rayonunun işğal olunmuş kəndləri Kənd adı İşğal tarixi İşğaldan azad olunma tarixi Tuğ 30.10.1991 9.11.2020 Salakətin 30.10.1991 9.11.2020 Xocavənd 19.11.1991 10.11.2020 Axullu 09.01.1992 20.10.2020 Qaradağlı 17.02.1992 10.11.2020 Muğanlı 02.10.1992 10.11.2020 Əmiralılar 02.10.1992 10.11.2020 Kuropatkino 02.10.1992 10.11.2020 Günəşli 23.07.1993 20.10.2020 Arakül 20.08.1993 20.10.2020
4 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xocavənd Rayon Prokurorluğu yaradılmışdır.
10 noyabr 2020-ci ilə qədər Xocavənd rayonunun Hadrut qəsəbəsi və 34 kəndi işğal azad edilmişdir.
Rayon mərkəzi 2 oktyabr 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinın tərəfindən işğal edilmişdir.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ilin oktyabr ayının 9-da rayonun Hadrut qəsəbəsi, Qoçbəyli, Sor kəndi, 14-də Qırmızıqaya, Məlikcanlı, Tağaser, 15-də Edilli, Edişə, Bulutan, Dağdöşü, Düdükçü, Çiraquz, 16-da Xırmancıq, Ağbulaq (Edilli), Axullu, 20-də Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, 23-də Dolanlar, Bünyadlı, noyabrın 7-də Ataqut, Hünərli, 9-da Ağdam, Arpagədik, Quşçular, Məmməddərə, Susanlıq, Domi, Binədərəsi, Tuğ, Akaku, Azıx, Cilən, Mets Tağlar, Dərəkənd (Xocavənd), Salakətin, Şahyeri, Şexer, Zoğalbulaq, Arakül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Petrosaşen, Çaylaqqala, Köhnə Tağlar, Şəhər kəndləri işğaldan azad edilmişdir.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi, Ağbulaq (Gavahın), Ağkənd, Amaras, Arpadüzü, Avdur, Cəmiyyət, Cütcü, Çağadüz, Çartar, Çörəkli, Əmirallar, Gavahın, Güneyçartar, Güneyxırman, Heşan, Xanoba, Xərxan, kənd Xocavənd, Kəndxurd, Kiş, Kuropatkino, Qağartsi, Qaradağlı, Qarakənd, Qarazəmi, Qarıtəpə, Qarqar, Quzeyçartar, Quzeyxırman, Quzumkənd, Mirikənd, Muğanlı, Müşkapat, Sos, Şıx Dursun, Yemişcan, Yenikənd, Zavadıx kəndləri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub.
10 noyabr 2020-ci il tarixdə imzalanmış atəşkəsə əsasən Xocavənd rayonunun şimal hissəsi (keçmiş Martuni rayonu) müvəqqəti olaraq Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir.
19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Xocavənd rayonu Azərbaycanın nəzarətinə qayıtmışdır.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini, Prezidentin Xocavənd rayonu üzrə səlahiyyətli nümayəndəsi Əli Zeynalovdur.
Tarixi abidələr 180px|thumb|right|Xocavənd rayonu Azıx kəndi yaxınlığında yerləşən və Azərbaycan ərazisində ən qədim insan məskəni , Azıx mağarasından aşkarlanmış Paleolitin Aşel mədəniyyəti dövrünə aid Azıxantropun alt çənə sümüyü. Milli Azərbaycan Tarixi Muzeyi. 180px|thumb|right|Xocavənd rayonu Dolanlar kəndi ərazisində yerləşən Son Tunc–Erkən Dəmir dövrünə aid nekropoldan aşkarlanmış maral buynuzu formalı mis bəzək. Milli Azərbaycan Tarixi Muzeyi.Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə – tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Rayonun Tuğ kəndinin 5 km-də V əsrə aid "Alban" kilsəsi", Tuğ kəndi ərazisində XII–XVII əsrlərə aid "Alban" kilsələri, I–V əsrlərə aid "Alban" qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində qədim "Alban" qəbiristanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən "Seyid Rza" kumbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni işğalcıları tərəfindən vəhşicəsinə dağıdılmışdır.
Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi–şərqində yerləşir. Həmin rayonun Mets–Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. Xocavənd ərazisində istifadəyə yararlı yeraltı su ehtiyatlarını qiymətləndirmək məqsədilə bir vaxtlar kompleks hidrogeoloji tədqiqatlar aparılıb. Nəticədə 9 perspektiv sahə seçilib və həmin sahələr üzrə IV dövr, Təbaşir və Yura sulu komplekslərinin 83 min kubmetr/gün həcmində yeraltı su ehtiyatları aşkarlanıb. Bundan başqa bulaq axımı moduluna əsasən 7,34 min kubmetr/gün həcmdə yeraltı su ehtiyatları hesablanıb. Beləliklə, rayonun ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 min kubmetr/gün təşkil edir.
İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.
Ktişvəng monastırı — Tuğ kəndi. Ktiş qalası — Tuğ kəndi. Müqəddəs Stefan kilsəsi — Tuğ kəndi. Müqəddəs Məryəm kilsəsi — Tuğ kəndi. Müqəddəs İohann kilsəsi — Tuğ kəndi. Dizaq məliklərinin sarayı — Tuğ kəndi. Yeddi qapı monastırı — Susanlıq kəndi. Xutudərə monastırı — Binə kəndi. Qırmızı kilsə — Binə kəndi. Müqəddəs İohann monastırı — Böyük Tağlar kəndi. Tağlar mağarası — Böyük Tağlar kəndi. Azıx mağarası — Azıx kəndi. Müqəddəs Məryəm kilsəsi — Zoğalbulaq kəndi. Küratağ qalası — Düdükçü kəndi. Müqəddəs Tanrı anası kilsəsi — Zakirli kəndi. Katarovəng monastırı — Ziyarət dağının zirvəsi, Çaylaqqala kəndi. Müqəddəs Məryəm kilsəsi — Ərəkül kəndi. Ağ xaç kilsəsi — Vəng kəndi. Müqəddəs Tanrı anası kilsəsi — Tağaser kəndi. Müqəddəs Məryəm kilsəsi — Tağaser kəndi. Amaras monastırı — Sos kəndi. Müqəddəs Qriqoris kilsəsi — Zavadıq kəndi. Mavas monastırı — Gavahın kəndi. Müqəddəs Yelisey monastırı — Çartar kəndi. Müqəddəs tərcüməçilər kilsəsi — Qağartsi kəndi. Bri kilsəsi — Çörəkli kəndi. Müqəddəs Tanrı anası kilsəsi — Çörəkli kəndi.
Ermənistan tərəfindən işğalın nəticələri Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib. Bunu eliyən isə Erməni separatçılarıdır
Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.
Ermənistan Silahlı Qüvvələri 2017-ci il fevralın 24–25-nə keçən gecə böyük strateji əhəmiyyət daşıyan Nərgiztəpəni işğal etmək üçün hücuma keçiblər. Azərbaycan Silahlı Qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib.
Coğrafi xüsusiyyətləri Rayon ərazisi Qarabağ silsiləsində yerləşir. Şuşa rayonu ilə sərhəddə Böyük Kirs (2725 m) zirvəsi yüksəlir, şərq hissəsində isə maili düzənliklər üstünlük təşkil edir. Ərazidə Yura, Təbaşir və Neogen dövrlərinə aid çöküntülər yayılmışdır.
İqlimi qışı quraq keçən mülayim–isti iqlim tipinə aiddir, şərq hissədə isə yayı quraq keçən mülayim–isti iqlim tipi üstünlük təşkil edir. Yanvarın orta temperaturu −2 °C–dən −5 °C–yə qədər, iyulun orta temperaturu 20 °C–dən 24 °C–yə qədər dəyişir. Yağıntıların orta illik miqdarı 400–800 mm arasında olur.
Rayonun əsas çayları Köndələn, İşğan, Qozlu və Quru çaylarıdır. Onlar Araz hövzəsinə aiddir. Həkəri çayının bəzi qolları da bu ərazidən başlayır.
Ərazidə şabalıdı və qəhvəyi dağ–meşə torpaqları yayılmışdır. Bitki örtüyündə kolluqlar və enliyarpaq meşələr üstünlük təşkil edir. Rayonun faydalı qazıntıları sırasına üzlük və tikinti daşları daxildir.
İnzibati-ərazi bölgüsü Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin inzibati-ərazi bölgüsü təsnifatına (2024) əsasən Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə və 38 kənd inzibati ərazi dairəsi mövcuddur. Bu inzibati dairələrə ümumilikdə 1 şəhər, 2 qəsəbə və 80 kənd ərazi vahidi daxildir.