Arzuya doğru qısametrajlı sənədli filmi rejissor Cahangir Zeynallı tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Respublika Pionerlər Sarayındakı dərnəklərin fəaliyyətindən, sarayın ən yaxşı yetirmələrindən danışır.

Məzmun Film Respublika Pionerlər Sarayındakı dərnəklərin fəaliyyətindən, sarayın ən yaxşı yetirmələrindən danışır. Onlardan bəziləri dünya şöhrəti qazanmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 233-234

Mahir fırça ustası Tahir Salahov, SSRİ Elmlər Akademiyasınn Moskvadakı Fizika İnstitutunda çalışan R. Dağkəsəmənli və onlarca başqaları sənət və elm aləminə ilk addımlarını məhz buradakı dərnəklərdə atmışlar.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Arif Əliyev Rejissor: Cahangir Zeynallı Operator: Şərif Şərifov, Rəfael Salamzadə

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1983-cü ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1983-cü ilin filmləri Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri