Ayı və siçan filmi rejissor Nazim Məmmədov tərəfindən 1970-ci ildə çəkilmişdir.

Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.

Mikrocizgi filmində deyilir ki, çətin anda ehtiyacı olana kömək əlini uzadanın xeyirxah əməli gərək unudulmasın, həmişə yadda qalsın.

Məzmun Mikrocizgi filmində deyilir ki, çətin anda ehtiyacı olana kömək əlini uzadanın xeyirxah əməli gərək unudulmasın, həmişə yadda qalsın. Ümumiyyətlə, yaxşılıq etmək hər bir kəsin borcudur.

Film haqqında Film Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi Seyid Əzim Şirvaninin eyniadlı təmsili əsasında yaradılmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 187

Filmin üzərində işləyənlər Əsərin müəllifi: Seyid Əzim Şirvani Ssenari müəllifi: Maqsud İbrahimbəyov Rejissor: Nazim Məmmədov Operator: Aleksandr Milov Rəssam: Nazim Məmmədov Bəstəkar: Oqtay Zülfüqarov

Həmçinin bax

Aslan və iki öküz

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 168; 258-263.

Kateqoriya:1970-ci ilin filmləri Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması