Azərbaycan miniatürləri qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1971-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film ən yaxşı nümunələri dünya sənəti xəzinəsinə daxil olan XIV–XVII əsrlər Azərbaycan miniatürü, bu sənətin inkişafı və təşəkkülü tarixi haqqındadır.

Məzmun Elmi-kütləvi film ən yaxşı nümunələri dünya sənəti xəzinəsinə daxil olan XIV–XVII əsrlər Azərbaycan miniatürü, bu sənətin inkişafı və təşəkkülü tarixi haqqındadır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 136

Filmdə görkəmli miniatürçü rəssamlar Sultan Məhəmməd, Ağa Mirək, Behzat və başqaları haqqında söhbət gedir. Filmdə bizə qədim əlyazmalar göstərilir. Bu əlyazmaların səhifələrində rəssamlar tərəfindən böyük ustalıqla çoxlu miniatürlər çəkilmişdir.

Müxtəlif miniatür məktəblərinin (Təbriz, İsfahan, Qəzvin, Hindistan) işləri nümayiş etdirilərək filmdə bunların fərqləndirici cəhətləri də göstərilmişdir.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Oqtay Orucov Rejissor: Musa Bağırov Operator: N. Setxanyan

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235–258.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1971-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1971-ci ilin filmləri Kateqoriya:1971-ci ilin Azərbaycan filmləri