Xosep Qvardiola () — katalon əsilli ispaniyalı keçmiş futbolçu, Mançester Siti futbol klubunun baş məşqçisi.
Klub karyerası Xosep Qvardiola futbolçu karyerasına həvəskar futbol klubu olan Gimnastik de Manresada başlayıb. 13 yaşı olanda Barselona B futbol klubuna keçib. Təxminən 6 il bu klubun heyətində çıxış edib, 1990-cı ildən karyerasını Barselona klubunun heyətində davam etdirib. İspaniya milli futbol çempionatında Barselona klubunun heyətində ilk oyununu 16 dekabr 1990-cı ildə Kadiz futbol klubuna qarşı keçirib. Klubun heyətində yarımmüdafiəçi kimi çıxış edən Qvardiola 1997-ci ildə Joze Mari Bakerodan komandanın kapitanı sarğısını təhvil alıb. 1990–2001-ci illərdə Barselonanın heyətində İspaniya milli futbol çempionatında 263, ümumilikdə isə 379 oyun keçirib. Qvardiola 17 iyun 2001-ci ildə Valensiya klubuna qarşı oynadığı oyundan sonra Barselona klubunun heyətindəki çıxışına son qoyub.
Barselona klubundan ayrıldıqdan sonra İtaliya milli futbol çempionatında çıxış edən Breşiya və Roma klublarının heyətində yer alıb. Ancaq İtaliya çempionatında keçirdiyi oyunlarda çox da uğurlu nəticələr göstərə bilməyən Qvardiola Nandrolon testinin nəticələri müsbət çıxandan sonra 4 ay cəza alıb və bununla da İtaliyadakı futbolçu karyersını bitirib. Sonra Qətərin Əl-Əhli və Meksikanın Dorados de Sinaloa klublarının heyətində çıxış edib. Bundan sonra isə futbolçu karyerasına son qoyub.
Milli komanda karyerası İspaniya milli futbol komandasının heyətində ilk oyununu 21 yaşında ikən 14 oktyabr 1992-ci ildə Şimali İrlandiya milli futbol komandasına qarşı keçirib. Yay Olimpiya oyunları 1992-də olimpiyadanın qızıl medallarını qazanıb. Futbol üzrə dünya çempionatı 1994-də və Futbol üzrə Avropa çempionatı 2000-də İspaniya milli futbol komandasının heyətində çıxış edib. 47 dəfə İspaniya milli futbol komandasının heyətində meydana çıxan Qvardiola bu oyunlarda 5 qol vurub. 14 noyabr 2001-ci ildə İspaniyanın Meksika milli futbol komandasına qarşı keçirdiyi yoldaşlıq oyunundan sonra millinin heyətindəki çıxışlarına son qoyub. Bundan başqa Qvardiola 7 dəfə rəsmən tanınmayan Kataloniya milli futbol komandasının da formasını geyinib.
Məşqçi karyerası Qvardiola futbolçu karyerasını bitirdikdən sonra 21 iyun 2007-ci ildə Barselona B futbol klubunun baş məşqçisi olub. Frank Raykardın 2007/2008 mövsümündə baş məşqçisi olduğu Barselonanın uğursuz çıxışından sonra bu klubun prezidenti Coan Laporta 8 may 2008-ci ildə klubun baş məşqçisi vəzifəsinə Qvariolanı gətirib. 5 iyun 2008-ci ildə isə Qvardiola Barselona klubu ilə 2 illik müqavilə imzalayıb. Barselonaya baş məşqçilik etdiyi ilk ildə klub İspaniya milli futbol çempionatında çox uğurlu oyun nümayiş etdirərək 100-dən çox qola imza atıb və ölkə çempionu olub. İspaniya kral kubokunda Atletik Bilbaonu 4–1, Çempionlar liqasında Mançester Yunaytedi 2–0, İspaniya super kubokunda Atletik Bilbaonu 2–1 və 3–0, UEFA super kubokunda UEFA kuboku sahibi Şaxtyor Donetsk klubunu əlavə vaxtda 1–0, FIFA dünya klublar kubokunda yarımfinalda Şimali Amerika təmsilçisi Meksika klubu Atlantanı 3–1, finalda isə Cənubi Amerika təmsilçisi Argentina klubu Estudiantesi əlavə vaxtda 2–1 məğlub etməklə mübarizə apardığı 6 turnirin hamısında qalib gələn yeganə klubun — Barselonın baş məşqçisi kimi Qvardiola böyük uğurlara imza atmış olub. Barselona klubu bu oyunu ilə "Kosmos komandası" adını alıb.
Müvəffəqiyyətləri
Futbolçu karyerası Barselona UEFA Çempionlar Liqası: 1991/1992 Kuboklar Kuboku Qalibləri: 1996/1997 UEFA Super Kuboku: 1993, 1997 La Liqa: 1990/1991, 1991/1992, 1992/1993, 1993/1994, 1997/1998, 1998/1999 Copa del Rey: 1996/1997, 1997/1998
İspaniya Yay Olimpiya oyunları 1992: Futbol: 1992
Məşqçi karyerası UEFA Çempionlar Liqası: 2008/2009, 2010/2011,2022/2023 La Liqa: 2008/2009, 2009/2010, 2010/2011 İspaniya Kral Kuboku: 2008/2009 İspaniya Super Kuboku: 2008/2009, 2009/2010 UEFA Super Kubok: 2009 FIFA Dünya Klublar Kuboku: 2009 .2010 UEFA İlin Komandasının Baş Məşqçisi: 2009
İstinadlar
Qvardiola Qvardiola Qvardiola Qvardiola Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:1992 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Qətər Ulduzlar Liqası futbolçuları Kateqoriya:La Liqa məşqçiləri Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:Breşiya FK futbolçuları Kateqoriya:Futbolda dopinq halları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:Bundesliqa məşqçiləri Kateqoriya:İngiltərə Premyer Liqası məşqçiləri Kateqoriya:İspaniya futbol məşqçiləri Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:Olimpiya qızıl medalına sahib İspaniya idmançıları Kateqoriya:İngiltərədə legioner İspaniya idmançıları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Qətərdə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Barselona B FK futbolçuları Kateqoriya:Kataloniya milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol üzrə olimpiya çempionları