Hadisələr 1 yanvar — Litvanın avro pul vahidinə keçərək 19-cu Avrozona ölkəsi olması. 2 aprel — Keniyanın Qarissa Universitetinin Kollecində baş verən terror hadisəsində terrorçular istisna olmaqla 148 nəfər həlak oldu. 25 aprel — Nepalda 7.8 bal gücündə baş verən zəlzələdə 8675 nəfərdən çox insan həlak oldu. 12 may — Nepalda 7.3 bal gücündə baş verən zəlzələdə 200-dən çox insan həlak oldu. 30 may — Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru təyin edildi. 2 iyun — FİFA-da rüşvət qalmaqalı. "Mustafa" mükafatı 26 iyun — ABŞ-də Ali Məhkəmənin qərarı ilə eynicinsli nikahlar bütün dövlət ərazisində leqallaşdırılıb. 21 fevral — Dollar rekord 0.75 qalxaraq 1.05 Azn olub 20 fevral — Yunan-Roma güləşi üzrə Azərbaycan yığması ilk dəfə Dünya Kubokunun qalibi oldu. 17 may — Qarabağ FK tarixində 3-cü dəfə Azərbaycan Premyer Liqasının qalibi oldu. 19 may — Bakının Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğında 16 nəfər həlak olmuşdur. 3 iyun — Qarabağ FK tarixində 4-cü dəfə Azərbaycan Kubokunun sahibi oldu. 12-28 iyun — Bakıda Birinci Avropa Oyunları (2015 Avropa Oyunları) keçirildi. 4 dekabr — Neft daşları Günəşli yatağında güclü külək nəticəsində yanğın baş verib.

Doğumlar 2 may — Uels Şahzadəsi Vilyam ilə Ketrin Midltonun Çarlotte Mountbaten-Uindsor adında 2-ci övladlarının dünyaya gəlməsi.

Ölümlər 2 yanvar — Siyavuş Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor 7 yanvar — Zahid Qaralov, Azərbaycan ictimai-siyasi xadimi, pedaqoq, Yeni Azərbaycan Partiyası yaradıcılarından biri, pedaqoji elmlər doktoru, professor 11 yanvar – Anita Ekberq – İsveç aktrisası. 20 yanvar — Hafiz Fətullayev, Azərbaycan kinorejissoru, aktyor və ssenarist 23 yanvar — Abdullah bin Əbdüləziz Əl Səud, Səudiyyə Ərəbistanının 6-cı kralı. 25 yanvar — Demis Russos, Yunanıstan müğənnisi 28 yanvar — Vaqif Səmədoğlu, Azərbaycan şairi, dramaturq, publisist 3 fevral — Akif Hacıyev, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, fizika-riyaziyyat elmləri doktoru, akademik, Əməkdar elm xadimi. 13 fevral — Özgəcan Aslan, türk tələbəsi. 14 fevral – Lui Jurdan – Fransa aktyoru. 27 fevral — Boris Nemtsov, Rusiya dövlət xadimi və siyasətçisi. 28 fevral — Yaşar Kamal, türkiyəli yazıçı. 1 mart — Dadaş Adna, Azərbaycanlı fotoqraf və yazıçı. 1 aprel – Sintiya Lennon – Con Lennonun ilk həyat yoldaşı. 3 aprel — Kayahan – Türkiyə pop müğənnisi və bəstəkarı. 17 aprel – Ramiz Mirişli – Azərbaycan bəstəkarı. 30 aprel — Aytac Babayeva, 11-ci sinif şagirdi. 1 may — Vəfa Quluzadə, Azərbaycan dövlət xadimi, politoloq 8 may — Zəki Alasya, Türk aktyoru. 9 may — Kənan Evrən, Türkiyə Respublikasının 7-ci prezidenti. 4 avqust – Tanilə Əhmərova – Azərbaycan kino aktrisası. 6 sentyabr – İlham Əsgərov – Azərbaycan teatr və kino aktyoru. 8 sentyabr – Habil Əliyev – Azərbaycanın məşhur kamança ifaçısı. 10 sentyabr – Vəliəhd Vəliyev – Azərbaycan kino aktyoru. 10 oktyabr – Nuriyyə Əhmədova – Azərbaycan kino aktrisası. 24 oktyabr – Gülnar Salmanova – Azərbaycan aktrisası. 30 noyabr – Eldar Ryazanov – Rusiya və Sovet kinorejissoru. 21 dekabr – Ələsgər Məmmədoğlu – Azərbaycan teatr və kino aktyoru.

İstinadlar